"BİZ İNDİ HOLLİVUDLA YARIŞA BİLMƏRİK"
Tarix: 25-02-2013, 09:05 | Çap et
"BUNUN ÜÇÜN VAXT LAZIMDIR"Son illər Azərbaycanda müxtəlif seriallar çəkilsə də, nədənsə, vətənpərvərlik mövzusuna çox az yer ayrılır. Deyəsən, çəkilişlərinə yeni başlanmış "Bir ovuc torpaq" serialının yaradıcı kollektivi bu boşluğu doldurmaqda israrlıdır. Serialda ölüm ayağında olan köçkün atanın keşməkeşli həyatını Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Şahmar Qəribli canlandırır. Aktyorla söhbətimizin əsas mövzu da serialın süjet xətti və qarşıda dayanan vəzifələrlə bağlı oldu: - "Bir ovuc torpaq" serialı 12 seriyadan ibarət olacaq. Serial Qarabağdan, məcburi köçkünlərin həyatından bəhs edir. Filmdə həmçinin namus, türmə məsələsi də önə çəkilib. Uzun müddət həbsxanada yatan bir adam məhbəsdən çıxdıqdan sonra öz həmkəndlilərinin təəssübünü çəkməyə başlayır. O, bir növ kənddə düzən yaratmaq istəyir. İstəmir ki, kimsə bir-birini təhqir etsin, bir-birinin başının üstündən hansısa iş tutsun. Mənim bu serailda oynadığım rol isə çox ağır obrazdır. Hər dəfə çəkiliş aparılanda çox üzülürəm. Çünki oynadığım obraz psixoloji cəhətdən adamı əzir. Atanın nişanlı qızını oğurlayıb ləkələyir, sonra geri qaytarırlar. Bu hadisə atanı sarsıdır. O, uzun müddət şokda olur. Serialda çox ağır səhnələr var. - Əsərin ssenari müəllifi kimdir? - Ssenari müəllifi Sirac Mustafayevdir. "Bir ovuc torpaq" kino estetikası baxımından fərqli bir filmdir. Bu filmdə ataya münasibət tamam başqadır. Bu saat mən elə bir yaşdayam ki, sanballı obraz oynamaq istəyirəm. İstəyirəm ki, oynadığım obraz tamaşaçıların yadında qalsın. Mənim sanballı rollar oynayan vaxtımdır. Amma aktyor var ki, bunun fərqinə varmır. Təki səhnə, rol və pul olsun. Mən rol xatirinə səhnəyə çıxmaram. Bu filmdə çox gözəl kollektiv bir araya gəlib. Rasim Balayevdən tutmuş ən xırda aktyora kimi hamı öz işinin öhdəsindən gəlməyi bacarır. - Yəqin ki, "Bir ovuc torpaq" adı təsadüfən seçilməyib... - Serialın adı əsərin ideya xəttinə uyğundur. Torpağından didərgin düşmüş insan ölüm ayağındadır. Bunu bilən həkim onun ailə üzvlərinə deyir ki hazırlığınızı görün, bu adam bir neçə saat sonra öləcək. Amma xəstə nə qədər edirsə, ölə bilmir. Bunu görənlər onun özünü necə hiss etdiyini soruşurlar. Deyir ki, bir ovuc torpaq olsaydı gözümün üstünə qoyub ölərdim. Bunu onun 6-cı sinifdə oxuyan nəvəsi eşidir və Qarabağa gedir. Uşaq Qarabağın torpağından bir ovuc gətirib babasına verir. Burda çox böyük məna baxın. Müəllif demək istəyir ki, bu millətin balaca bir uşağı da qeyrətlidir. O, babasının sonuncu arzusunu yerinə yetirmək üçün ölümün gözünə dik baxaraq Qarabağa gedir... - Bu serail tamaşaçıya nə verəcək? - Bu barədə ancaq rejissor danışa bilər. Mən öz roluma cavabdehəm. O ki qaldı roluma, övladının başına gələn faciə atanın infarkt keçirməsinə səbəb olur. Amma hələ bilinmir ki, ata sağ qalacaq, yoxsa öləcək. Ata olmaq, bu adı daşımaq çətindir. Bəzi övladlar var ki, onlar bu gün valideynin üzünə qayıdır. Yaxud övlad atanı öldürür, qatil olur. Qurani-Kərimdə deyilir ki, sevin ki, sizi sevsinlər. Sən övladını sevməsən, o, səni sevməyəcək. Yer kürəsində nə varsa, məhəbbətin üstündə qurulub. Amma məhəbbət qarşılıqlı olmalıdır. - Müxtəlif mövzularda teleseriallar çəkilir. Filmlərin çəkiliş mexanizmini həyata keçirən cihazlar, texnika Sizi qane edirmi? - Moskva birdən tikilməyib. Biz müəyyən mərhələlərdən keçdikdən sonra böyük miqyaslı layihələrə imza ata bilərik. Əlbəttə, bu mərhələdə səhvlərimiz də olacaq. Amma yavaş-yavaş serial çəkməyi öyrənəcəyik. Bizdən əvvəl bu mərhələni Türkiyə keçib. Türklər artıq normal seriallar çəkə bilirlər. Türkiyə bu yolu 80 ilə qət edib. Azərbaycana da müəyyən vaxt lazımdır. Burada vacib bir məqam da odur ki, serial çəkmək üçün yaxşı mütəxəssislər, kameranın qarşısına keçən istedadlı kadrlar olmalıdır. Kino kollektiv bir sənətdir. Kino 30 nəfərin zəhməti nəticəsində ortaya çıxır. Hindistan bir ildə 1200 film çəkir. Hollivudda da bu qədər film çəkilmir. Amma Hollivud filmləri daha baxımlı olur. Onların filmlərinin keyfiyyəti tamam başqadır. Onlar bu uğuru müasir texnikanın hesabına əldə edirlər. Biz indi Hallivudla yarışa bilmərik. Hollivuda çatmaq mümkün deyil, bunun üçün vaxt lazımdır. Bizim bu sənətdə öyrənəcəyimiz çox şey var. Hələ mən texnikadan danışmıram. Elə texnika var ki, o hələ Azərbaycana gətirilməyib, adını eşitsək də, özünü görməmişik. Söhbət kino sənətinə aid texnikadan gedir. - Azərbaycanda yaxşı aktyorların olmaması ilə bağlı ittihamlar son vaxtlar tez-tez səsləndirilir. Aktyorları hətta qəssaba bənzədənlər də oldu. Siz bu ittihamlarla razısınız? - Bunu deyənlər böyük səhvə yol verirlər. Oynadığım bütün roları bir-bir sadalasaq, "yola verdiyim" rol tapılmayacaq. Deyin görək, mən hansı rolu yola vermişəm? Oynadığım bütün rolların hamısına cavabdehəm. Həmişə çalışmışam ki, öz vəzifəmi normal yerinə yetirim, hansısa rola görə kiminsə qarşısında üzüqara qalmayım. Deməsinlər ki, filan aktyor filan rolu başdansovdu oynayıb. Mən istəsəm də, bunu edə bilmərəm. Brincisi, mən Ədil İsgəndərovun tələbəsi olmuşam. İkincisi, Moskvada Feysevdən dərs almışam. Ədil İsgəndərov da, Feysev də heç bir rolu yola verməyib. Tələbə müəllimdən çox şey öyrənməlidir. 36 ildir ki, bu sənətdəyəm. İstər kinoda, istər teatrda, istərsə də çəkildiyim filmlərdə, tamaşalarda heç bir aktyora deməmişəm ki, gəl bunu başdansovdu edək. "Yola vermək"- pis sözdür. Bu söz istedadlı adama yaraşmır. Bunu ancaq istedadsız adam deyə bilir. Sənətinə vicdanla yanaşan adam heç vaxt deməz ki, gəl filan rolu yola verək. - Etiraf edək ki, belə insanlar da az deyil... - Bütün sahələrdə olduğu kimi teatrda, kinoda da istedadsızlar var. Hər bir sənətə yaradıcı yanaşmaq lazımdır. Bizə quru ssenari verirlər. Biz ona yaradıcı yanaşmasaq, obrazımı oyunumla yaşamasam, ağlamasam, iztirab çəkməsəm, artıq ona baxılmayacaq. Tamaşaçı nə gözləyir? Deyir ki, bu ata ağlayacaq, əxlaqına toxunublar. Ata özündə güc tapmır ki, qisasını alsın. Onun bir yolu qalıb, ağlasın, heç olmasa, ürəyini boşaltsın. Yox, bu olmayacaqsa, deməli, mən bu rolu doğrudan da yola verirəm. - Ağır zəhmət bahasına istehsal olunan filmlərin nümayişinə maneçilik törədilir. Ssenaristlər isə bu məsələdə Mədəniyyət və Turizm Ќazirliyini ittiham edirlər... - Dünyada kinoya biznes sahəsi kimi yanaşırlar. Biznesdə isə tələb və təklif amili əsas rol oynayır. Mən