Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

DANA OĞRUSU YENİDƏN HƏBS EDİLDİ
Tarix: 21-09-2011, 16:26 | Çap et
DANA OĞRUSU YENİDƏN HƏBS EDİLDİ

BAŞÇININ MÜAVİNİ QOHUMUNU QORUYA BİLMİR

Biləsuvarda baş verən dana oğurluğu və bu hadisənin arxasında dayanan şəxslərlə bağlı məlumatlar artıq ölkə səviyyəsində rezonans doğurub. “Qafqazinfo” saytı rayonda baş verənlərlə bağlı xəbər yaydıqdan sonra ölkənin aparıcı qəzeti “Yeni Müsavat” bölgəyə müxbir ezam etmiş və hadisə haqqında maraqlı materiallar yaymışdılar.

Bu gün isə daha bir neçə maraqlı fakt redaksiyamıza daxil olub. Məlumata görə, dünən Biləsuvarda kütləvi şəkildə dana oğurluğunda ittiham edilən, icra başçısının birinci müavini Akif Kazımovun qardaşı oğlu Rauf Kazımov yenidən həbs edilib. Bu dəfə onu qonşu Salyan rayonunun polis əməkdaşları həbs edib. Məlumatlara görə həbsə səbəb qonşu Salyan rayonunda da oxşar halların baş verməsi və bu işdə sözügedən şəxslərin şübhəli olmasıdır. Hazırda Biləsuvarın İcra başçısının birinci müavininin qardaşı oğlu Rauf Kazımovun Salyan Polis Şöbəsində saxlandığı bildirilir.

Bu arada Biləsuvarda da sözügedən istiqamətdə vəziyyət gərginləşib. Belə ki, icra başçısının birinci müavinin qardaşı oğlunun zaminə buraxılması rayon prokurorluğu tərəfindən etirazla qarşılanıb. Rayonun prokurorluq işçiləri bu qərarın ədalətsizlik olduğunu deyərək məsələyə ciddi etiraz ediblər.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Biləsuvar rayon prokurorunun böyük köməkçisi Vahid Məmmədov bildirib ki, Rauf Kazımov və Cavid Quliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı rayon məhkəməsinə təqdimat vermişdi. Lakin məhkəmə prokurorluğun təqdimatını rədd edərək onların barəsində həbsli olmayan qətiimkan tədbiri seçib.

V. Məmmədov bunun səbəbini açıqlamayıb: “Bunu məhkəmədən soruşmaq lazımdır” .

Böyük köməkçi prokurorluğun məhkəmə qərarında razı olmadığını deyərək apelyasiya protestinin verildiyini bildirib.

Görünən budur ki, artıq mətbuatın məsələ müdaxiləsi öz sözünü deyib və artıq rayon prokurorluğu apellyasiya şikayəti verərək həmin şəxslərin yenidən həbs edilməsini tələb edib.
Xatırladaq ki, Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu kütləvi şəkildə dana oğurluğu ediblər. Onlar rayonda son bir ayda kütləvi şəkildə mal-qara oğurlayıblar. Biləsuvar rayonunda baş vermiş bu hadisənin miqyası getdikcə artıb və bir neçə gün ərzində bütün rayonu ayağa qaldırıb.

Hadisə haqqında rayon polis şöbəsinə şikayətlər olsa da, buna o qədər də ciddi önəm verilməyib. Hətta sakinlərə heç yerə şikayət etməmək tövsiyə edilib. Lakin sakinlər ölçü götürülmədiyini görərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. Nazirliyin məsələyə qarışması nəticəsində araşdırmalara başlanılıb. Həmin ərəfədə Biləsuvar sakinlərindən bir nəfər İrana gedib və hadisə haqqında İrandan Azərbaycanın hüquq-mühafizə orqanlarına teleqram vurub.

Məhz bundan sonra Biləsuvar polisi oğrular haqqında ölçü götürmək qərarına gəlib. Və oğrular elə həmin gün tutulublar. Məlum olub ki, hadisəni Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu törədib. Rauf Kazımov Biləsuvar yanğınsöndürmə məntəqəsində çalışır.

Onlar Xırmandalı kəndində iş başında tutulublar. Hadisənin səhəri gün isə oğuluq baş verən digər yerlərdə çəkilişlər aparılıb və icra başçısının birinci müavininin qohumları oğurluqlarını etiraf ediblər. Onlar oğurladıqları danaları toylara verdiklərini, bazarda satdıqlarını, Bakıya ətliyə göndərdiklərini də ərizələrində yazıblar.

Bütün bunlardan daha sensasiyalısı isə Akif Kazımovun qohumları həbs ediləndən iki gün sonra məhkəmənin qərarı ilə zaminə buraxılıblar.

Hadisə haqqında davamlı məlumatlar verəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru