Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                 

ELDAR ƏZİZOVUN XARABA QOYDUĞU ŞƏHƏR
Tarix: 6-12-2011, 17:00 | Çap et
ELDAR ƏZİZOVUN XARABA QOYDUĞU ŞƏHƏR

VƏ YA CƏHƏNNƏMDƏN REPORTAJ

DİA.AZ: - Artıq bir neçə aydır ki, respublikanın üçüncü böyük şəhəri sayılan Sumqayıtda şəhərə yeni təyin olunan icra başçısı Eldar Əzizovun təşəbbüsü ilə nəhəng quruculuq prosesi davam edir. Mərkəzdən tutmuş uzaq mikrorayonlara qədər şəhərin bütün ərzisini əhatə edən abadlıq prosesi ticarət obyektlərindən tutmuş fərdi evlərə, nəqliyyat sistemindən tutmuş banklara qədər bütün sahələri əhatə etməkdədir. Lakin qəzet olaraq apardığımız müşahidə və araşdırmaların nəticəsi təmtəraqlı abadlıq işlərinin minlərlə vətəndaşa problemdən, maddi-mənəvi məhrumiyyətdən başqa heç nə qazandırmadığını sübut etdi.

Qanuni mülklərə qanunsuz divan

Sumqayıta daxil olarkən diqət çəkən ən başlıca məqam şəhərin bütün küçə və dalanlarında baş alıb gedən söküntü və tikinti prosesidir. Dağıdılan asvalt örtüyü, yol kənarlarına düzülən nəhəng kapron və rezin borular, səkilərə döşənməkdə olan kərpiclər, sökülməkdə olan iri və xırda ticarət köşkləri, iyi aləmi başınba götürən boya qoxusu, qaynaq səsi və s. şəhərin simasının köklü şəkildə dəyişilməkdə olduğunu göstərir. Özlüyündə mütərəqqi addım olsa da aparılan yenidənqurma prosesinin icra yöntəminin həddindən artıq kobud və dağıdıcı olması, ciddi problemlərlə müşahidə edilməsi və s. bütün baş verənləri insanlar üçün nəinki gərəksiz, hətta təhlükəli edir. Şəhər sakini Arif Məmmədov şəhərdəki mövcud durumu bu sözlərlə izah edir: «Gördüyünüz kimi, bu gün bütün şəhərdə qızğın iş gedir və bəzən bu iş gecə saatlarına qədər sürür. Mən şəhərdə aparılan quruculu işinin əleyhinə deyirəm. Yaxşı bilirəm ki, bu, bizim şəhərimizin gözəlləşməsinə, abadlığına xidmət edir. Lakin bunu da anlamaq lazımdır ki, əgər aparılan abadılq işi kiminsə haqqının yeyilməsi, kiminsə hüququnun tapdanması ilə paralel müşahidə edilirsə, bu ədalətli və arzuedilən bir yenilik hesab oluna bilməz. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün şəhərin dörd bir yanını əhatə edən abadlıq prosesi məhz bu şəkildə - kütləvi qanun pozuntusu şəraitində cərəyan edir».
A.Məmmədovun sözlərinə görə, təmir-quruculu işlərinə cavabdeh olan məmurlar insanların mülkiyyət hüququna hörmət edir, bu hüququ kobudcasına pozurlar: «Məsələ bundadır ki, bu gün şəhərdəki qanuni mülklərə qanunsuz divan tutulur. İnsanların ticarət obyektləri, hətta mülkiyyət şəhadətnaməli mənzilləri belə şəhərin estetik görünüşünə ziyan vurması adı ilə sökülür, bu zaman insanlara heç bir kompensasiya ödənilmir. Bu isə haqlı olaraq vətəndaşların etirazına səbəb olur. Hüsab edirəm ki, bütün təmir-öküntü prosesində bu amil hökmən nəzərə alınmalı və insanların maddi-mənəvi fəlakəti, göz yaşı üzərində cənnət yaratmaq cəhdinə son qoyulmalıdır».