təklif edirəm ki, kinoteatrlar yenidən qurulsun. Bizim çəkib təhvil verdiyimiz filmlər maya dəyərini çıxarmalıdır. Əldə olunan pul isə yeni filmlərin istehsalına sərf olunmalıdır. Pul olmalıdır ki, başqa film çəkə biləsən. Əgər bir film üçün 5 manat xərcləmişiksə, ən azı 15 manat qazanc əldə etməliyik. Bunun yolu budur. Bəs Amerika niyə öndədir? Bu ölkədə kinodan külli miqdarda pul gəlir. Pul həm də ilk növbədə bahalı aktyor və rejissor deməkdir. Bunun da nəticəsində film daha yaxşı alınır. Amma təkcə filmlə iş bitmir, kinoteatrlar işləməli və istehsal olunan kinolar nümayiş etdirilməlidir. Filmlərin yayımına mane olurlar. Rayonlarda kino nümayişi üçün klublar yoxdur. Bu problemi həll etmək nə mənim, nə də bir başqasının ixtiyarında deyil. Bunun üçün dövlət proqramı olmalıdır. Yəqin ki, bu məsələ nə vaxtsa dövlət proqramında öz əksisni tapacaq. Hər bir ölkənin mədəniyyəti onun vətəndaşı ilə bərabər inkişaf etməlidir. Bu gün istehsal olunan filmlər 20 ildən sonra çəkilməyəcək. 20 ildən sonra daha mükəmməl filmlər istehsal edəcəyik. Aktyorlar daha sürətli işləməyə alışacaqlar. Biz Tahir İmanovla "Bir kəndin sevinci" filmini çəkirik. 13 gündə 18 seriya çəkdik. Yəni, reysə düşmək, onu bacarmaq lazımdır. Başqa yol yoxdur. Serial tez çəkilməli, aktyor isə ona hazır olmalıdır. İlk dəfə olaraq, biz Azərbaycanda sürətli serial çəkdik. - Texnikanın olmadığı bir şəraitdə Azərbaycan kinosu necə inkişaf edəcək? - Əsas odur ki, münasibətlər düzgün qurulub. Dövlət hesabına da olsa, ildə 3-5 film çəkilir. Amma kino dövlət hesabına çəkilməməlidir. Ayrı-ayrı iş adamları bu sahəyə pul qoyub, pul götürməlidir. Azərbaycan cəmiyyətini maraqlandıran mövzular ekranlaşdırılmalıdır. - Amma nə iş adamları, nə də məmurlar bu sahəyə sərmayə qoymaq istəyir... - Elə etmək lazımdır ki, onlarda həvəs yaransın. Dünyada bunun öz mexanizmləri var. Yəni, biz sahibkarları həvəsləndirməliyik ki, onlar bu işə həvəslə pul buraxsınlar. Pul verən şəxsin marağı olmalıdır. Xarici ölkələrdə bir filmə 170 milyon dollar pul xərcləyən iş adamları var. Deməli, qazanırlar ki, pul da xərcləyirlər. Dövlət kinoya nə vaxta kimi bul buraxacaq? Bəyəm dövlətin başqa problemi yoxdur? Dövlət kino üçün çox pul xərcləyə bilməz. Düzdür, indi təzə-təzə başladığı üçün bunu edəcək. Amma bir neçə il keçəcək, görəcək ki, xərclədiyini çıxara bilmir, daha pul verməyəcək. Ayrı-ayrı adamlar kinoya pul, sərmayə qoyub, sahibkarlarda maraq oyatmalıdır. Kino biznes sahəsi kimi fəaliyyət göstərməlidir. Əks təqdirdə, kino inkişaf etməyəcək. Aktyor, ssenarist güclü qonorar almalıdır. Rejissorun bütün fikri bir filmdə olmalıdır ki, ürəklə işləsin. Amma etiraf edək ki, dövlət bu pulu ödəyə bilməyəcək. Bizi əhatə edən hər bir problem dövlətə aiddir. Bu gün dövlət 3 filmin çəkilişi üçün pul ayırır. Nədir ki, əlində olan mütəxəssisləri çıxıb getməsin. Müasir kinomuzun ən böyük problemi pirotexnikanın olmamasıdır. Pirotexnika almaq çətindir. Bunun özü bir başqa sənətdir. İşıqçı tapmaq çətindir. Burda söhbət ay işığını qurandan, kinonu biləndən gedir. Bizim kameraların qarşısına isə bacarıqsız kadrlar çıxırlar. \ reytinqinfo.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|