FHN ŞEFİNİN ŞİRKƏTİ FIRILDAQÇI ÇIXDI
Tarix: 18-11-2011, 13:59 | Çap et
"JALƏ"DƏN YALANÇI HƏDİYYƏLƏR YAĞIŞI
DİA.AZ: - "Gilan Holdinq"ə daxil olan Qəbələ konserv zavodu meyvə şirələrinin satışının stimullaşdırılmasına yönəldilən "Hədiyyə yağışı" adlı ani lotereya kampaniyasının keçirilməsinə başlayıb. Rəsmən bu kampaniyanın zavodun fəaliyyətə başlamasının 5 illiyinə həsr edildiyi bildirilsə də, bu bahalı aksiyaya əsas səbəb kimi bazara "arxası" heç də azçəkili olmayan digər şirənin - "Vita1000" daxil olmasını önə çəkənlər də var. Satıcılar deyir ki, kampaniya başlanandan "Vita1000" şirələrinin bazarı zəifləyib. Amma bu, təhqiqatımızın başlıca mövzusu deyil. Diqqətinizi kampaniyada istehlakçıların aldadılması faktlarına yönəltmək istəyirik.
Ani lotereyanın bazara nəzarət etməli olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə oktyabr ayının 18-də razılaşdırılmış şərtlərinə əsasən, 1 ədəd 1 litrlik "Jalə", "Zolotoy sad" və "Natura" şirələrindən birini alan şəxsi 50 000-dən çox uduşlardan biri gözləyir. Bunun üçün qutuya yapışdırılan uduş kartını silmək tələb olunur. Müraciət etdiyimiz mağazalarda isə satıcılar bildirdilər ki, onlara "hələ kartlar təqdim edilməyib", ya da "verilən kartlar qurtarıb". Yəni, kampaniya ən qaynar dövrə qədəm qoysa da, istehlakçıların bir çoxu hələ də söz verilən kartların rəngini belə bilmir.
Yuxarıda qeyd etdiyimiz kimi, uduşa 50 mindən çox hədiyyənin qoyulduğu bildirilir. Bunu Turan-ın müxbiri ilə söhbətində "Gilan Qəbələ konserv zavodu" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamilla Abdullayeva da təsdiq etdi. Onun sözlərinə görə, kampaniyaya qatılan bütün ticarət məntəqələrinə uduşları özündə əks etdirən posterlər paylanılıb. Həqiqətdə isə həmin reklam vərəqəsində 5 KİA Sportage avtomobilindən və müxtəlif məişət texnikası fonunda "50 000-dən çox hədiyyə" sözlərindən başqa bir şey yoxdur. Maraqlıdır ki, uduşlar arasında olmasa da, posterdə elektrik ətçəkən maşın da əks etfirilib.
Şərtlərdə deyilir ki, uduş fondu aşağıdakılardan ibarətdir:
Fen - 2 000 ədəd, elektrik çaynik - 2 500 ədəd, mikrodalğalı soba - 520 ədəd, ütü - 6 500 ədəd, əl tozsoranı - 600 ədəd, elektrik tərəzi (şüşə) - 1 000 ədəd, "Acer" noutbuku - 150 ədəd, Blackberry 8520 smartfonu - 200 ədəd, Nokia-1616 - 2 000 ədəd, Sharp 32 LCD televizoru - 200 ədəd, Kia Sportage avtomobili - 5 ədəd, eləcə də 1 litrlik "Jalə" şirəsi. - 50 000 ədəd, 200 ml-lik "Jalə" şirəsi - 100 000 ədəd, 250 ml-lik "Zolotoy Sad" şirəsi - 100 000 ədəd, fincan - 98 400 ədəd.
"Gilan"ın sözçüsü deyir ki, uduşa qoyulan əşyalar içkilər nəzərə alınmadan 50 000 ədəddən çoxdur. Amma sadə toplama əməli göstərir ki, bu, saxtakarlıqdan başqa bir şey deyil. Uduşa çıxarılan (bunun həqiqətən də uduşa qoyulduğu isə təşkilatçıların vicdanınadır) əşyaların toplam sayı 15 675 ədəddir.
Qeyd edək ki, stimullaşdırıcı lotereyanın şərtləri zavodun rəsmi elektron səhifəsində yalnız noyabrın 15-də, yəni Turan İA bu kampaniya barədə müraciət etdikdən sonra açıqlandı. Şərtlər açılanandan sonra daha maraqlı məqamlar üzə çıxdı. Sənəddə deyilir ki, "uduş fondu təşkilatçı tərəfindən lotereya oynanılmamışdan öncə formalaşdırılır". Elektron KİV-lərdə yayılan reklam çarxlarında isə deyilir ki, uduşlar sırasında Dubaya 2 nəfərlik səyahət də oylanılır. Tamilla Abdullayeva deyir ki, belə uduşu olan kuponların sayı 5-dir. İndi gəl inan, belədir, yoxsa bu da bir reklam hiyləsidir.
Lotereya oyunu konkret müddətə, yəni bu ilin noyabr ayının 1-dən 2012-ci ilin aprel ayının 1-dək olan dövrə bağlı olduğundan, buraxılmalı olan ani lotereya biletlərinin sayı Şərtlərdə mütləq əks etdirilməli idi. Lakin sənəddə bu barədə bir şey deyilmir. Məsələ ilə bağlı şirkətə müraciət etdikdə isə reaksiya qısqanc oldu: "Bu, sizin nəyinizə lazımdır?". Ciddi cəhdlərimizin qarşılığında zavodun Bakı ofisinə dəvət olunduq.
PR-menecer Tamilla Abdullayeva buraxılacaq kuponların sayının sirr olmadığını, yəni 15 000 000 ədəd sifariş verildiyini bildirdi. Onun sözlərinə görə, hər kuponun çap edilməsi şirkətə 0,05 ABŞ dollarına başa gələcək. Yəni təkcə biletlərin çapı 600 000 manata başa gəlir. Uduşa çıxarılan əşyaların toplam dəyəri, içkilər və fincanlar xaric, 2 milyon manat təşkil edir. Təqribi hesablamaya görə, içki və fincanlar üçün şirkət daha 190 000 manat xərc çəkəcək. Biz hələ reklam xərclərini demirik... İndi gəlin məsələnin başqa tərəfinə baxaq. "Gilan"ın 1 litrlik brendləri pərakəndə ticarətdə 1 manata təklif olunur. Şirkət kampaniya dövründə 15 milyon qutu içki satmağı nəzərdə tutur. Hər halda buraxılan kuponların sayı belə düşünməyə əsas verir. Bir aya böldükdə, şirkət təkcə litrlik qablaşdırmada 3 mln. litr içki satacaq. Zavod istehsal həcmi barədə məlumatı konfidensial olduğuna görə açıqlamadığı üçün özümüz belə bir hesablama aparsaq, görərik ki, bu hesabla şirkət ildə yalnlz 1 litrlik qablaşdırmada 36 min ton məhsul istehsal edir. Lakin belədirsə, o zaman aşkar olur ki, şirkət, yumşaq desək, statistika qarşısında səmimi deyil. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda meyvə şirələri, nektarı və qarışığı adı ilə 21 145 ton məhsul istehsal edilib. DSK-da bunun nə qədərinin "Gilan"ın payına düşdüyünü qanunla məhdudlaşdırılan məlumat olduğu üçün açıqlamırlar. Digər iri istehsalçıları ("BalaCans" MMC, "Miri Qrand" MMC, "Gəmiqaya" "AzNar" QSC və s.) da nəzərə alsaq, "Gilan"ın Qəbələdəki zavodu təxminən bunun yarısını, yəni orta hesabla 10 min tonunu verir. Qalan içkiləri hara yazırlar, deməkdə çətinlik çəkirik. Maraqlıdır ki, Dövlət Gömrük Komitəsi 2010-cu ildə 18,7 min ton, yəni istehsalın 90 faizinin ixrac edildiyini bildirir. Həmin dövrdə ölkəyə təxminən 10 min ton meyvə şirəsi gətirilib.
Yəni il ərzində ölkədə orta hesabla 13 min ton şirə istehlak olunur. Daha anlaşıqlı olsun deyə, bunu litrə çevirək. O zaman məlum olur ki, ildə Azərbaycanda adambaşına 1,44 l şirə istehlak olunur. Müqayisə üçün deyək ki, Almaniyada istehlak 44 l/nəfər, ABŞ-da - 30 l/n, Fransada - 25 l/n, Rusiyada - 15 l/n, Qazaxıstanda - 13 l/n, Ukraynada - 11 l/n, Belarusda - 10 l/n, Ermənistanda 9 l/n təşkil edir. Beləliklə, şirə bazarında qeyri-leqal bazar bəyan ediləndən ən azı 8-10 dəfə yuxarıdır.
Hələlik "Jalə"nin bazarı yaxşı gedir. Şirkətdə deyirlər ki, kampaniya başlanandan satışlar 20% artıb. "Biz baxacağıq: işlər düşünüldüyündən də yaxşı getsə, buraxılan kuponların sayı 20 milyona çatdırılacaq". Bunu T. Abdulayeva deyir.
"Gilan Qəbələ konserv zavodu" MMC-nin ani lotereya kampaniyası barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ünvanladığımız informasiya sorğusuna isə birbaşa cavab verməyəərk, zavoda meraciət etməyi məsləhət biliblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|