15 manatlıq özünəməxsusluq

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Sumqayıtda aparılan təmir-abadlıq və yeniədənqurma prosesindən ən çox zərər çəkənlərdən biri taksi və marşurut sürücüləridir. Taksi və marşurut sürücüləri ilə apardığımız söhbətdən bəlli oldu ki, bir neçə həftə bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi ilə maraqlı və bir o qədər də əcaib kampaniyaya start verilib. Belə ki, icra hakimiyyəti Sumqayıytın dənizkənari parkındakı Göyərşin abidəsinin şəhərin özünəməxsus rəmzi olduğunu və buna görə də şəhərdə fəaliyyət göstərən bütün taksi və marşurutların hər birində üzərində Göyərşin abidəsinin təsviri əks olunan plakat gəzdirməli olduğunu bildirib. Bu məqsədlə yardımçı instansiyalar vasitəsilə şəhərdəki bütün taksi və avtobus sürücülərinin hər birindən 15 manat məbləğində pul yığan icra hakimiyyəti onların hər birinə göy və ağ rənglərin qarışığından ibarət Göyərçin təsvirli plakat hədiyyə edib. Adının çəkilməsini istəməyöən taksi sürücülərindən biri baş verənləri bu sözlərlə izah edir: «Bizə qəti şəkildə bildirdilər ki, əgər bundan sonra da işləmək istəyirsinizsə, mütləq bu təsvirdən almalı və onu nəqliyyat vasitənizin ön, yaxud uan tərəfinə yapışdırmalısınız. Əgər kimsə vahid mərkəzdən satılan bu plakatı almaqdan imtina etsə, o zaman onun əmək fəaliyyətinin qarşısı dərhal alınacaqdır. Odur ki, şəhərdəki bütün taksi və marşurutların hər biri 15 manat verməklə özlərinin Suçqayıt şəhərinə məxsusluqlarını sübut etdi. Onu da qeyd edim ki, 15 manat yalnız taksi və kiçikölçülü nəqliyyat vasitələri üçün tələb olunur. əgər sizin idarə etdiyiniz nəqliyat vasitəsinin sərnişin tutumu 22 nəfərdən artıqdırsa, yəni iri və orta həcimli avtobusa maliksinizsə, o zaman hamı kimi 15 deyil, 20 manat ödəməli olacaqsınız. Görünür, icra hakimiyyətində hesab edirlər ki, iritutumlu nəqliyyat vasitəsinin sürücüləri özünəməxsusluqlarını da iri miqyaslı şəkildə, geniş çapda sübut etməlidir. Bir sözlə, qısa müddət ərzində bu yolla yüz min dollarıa vəsait yığıldı ki, bu pulların da nəyə sərf olunduğu, hara ünvanlandığı bəlli deyil».

Vətəndaş qiyamı və ya «aclar üçün Paris»

Şəhər sakinlərindən 55 yaşlı Səkinə Quliyeva isə hesab edir ki, hazırkı şəraitdə Sumqayıtda bu qədər genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması ehtiyac yoxdur. S.Quliyevanın fikrincə, on minlərlə insanın ac-yalavac yaşadığı şəhərdə küçələrə mərmər döçəməkdənsə fabrik və zavodlar tikmək, onların işə olan tələbatını ödəmək qat-qat doğru və faydalı addım olardı: «Mənim 55 yaşım var və ömrümün ən gözəl, ən gənc yaşları Sumqayıtın ən gözəl vaxtlarına təsadüf edib. Bu o vaxtlar idi ki, şəhər öz təmizliyi və yaşıllığı ilə göz oxşayır, hər tərəfdən qeyri-adi səliqəlilik nəzərə çarpırdı. O vaxt şəhərdə fabrik və zavodlar, tikiş sexləri o qədər çox idi ki, heç kim işə olan tələbatını ödəməkdə çətinlik çəkmir, ciddi mənada ehtiyac hiss etmirdi. Bu gün isə vəziyyət tamamilə başqadır. İndi böyük şəhər özünün bütün yaradılış tarixində ən ağrılı günlərini yaşayır. Minlərlə, on minlərlə insan işsizlikdən əziyyət çəkir, hər beş evdən dördündə aclıq və səfalətin nəfəsi hiss olunur. Şəhərin bütün sənaye kompleksinin önəmli bir hissəsinin öz fəaliyyətini dayandırdığı indiki zamanda küçələrə mərmər döşəməklə insanların gündəlik tələbatlarını ödəmək mümkün deyil. Mən bütün bu vurhavurun dayandırılmasının, əvəzində fabrik və istehsalat sexlərinin yaradılmasının tərəfdarıyam. Hesab edirəm ki, heç kim ac qarınla mərmər səkidən zpvq ala bilməz. Ancaq tox qarınla zahiri cəh-cəlaldan məhrum istənilən təmiz və səliqəli səkidən zövq almaq mümkündür».
S.Quliyeva hesab edir ki, bu gün baş verənlər aclar üçün yeni bir Parisin yaradılmasından başqa bir şey deyil və bu prosesdə faciə ilə komediya bir-biri ilə qəribə bir şəkildə çulğalaşır: «Şəhər icra hakimiyyətinin həyata keçirdiyi abadlıq prosesi miqyas və mahiyyət etibarilə o qədər genişdir ki, burada Sumqayıtın yeni simasının yaradılmasından deyil, ikinci bir Parisin salınması ideyasının məqsəd olaraq ortaya qoyulduğunu güman etmək olar. Hər şey insanların rahatlığı və xoş güzaranına deyil, şəhərin estetik baxımdan gözəl və yaraşıqlı görsənməsinə hesablanıb. Mənsə hesab edirəm ki, Maddi səfalət və mənəvi iztirab içində yaşayan insanlara estetik zövq bəxş etmək mənasız və hətta gülünc bir işdir. Ac insanlara yeni bir Paris bəxş etməkdən gülünc və bir o qədər də faciəvi heç nə ola bilməz».

Tank altından çıxan şəhər

Başqa bir şəhər sakini İsmayıl Hacıyev də şəhərdə aparılan quruculuq işlərinin bütün vətəndaşlarda narazılıq doğurduğunu bildirdi: «Bu gün yüzlərlə insan mülkiyyət hüququnun pozulmasından, bir günün, bir saatın içində müflis və ya evsiz qalmalarından narazıdır. Minlərlə insan isə yaşadıqları mənzilin və ya sahibi oldquları ticarət obyektlərinin bir neçə saatıniçində yerlə-yeksan edilə biləcəyi qorxusu ilə yaşamaqdadır. Şəhərəin bugünkü görünüşü də olduqca qorxunc və hürküdücüdür. Sülh rəmzi sayılan Sumqayıt şəhəri bu gün tank altından çıxan müharibə şəhərinə bənzəyir. Hər yer qazılıb tökülüb, hər yerdə təmir-bərpa işləri həyata keçirilir. Təsəvvür edin ki, bu gün şəhərdə yol və meydançaların, park və xiyabanların genişləndirilməsi məqsədilə nəinki yüzlərlə ev və ticarət mərkəzi söküntüyə məruz qalıb, həm də bütün əsas yoların kənarında yerləşən obyektlərin şüşə və xarici fəsadlarının dəyişdirilməsi prosesi həyata keçirilir. Ən maraqlısı isə budur ki, həyata keçirilən bəzi dəyişikliklərə ümumiyyətlə heç bir məna vermək mümkün deyil. Məsələn, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qarşısı və eləcə də Sülh küçəsindəki səkilərə döşənən daşların yeniləri ilə əvəzlənməsinə ehtyiyac olmasa da, bu baş verdi. Şəhərin müxtəlif hissəlıərində də analoji vəziyyət müşahidə edilməkdədir. Bu isə bir daha onu göstərir ki, aparılan quruculuq işləri ölçülüb-biçilmiş və əsaslı şəkildə həyata keçirilmir. Bunun əziyyəti isə birmənalı şəkildə yenə də vətəndaşın üərinə düşür».

