Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                 

ELŞAD ABDULLAYEV OĞURLUQDA İTTİHAM OLUNDU
Tarix: 9-02-2013, 11:50 | Çap et
ELŞAD ABDULLAYEV OĞURLUQDA İTTİHAM OLUNDU
KEÇMİŞ REKTORA QARŞI İDDİA

Ramiz Zeynalov: “Elşad Abdullayev plagiat doktorluq işi əsasında Moskvada 22 dekabr 2000-ci ildə Rusiya AAK-ın 53-d-2 saylı, 006192№-li doktorluq vəsiqəni alır, amma..."

Asif Mərzili: “Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə “dərin minnətdarlığımı” bildirirəm...”

- Ramiz müəllim, E.Abdullayevin plagiat olan doktorluq işindən danışdınız... Bu məsələdə mövqeyinizi bir az da dəqiqləşdirməyinizi istərdik...

- Bu, olduqca maraqlı məsələdir. Azərbaycan ictimaiyyəti də bilir ki, məhz “Təzadlar” qəzeti ilk olaraq 2010-cu ildə onun doktorluq işinin plagiat olması barədə materiallar toplayaraq Moskvaya, yəni Rusiya Təhsil Nazirliyinə göndərib. Ötən sayınızda təqdim edilən, Rusiya TN-dən sizə göndərilmiş rəsmi məktubdan da görünür ki, göndərilən həmin materiallar araşdırılır və Rusiya Təhsil Nazirliyində xüsusi işçi qrup yaradılır, sonra komissiya E.Abdullayevin doktorluq işinin plagiat olmasını təsdiqləyir, doktorluq işi ləğv olunur... Etiraf edim ki, Azərbaycan, bəlkə də Qafqaz, MDB ölkələrinin mətbuat tarixində ilk hadisə idi ki, bir qəzet və jurnalist kollektivi bu qədər ağır, məsuliyyətli bir işin altına girmiş, çətin bir araşdırmanı uğurlu nəticə ilə başa çatdırmışdır. Bunu sizin “Təzadlar” qəzeti etmişdir... Bu Azərbaycan mətbuat tarixində şəriksiz böyük uğurlardan biridir və sizə məxsusdur...

- Yeri gəlmişkən, həmin böyük uğurumuzun əvəzində isə Azərbaycan Mətbuat Şurası hansısa səbəbdən “Təzadlar”ın adını “qara siyahıya” salaraq E.Abdullayevə sanki haqq qazandırmış oldu, ona dəstək verildi...

- Bilirsiniz, sizin bu böyük uğurunuzu Azərbaycan ictimaiyyəti gördü, həm də Elşad Abdullayevin kimliyini... Səbrli olun, haqq nə qədər nazilsə də, qırılmaz. Haqq sizin tərəfinizdədir...

-Ramiz müəllim, amma maraqlıdır ki, hələ də bəzi KİV-lər onu elmlər doktoru kimi təqdim edir...

-Yox, mən çox az hallarda rast gəlirəm. Amma bəli, özü indi özünü “huquq akademiki” adlandırır... Bilirsiniz ki, onun doktorluq işi Rusiya TN tərəfindən hansı araşdırmadan və hansı müzakirələrdən sonra ləğv edilib... Apardığım araşdırmalar zamanı olduqca maraqlı məsələlər üzə çıxdı... Məsələn aydın olur ki, Elşad Abdullayevin “Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının 53-d-2 saylı, 006192№-li doktorluq vəsiqəsi verilib... Lakin nə baş verir? Sonradan bəlli olub ki, Elşad Abdullayevin doktorluq işi Rusiyanın hüquq elmləri doktoru, professor A.N.Kozırınin 1996-cı ildə “Spark” nəşriyyatı tərəfindən nəşr olunmuş “Xarici ölkələrin inzibati hüququ” kitabından köçürülüb. Bilirəm ki, sizin “Təzadlar” qəzetinin müstəqil jurnalist araşdırmasından sonra toplanmış materiallar Rusiya TN-nə göndərilmişdir və orada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilmişdir... Məslən, araşdırmalarım zamanı həm də məlum oldu ki, hələ 2001-ci ilin mayında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin müdiri BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı rəsmi məktubunda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır, yəni saxtadır... Bildiyiniz kimi həmin dövrdə AAK-ın sədri akademik Azad Mirzəcanzadə idi. Və Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27 aprel 2001-ci il tarixli 15 saylı qərarı ilə həmin işin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilmişdi, yuxarıda qeyd etdiyim kimi, Moskvada müəmmalı yollarla müdafiə edilmiş həmin doktorluq işinin təkrar attestasiyasından imtina edilmiş, sənədlər BDU rəhbərliynə qaytarılmışdır...

