“BİZ HƏLƏ SÖZÜMÜZÜ BUNDAN SONRA DEYƏCƏYİK”
Tarix: 23-09-2011, 14:32 | Çap et
“İNDİ DƏ O FİKİRDƏYƏM Kİ”… “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının Qaynar.info-ya müsahibəsi - Fərid bəy, Təhsil nazirinin üç müavini bir gündə işdən azad edildi. Sizcə, baş verənlər təsadüf idi, yoxsa Misir Mərdanovun istefasına hesablanmış addım? - Əvvəllər də demişəm, indi də o fikirdəyəm ki, Azərbaycan təhsilinin bütün pillələrində çox ciddi problemlər var və baş verənlər məsələyə təcili müdaxilə tələb edir. Əgər mövcud problemlərin həlli üçün yaxın zamanlarda həlledici addımlar atılmazsa, bu ölkəmizin gələcəyi üçün yaxşı heç nə vəd eləmir. Bu mənada ölkədəki bütün problemlərin həllində yaxından maraqlı olan cənab Prezidentin Təhsil nazirinin üç müavinini birdən işdən azad etməsini təhsil sektorunda baş verənlərə adekvat münasibəti kimi də qiymətləndirmək olar. Düşünürəm ki, İlham Əliyev hər şeyi hamıdan dəqiq bilir və onun bu addımı təhsilimizin inkişafı üçün çox mühüm qərarlardan biri sayılmalıdır. Bütövlükdə götürdükdə isə hesab edirəm ki, Təhsil nazirliyi ətrafında cərəyan edən proseslər hələ tam bitməyib və yaxın zamanlarda özünün məntiqi sonluğuna çatacaq. - Sizcə, neqativ hallar təkcə Təhsil nazirliyində mövcuddur? - Əlbəttə, hazırda hakimiyyətin bütün strukturlarının uğurla fəaliyyət göstərdiyini iddia etmək ədalətsizlik olardı. Şübhəsizdir ki, bu gün öz uğursuz fəaliyyəti ilə insanları hakimiyyətdən narazı salan, ona göstərilən etimaddan sui-istifadə edən məmurlar da olmamış deyil. Ancaq həmişə o fikirdə olmuşam ki, əsas olan heç də problemlər deyil, problemlərin həlli üçün ortaya qoyulan siyasi iradədir. Ölkə başçısının Azərbaycanda problemlərin həlli, insanların rifah halının yüksəldilməsi istiqamətindəki qəti mövqeyi onu deməyə əsas verir ki, yaxın gələcəkdə dövlətimiz bu sınaqlardan da üzüağ çıxacaq. Bütövlükdə götürdükdə isə mənə həmişə maraqlı olub ki, görəsən İlham Əliyevin ölkənin inkişafı üçün bu qədər əmək sərf elədiyi bir vaxtda onun etimadından sui-istifadə edib, insanları narazı salan məmurlar heç vicdan əzabı keçirib, utanırlarmı?! - Bir çoxları belə bir iddia irəli sürür ki, hakimiyyət daxilində qruplaşmalar mövcuddur və onlar arasındakı mübarizə islahatların həyata keçirilməsinə imkan vermir… - Bu fikirlər bəzi uğursuz insanların, gəncliyində müxalifətə gəlib, elə bu düşərgədə də təqaüdə çıxanların və onların itaət etdikləri qəzetlərin sarsaq uydurmalarından başqa bir şey deyil. Əksinə, bu gün Azərbaycan iqtidarı özünün monolitliyi və vahid komanda prinsipləri ilə bir çox ölkələrə nümunə göstərilə bilər. Hər şeyin doğrusu müqayisələr zamanı üzə çıxır. Qonşu və “demokratiya beşiyi” kimi təqdim olunan Gürcüstandakı vəziyyətə diqqət edək. “Məxməri inqilablar” nəticəsində hakimiyyətə gələn Mixail Saakaşvilinin bu gün ən böyük rəqibi vaxtilə birgə addımladığı Nino Burcanadzedir. Hətta onlar arasındakı körpülər o həddə qədər yanıb ki, bir-birini ən ağır cinayətlərdə belə ittiham etməkdən çəkinmirlər. Amma nəzər yetirsək görərik ki, Buracandze “qızılgül inqilabı”nın əsas ideoloqlarından biri idi və Sakkaşvili hakimiyyətinin ilk dövrlərində ən yüksək postlardan birini tuturdu. Azərbaycanda isə indiyə qədər