![SABİQ BAŞ NAZİR BƏŞƏR ƏSƏDDƏN DANIŞDI SABİQ BAŞ NAZİR BƏŞƏR ƏSƏDDƏN DANIŞDI](/uploads/posts//1360913575_0001.jpg)
"DEVİRİM QAÇILMAZDIR"
Livanın keçmiş baş naziri, müxalifət rəhbəri Saad əl-Xəriri bildirib ki, Suriya Prezidenti Bəşər Əsəd rejiminin devrilməsi qaçılmazdır.
SalamNews-un Livan KİV-ə istinadla verdiyi xəbərə görə, o, bunu fevralın 14-də cümə axşamı atası Rafiq əl-Xəririnin ölümünün ildönümü günündə bildirib.
Xatırladaq ki, S.Xəriri B.Əsədi atasının ölümündə iştirakda günahlandırır.
Rafiq əl-Xəririnin həlak olduğu terror aktı 2005-ci il oktyabrın 19-da baş verib.
Həmin terror hadisəsində R.Xəriridən başqa 2 nəfər də həyatını itirib.