-Bəs necə olub ki, 2001-ci ildə Azərbaycan AAK-da təkrar attestasiyası qeyri-mümkün olması və plagiat olduğu barədə rəy verilmiş doktorluq işi sonradan Azərbaycan AAK-da təkrar ekspertizadan keçmişdir? Doktorluq işinin plagiat hissəsi dəyişdirilmişdir, yoxsa...

-Yox, məsələ ondadır ki, axı Elşad Abdullayevin doktorluq işinin bir səhifəsi oğurluq deyildi, bütün iş başdan ayağa yazıq Kozırinin kitabından köçürmə idi... Amma onun sonradan necə təkrar ekspertizadan keçirməsi məsələsinə gələndə, bu məsələ yəqinki istintaqda da araşdırılacaq, hüquqi qiymət veriləcək... Onu da deyim ki, bu məsələ Azərbaycan elm tarixində, yəqinki elə Prezident yanında Ali Attestasiya Komissiyasının da tarixində ilk dəfədir idi ki, belə qalmaqalla müşaiyət olunub. Təbii ki, söhbət hər hansı elmlər doktorunun, yaxud elmlər namizədinin elmi dərəcəsinin ləğvindən də getmir. Bunlar ola bilən məsələlərdir. Amma nəzərə alaq ki, E.Abdullayev 2011-ci ilədək həmin AAK-da hüquq sektorunun müdiri olmuşdu. Məsələ ondadır... Ən maraqlısı budur ki, E.Abdullayev hansı yollarlasa AAK-ın hüquq sektorunun rəhbəri də olur və bundan sonra hər şey tərsinə çönür. Bununla da Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədrinin, elmi katibinin imzaları ilə AAK-ın 09 iyul 2003-cü il tarixli (protokol№-11) qərarı ilə E.Abdullayevə hüquq elmləri doktoru alimlik dərəcəsi verilir.... Məndə həmin sənədin surəti də var. Bundan əlavə, yenə də həmin AAK-ın 26 yanvar 2007-ci il tarixli (protokol№-02-K) saylı qərarı ilə E.Abdullayevə konstitusiya kafedrası üzrə “professor” adı verilir. Yenə də həmin sənədi AAK-ın həmin sədri və həmin elmi katibi imzalayır və möhürləyir...

“Məndə Azərbaycanın hüquq sahəsində çox tanınmış bir neçə müstəqil mütəxəssisin rəyi var ki, Elşad Abdullayevin doktorluq işində köçürülmə 90 faiz təşkil edib”

-Sizin araşdırmalar da maraqlıdır... Doktorluq işi bir mənbədən oğurlanıb, yoxsa başqa alimlərin də kitabı təcavüzə məruz qalıb?

