Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                 

NAZPƏRİ-İLHAMƏ DAVASI YENİDƏN ALOVLANIB
Tarix: 5-03-2013, 12:20 | Çap et
NAZPƏRİ-İLHAMƏ DAVASI YENİDƏN ALOVLANIB
İLHAMƏ QULİYEVAYA SƏRT CAVAB

Xalq artisti Nazpəri Dostəliyeva da həmkarı xalq artisti İlhamə Quliyevaya açıq məktub ünvanlayıb. Xalq artisti Nazpəri Dostəliyevanın Lent.az-a göndərdiyi məktubda deyilir: “Çox təəssüf hissi ilə qeyd edirəm ki, oxucularımızın vaxtını bu cür söhbətlərlə alırıq. Ancaq məcburiyyət qarşısında qaldığımdan, İlhamənin Sizə və digər kütləvi informasiya vasitələrinə ünvanlandığı müraciətlə və açıq məktubla əlaqədar sizin və oxucularınızın nəzərinə aşağıdakıları çatdırıram:

İlhamə qeyd edir ki, guya mən onu hansısa verilişdə parodiya və tərbiyəsizlik edərək, təhqir etmişəm. Onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, mən müğənniyəm, parodist yox. Qaldı ki onun mənim ünvanıma səsləndirdiyi tərbiyəsiz sözünə (oxucularımızdan və Sizdən bu sözü işlətdiyimə görə üzr istəyirəm), həmin sözü kütləvi informasiya vasitələrində işlətməyin özü zənnimcə tərbiyəsizlikdir. Şərti olaraq onu şərəfləndirib parodiya etdiyimi qəbul etsək belə, birincisi, parodiya bütün sivil dünyada heç vaxtı təhqir kimi qəbul olunmur, ikincisi, isə mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? Üçüncüsü isə, parodiya həmişə konkret hərəkətlərə, davranışa istinadən edilir. Əgər İlhamə onun kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyqun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun.

Guya ki, «Solo» verilişində həm ifamda qüsurların olub, həm də onun ünvanına özünün qeyd etdiyi kimi, təhqiramiz ifadələr işlətmişəm. Bu da İlhamənin növbəti, gülməli və ağ yalanıdır. Həmin verilişin video yazısı həm məndə, həm də telestudiyada var. Orada nə mənim ifamda nəsə bir qüsur olub, nə də ümumiyyətlə onun adı çəkilib.

İlhamə deyir ki, mən kiməm, guya məni dünyada tanıtdıran da bəstəkar Siyavuş Kərimi olub. Nəzərinə çatdırıram ki, mən də onun kimi Azərbaycanın xalq artistiyəm. Əgər İlhamə fikirləşirsə ki, o Azərbaycanda axırıncı xalq artisti adına layiq görülən olmalıdır, bu onun öz problemidir. O ki qaldı Siyavuş Kərimiyə, mənim bütün professional bəstəkarlar kimi ona da böyük hörmətim var. Ancaq bircə faktı İlhamənin nəzərinə çatdırıram ki, mən 90-cı illərdə Almaniyanın Frankfurt və digər şəhərlərində, habelə Moskva şəhərinin «Ostankino» konsert salonunda solo konsertlər verərkən, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Cabbar Musayevin mahnılarını ifa etmişəm.
Daha sonra Rauf Hacıyevin mahnılarını ifa etdiyim vaxtlar Siyavuş Kərimi ilə tanış olmuşam. Artıq o vaxtlar mən həm Respublikamızda, həm də onun sərhədlərindən kənarda sevilmiş və seçilmiş sənətkarlardan idim.

İlhamə bildirir ki, guya mən «Etiraf» verilişində «hopstop» oynamışam. Sözün düzü,
başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdur? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa…..
O ki qaldı məni növbəti dəfə polis orqanları hədələməsinə, bu barədə qədərincə açıqlama vermişəm və hal-hazırda da, mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

İlhamə daha sonra mənim oğlumun toyundan bəhs edərək deyir ki, guya mən onu oğlumun toyuna çağırmışam ki, süfrəmizin başında əyləşsin, o da imtina edib.
Əvvəla belə bir hadisə olmayıb. Əgər olsaydı, ya dəvətnaməni nümayiş etdirərdi, ya da telefon zəngini. Mən ümumiyyətlə onun telefon nömrəsini də bilmirəm və heç vaxt da bilmək istəməmişəm. Çünki biz tamamilə başqa-başqa adamlarıq.
Onun guya toy dəvətimi rədd etməsi isə bir mədəniyyət göstəricisidir.

Həmin toyun ağsaqqalı, böyük sənətkarımız, professor Arif Babayev, ağbirçəyi isə xalq artisti Flora xanım Kərimova olub. Onlardan başqa toyda hörmətli Fidan və Xuraman Qasımovalar, muğam ustadımız Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Aygün Bəylər və başqaları, yəni demək olar ki, bütün sənət adamları iştirak ediblər. Orada İlhaməyə və onun kimilərinə dəvət nə yada düşüb, nə də belə bir arzu olub.

O, «Dünya sülh səfiri», «Cenevrədə BMT-nin idarə heyətinin üzvü», «Vətən mükafatı laureatı», «Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti» kimi mövcud olmayan «titullarını» sadalayır. Görəsən, mövcud olmayan «dünya sülh səfiri» titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib?


Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər?

Qaldı ki, guya hamının onun əlindən öpdüyünü, mənim isə bundan imtina etməyim məsələsinə (illər boyu onun can atdığı da elə budur), o nə Roma Papasıdır, nə də ki, Ali Dini Lider. Belə olan halda əgər kimlərsə, özünə rəva bilərək onun əlindən öpürsə, bu onların şəxsi işidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru