![DAHA BİR AHIL İNTİHARA ƏL ATDI DAHA BİR AHIL İNTİHARA ƏL ATDI](/uploads/posts/2012-12/1355809592_0001.jpg)
61 YAŞLI KİŞİ CANINA QIYASI OLUB
Zaqatalada intihar hadisəsi baş verib.
Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Gözbarax kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Xəlil Məhəmməd oğlu Hacıyev yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.