hakimiyyətin daxilindən hər hansı ciddi müxalifət qüvvəsinin ortaya çıxmasına şahid olmamışıq. Bu da təsadüfi deyil və Azərbaycan hakimiyyətinin vahid siyasi platforma və ideya ətrafında birləşməsinin göstəricisidir. - Rəhbərlik etdiyiniz Qaynar.info saytında mütəmadi olaraq Milli Məclisin fəaliyyəti diqqət mərkəzinə gətirilir. Necə düşünürsünüz, ötən bir il ərzində deputatların fəaliyyətini qənaətbəxş saymaq olarmı? - Milli Məclis bir struktur olaraq işinin öhdəsindən lazımi səviyyədə gəlir. Ancaq parlamentin keyfiyyət göstəricisi həm də deputatların fəaliyyəti ilə birbaşa bağlıdır. Yəni, millət vəkillərinin seçicilərə münasibəti, qanun yaradıcılığında iştirakı məsələsi çox mühüm elementlərdir. Bu elementlərin fonunda mən Milli Məclisdə təxminən 20 deputatı çıxmaq şərti ilə digərlərinin fəaliyyətini uğursuz hesab edirəm. Bununla belə Milli Məclisdə seçicilərinin hüquqlarını ləyaqətlə qoruyan, ictimaiyyətlə sıx təmasda olan, qanunların qəbulu prosesində yaxından iştirak edən digər deputatlar da olmamış deyil. Millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın parlament tarixində yeni və əsl deputat modelidir. Həmkarlarının ondan öyrənəcəyi çox şeylər var. Lakin elə deputatlar da var ki, məncə onlar artıq hətta millət vəkilləri olduqlarını özləri belə unudublar. Xüsusən də yeni seçilən bəzi millət vəkilləri bir ildir mandat gəzdirməsinə baxmayaraq, hələ də səs-soraqları gəlmir. - Azxeber.com portalı ilə birgə İnternet Media Mərkəzi yaratmısınız. Bu qurumun yaradılması hansı zərurətdən doğdu? - Bəlli həqiqətdir ki, Azərbaycanda internet medianın sürətli inkişafı müşahidə olunmaqdadır. Son zamanlar yaranan bu qədər say bolluğunda əlbəttə ki, internet resurslarının da fəaliyyətinin kordinasiya edilməsinə və ortaya çıxan problemlərinin həlli məqsədilə birgə addımların atılmasına ehtiyac var. İnternet Media Mərkəzinin (İMM) yaradılması da bu zərurətdən doğdu. Mərkəzin təsisçisi iki xəbər portalı olsa da, biz bütün digər maraqlı xəbər saytlarını da sıralarımızda görməkdən və onlarla birgə fəaliyyət göstərməkdə maraqlıyıq. İMM yaxın aylar üçün ciddi fəaliyyət planı işləyib hazırlayıb və bu plandan irəli gələn tədbirlərin icrası yaxın zamanlarda reallaşdırılacaq. - Rəhbərlik etdiyiniz daha bir qurumun, “İslahatçı Gənclər” İctimai Birliyinin perspektivləri ilə bağlı hansı addımlar atmağı düşünürsünüz? - “İslahatçı gənclər” İctimai Birliyi ölkənin gənclər sektorunda iddialı təşkilatlardandır. Biz hələ “Gənc Liderlər” adı altında fəaliyyət göstərdiyimiz 5 il ərzində davamlı fəaliyyətimiz, aktiv mövqeyimizlə seçilmişik. “İslahatçı gənclər” olaraq da məqsədimiz ölkədə Prezidentin rəhbərliyi ilə aparılan islahatlara dəstək vermək və gəncləri də bu prosesə cəlb etməkdir. Oktyabr ayından etibarən birliyimizin tərkibində gələcəkdə aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmaq istəyən tələbələr üçün “Siyasi liderlik məktəbi” işə başlayacaq. Hesab edirəm ki, bu layihə gənclərin aktiv ictimai-siyasi həyata inteqrasiyasında mühüm mərhələ olacaq. Ümumilikdə götürdükdə isə qarşıda çoxlu planlarımız var. Biz sözümüzü hələ bundan sonra deyəcəyik. Azər Niftiyev, QayNar
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|