-Məndə olan mənbələrin ikisi üzərində dayanmaq istəyirəm... Məsələn məlum olur ki, E.Abdullayev doktorluq işini Rusiya Federasiyasının hüquq üzrə professoru olan Y.A.Tixomirovun “İnzibati hüquq və proseslər kursu”, Moskva-1998, bir də A.N.Kozırinin “Xarici ölkələrin inzibati hüququ” (Spark” nəşr. Moskva-1996) kitablarından köçürüb. Məndə Azərbaycanın hüquq sahəsində çox tanınmış bir neçə müstəqil mütəxəssisin rəyi var ki, Elşad Abdullayevin doktorluq işində köçürülmə 90 faiz təşkil edib. Bir tərəfdə E.Abdullayevin doktorluq işi, digər tərəfdə isə həmin kitabların müqayisəli təhlili məndə var... Və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərəm. Yəqinki Xüsusi İstintaq Komissiyasına da vəsatət yazaraq verəcəyəm, qoy bu oğurluğa hüquqi qiymət verilsin. Çünki E.Abdullayev bu oğurluq doktorluq elmi dərəcəsi əsasında 10 il BDU-da müəllim işləyib və əmək haqqı alıb, pullar mənimsəyib... Bunun əsasında professor olaraq ABU-ya rektor olub, burada nələr törədib, onu hazırda istintaq araşdırır... Onu da qeyd edim ki, hələ rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti 04-10-2011-ci ildə, maraqlıdır ki, məhz “Təzadlar”ın Rusiyadan əldə etdiyi həmin mənbə və digər sübutlar əsasında E.Abdullayevlə bağlı bir məqalə dərc etmişdi. Məqalədə yazılırdı: “...E.Abdullayevin 1997-ci və 1998-ci illərdə “Qanun” nəşriyyatında tədris vəsaiti kimi çap olunmuş “Müqayisəli inzibati hüquq (“Fransanın inzibati hüququ)” və dərslik kimi buraxılmış “Müqayisəli inzibati hüquq. II hissə” kitabları əsl plagiat, yəni elmi oğurluq nümunəsi sayıla bilər. Maraqlıdır ki, bu dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri ilə 612 nömrəli qriflə, Azərbaycan Beynəlxalq Universitetinin 2 iyul 1998-ci il tarixli 6 saylı qərarı ilə çap edilmişdir... Elşad Abdullayevin hər iki əsərinin köçürmə olduğunu sübut etmək üçün çox uzağa getmək lazım gəlmir. Bunun üçün Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Y.A.Tixomirovun 1998-ci ildə nəşr olunmuş “Kurs administrativnoqo prava i proüessa” adlı kitabına və hüquq elmləri doktoru professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın “SPARK” nəşriyyatı tərəfindən çap edilmiş “Administrativnoe pravo zarubejnıx stran” dərsliyinə nəzər salmaq kifayətdir”.

İndi belə bir adam Fpansada müvəqqəti məskunlaşmasından istifadə edərək özü oğru, elmi plağiat olduğu halda, başqalarına qara yaxır, oğurluqda, maşenniklikdə ittiham edir. Təkrar edirəm, bir nömrəli maşennik özü ola-ola... İnanıram və ictimaiyyəti də əmin edirəm ki, E.Abdullayev bütün sərsəm açıqlamalarına baxmayaraq, onun tezliklə qanun qarşısında cavabdehliyi təmin ediləcəkdir...

Asif Mərzili: “Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə “dərin minnətdarlığımı” bildirirəm...”

Məlum olduğu kimi, “Təzadlar” 2010-cu ildə həqiqətən tanınmış vəkil R.Zeynalovun qeyd etdiyi kimi, MDB ölkələri mətbuat tarixində indiyədək olmamış bir məsul araşdırmaya imza atmış oldu. Qəzetin E.Abdullayevin doktorluq işi ilə bağlı Rusiya Təhsil Nazirliyinə göndərdiyi sənədlər əsasında çox qaranlıqlara işıq salındı.

“Təzadlar”ın baş redaktoru Asif Mərzili bir müddət əvvəl bir sıra KİV-lərə bu barədə maraqlı açıqlama vermişdir. Bu gün üçün olduqca aktual olduğunu nəzərə alıb aşağıda təqdim edirik:

- Necə oldu ki, bu qədər çətin və məsuliyyətli bir araşdırma işinə başladınız?

- Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə dərin minnətdarlığımı bildirirəm... Çünki o, bizi zaman-zaman atdığı bəzi addımları ilə bizi buna məcbur etdi... Bəli, biz həmin dövrdə, daha doğrusu, 12 oktyabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin rəisi M.P.Kirpiçnikovun adına redaksiyadan rəsmi məktubla E.Abdullayevin plagiat, yəni oğurluq olan doktorluq işi ilə bağlı müvafiq sənədləri göndərdik. Məktubda məsələnin E.Abdullayevin doktorluq işinin müdafiə edildiyi qurumda-Rusiya Təhsil Nazirliyində və Rusiya Prezidenti yanında AAK-da müzakirə olunmasını xahiş etdik. 23 dekabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin elm və elmi-pedoqoji işçilərin attestasiyasının İdarə Edilməsi Baş İdarəsinin rəisi İ.İ.Aristerin imzası ilə (01-59-113-08-12 saylı) məktub aldıq. Həmin məktubun əslini sizə təqdim edirəm... Məktubda qeyd edilirdi ki, ““Təzadlar” qəzeti redaksiyasından göndərilmiş sənədlərlə və E.Abdullayevin doktorluq işinin araşdırılması ilə bağlı Rusiya Təhsil Nazirliyində xüsusi işçi qurup yaradılmışdır və artıq işə başlanılmışdır”. Və məktubda o da vurğulanırdı ki, nəticəsi barədə bizə məlumat veriləcək... Ötən müddətdə bu iş üzrə təhkim olunmuş xüsusi statusa malik nümayəndəmiz Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin adı çəkilən Federal Xidmətin sektor müdiri tərəfindən dəvət edilərək üç dəfə Moskvaya ezam edilmişdir.

“Rusiya Təhsil Nazirliyində Xüsusi Araşdırma qrupunun hüquq elmləri doktorları və professorlardan ibarət 7 üzvü A.Şerginin E.Abdullayevi müdafiə edən arqumentlərini əsassız sayaraq doktorluq işinin plagiat olması barədə qərar qəbul edilməsini tələb etmişdilər”

Birinci dəfə müvafiq sənədlər istənilmişdi, onu təqdim etdik. Sonra ikinci dəfə isə işçi qrupun iclası təyin edilmişdi, lakin qarşı tərəfin - E.Abdullayevin özü və ya nümayəndəsi gəlmədiyindən iclasın birtərəfli keçirilməsi məqsədəmüvafiq sayılmamışdı... Amma şifahi olaraq nümayəndəmizə bildirilmişdi ki, işçi qrup doktorluq işinin plagiat olmasını artıq təsdiqləyib və müvafiq qərar qəbul olunacaq.

Nəhayət, sonuncu dəfə nümayəndəmizə təkrar dəvət gəldi və o, Moskvaya ezam olundu. Beləliklə, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyində yaradılmış işçi qrupun iclası keçirildi. 2011-ci ilin dekabrın 22-də keçirilən iclasda E.Abdullayevin doktorluq işində opponenti olmuş professor A.P.Şergin də iştirak etmişdir. İclas olduqca qalmaqallı keçmişdir. Rusiya Təhsil Nazirliyində Xüsusi Araşdırma qrupunun hüquq elmləri doktorları və professorlardan ibarət 7 üzvü A.Şerginin E.Abdullayevi müdafiə edən arqumentlərini əsassız sayaraq doktorluq işinin plagiat olması barədə qərar qəbul edilməsini tələb etmişdilər... Bununla da işçi qrupun rəyi əsasında E.Abdullayevin doktorluq işinin ləğv olunması barədə qərar qəbul edilmişdir. Hətta A.R.Şergin nümayəndəmizin iclasda iştirakına etiraz edərək mətbuat nümayəndəsi olaraq onun iclasdan çıxarılmasına nail olmağa çalışmışdı, lakin bu baş tutmamışdı. Bundan sonra isə nümayəndəmizə komissiya adından minnətdarlıq edilmişdi ki, bu jurnalist araşdırması ilə nazirlik üçün yeni bir təhqiqat materialına mövzu verilibdir. Həmçinin bildirmişdilər ki, bu jurnalist araşdırması MDB məkanında ilk hadisədir. Onlar bunu sensasiya kimi qarşılamışdılar... Həmçinin sonda bildirmişdilər ki, bu istiqamətdə Rusiya ərazisində böyük bir dəstənin elmi adların verilməsindəki cinayətkar fəaliyyətinin izinə düşüblər. Hansı ki, həmin gün nümayəndəmiz iştirak edən iclasın ardınca komissiyanın Rusiya Təhsil Nazirliyində ikinci iclası da keçirilmişdi, lakin həmin iclasa nümayəndəmiz buraxılmamışdı, bildirmişdilər ki, bu iclasda məhz həmin kriminal dəstənin işi müzakirə edilir...
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru