![ŞİRƏÇİNİN ŞAHİDİ BOZACI OLAR.... ŞİRƏÇİNİN ŞAHİDİ BOZACI OLAR....](/uploads/posts/2013-01/1359617042_0001.jpg)
RUSİYA ERMƏNİSTANDA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərinin gedişini izləyəcəklər. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a MSK-nın katibi Nikolay Konkin bildirib.
"Qrup artıq formalaşdırılıb, seçkilərdən az əvvəl MSK üzvü Sergey Danilenko və bir neçə RF subyektlərinin seçki komissiyalarının rəhbərləri Ermənistana yola düşəcəklər", - o deyib.
Konkin məlumat verib ki, səsvermə günü RF MSK rəhbəri Vladimir Çurov bilavasitə Ermənistanda çalışacaq.