«Kolxoz» bazarı bayraq meydanı olacaq

Apardığımız araşdırma nəticəsində bəlli olub ki, E.Əzizovun Sumqayıtın inkişafı proyektində növbəti qurbanlarından biri şəhərdəki kolxoz bazarının sahibi olan Ağamirzə Əhədov olacaq. Bu barədə redaksiyamıza məlumat verən mənbə A.Əhədovun bazarətrafı biznesinin məhdudlaşdırılması və sahibkara məxsus bir sıra obyektlərin dağıdılmasını bu yolda atılan ilk addım kimi dəyərləndirdi: «A.Əhədov uzun illərdir ki, Sumqayıtın biznmes aləmində əsas söz sahiblərindən biri olsa da, E.Əzizovun gəlişindən sonra digər sahibkarlar kimi onun da biznes fəaliyyətində durğunluq müşahidə edilməkdədir. Halbuki, A.Əhədov nəhəng kapital ehtiyatına malik və hakimiyyətin yuxarı pillələlərində təmsil olunan yüksək ranqlı məmurlarla ciddi bağlantısı olan Zaman İsgəndərovla uğurla rəqabət aparmış və öz mövqelərini qorumuşdur. Lakin bu gün A.Əhədovun əlində yalnız Sumqayıtın kolxoz bazarı var ki, bu bazarın da yaxın aylarda söküləcəyi planlaşdırılır».
Mənbənin bildirdiyinə görə, yaxın gələcəkdə kolxoz bazarı bayraq meydanı ilə əvəz ediləcək: «E.Əzizov A.Əhədova məxsus kolxoz bazarını sökdürərək onun yerində bayraq meydanı inşa etmək istəyir. İcra başçısı hesab edir ki, iqtisadi gücünə və əhalisinin sayına görə ölkənin əsas şəhərlərindən olan Sumqayıtda belə bir bauraq meydanının inşasına ehtiyac var. Bayraq meydanı üçün hazırkı kolxoz bazarının yeri də təsadüfi seçilməyib. Bu yerin Sumqayıtın mərkəzində yerləşməsi onun bayraq meydanı üçün əlverişli məkana çevirir».
Lakin mənbə hesab edir ki, A.Əhədovun əlindən kolxoz bazarının da alınması sahiblkarla icra başçısı arasında ciddi konfiliktə səbəb olacaq: «Bazarın yerində bayraq meydanının yaradılması sahibkarla E.Əzizov arasındakı narazılığın güclənməsi və bu gərginliyin açıq müstəviyə keçməsi ilə müşahidə oluna bilər. Çünki sözügedən bazar indiki halda A.Əhədovun yeganə böyük gəlir mənbəyidir. Bundan başqa, bazarın dağıdılması satıcıların da narazılığına səbəb olacaq. Doğrudur, hazırda kolxoz bazarının şəhərin əsas hissəsindən kənara köçürülməsi planlaşdırılır. Lakin aydındır ki, satıcıların sərəncamına verilən yeni bazarda şərait indiki bazardan bir neçə dəfə aşağı olacaq».

Zaman İsgəndərova yeni zərbə

Mənbənin sözlərinə görə, A.Əhədovla yanaşı onin ənənəvi rəqibi Z.İsgəndərov da ciddi zərbə alacaq. Mənbənin sözlərinə görə, sahibkara məxsus «Cavid» ticarət mərkəzinin sökülməsi planlaşdırılır: «Öncə onu deyim ki, Z.İsgəndərov keçmiş icra başçısı Vaqif Əliyevin dönəmində böyük səlahiyyətə malik idi. İcra başçısı ilə şəxsi yaxınlıq onu Sumqayıt şəhərinin bir nömrəli sahibkarına çevirmişdi. V.Əliyev Z.İsgəndorova öz biznesini inkişaf etdirmək üçün hər cür şərait yaradır, onu sözün bütün mənalarında dəstəkləyirdi. Buna səbəb V.Əliyevin Z.İsgəndorova qarşı duyduğu borcluluq və minnətdarlıq hissi idi. Yada salım ki, V.Əliyevin Sumqayıta icra bşçısı təyin olunmasında Z.isgəndərovun böyük xidmətləri olmuş, onun namizədliyi heydər Əliyevin iştirak etdiyi toplantıda ölkə başçısına məhz onun tərəfindən təqdim olunmuşdur. Lakin bu gün baş verən proseslər Z.İsgəndərovun nəhəng biznes imperiyasının qısa müddətdə çökə biləcəyindən xəbər verir. Bu gün E.Əzizovun sökməyi nəzərdə tutduğu nəhəng obyektlərdən biri də Z.İsgəndərova məxsus olan «Cavid» ticarət mərkəzidir ki, onun da inşasına yüz min dollarla vəsait sərf olunub. Bundan başqa, adıçəkilən ticarət mərkəzində yüzlərlə insan çalışır ki, obyektin söküntüsü onları da avtomatik olaraq işsuz durumuna salır. Fəqət bununla belə E.Əzizovun bugünə qədər sərgilədiyi qətiyyət nəzərdə tutulan söküntülərin inamla həyata keçiriləcəyini söyləməyə əsas verir».

İmamverdi İsmayılovun çökən biznesi və daş abidə

Mənbə Ölkə nənurlarından hazırkı millət vəkili, Qubadlı-Zəngilan dairəsindən deputat seçilən İmamverdi ismayılova məxsus obyektlərin də E.Əzizovun zavalına gəldiyini bildirib. Mənbənin bildirdiyinə görə, millət vəkilinin 3-cü mikrorayon ərazisində, Heydər Əliyev heykəli ilə üzbəüz parkdaçı «Gənclik» istirahət mərkəzinə də məhz E.Əzizovun göstərişi ilə əl qoyulub: «Məlum ərazi icra başçısının Sumqayıta gəldiyi ilk günlərdə, onun şəhərdən Bakıya gedən istiqamətdəki ağacları «cavanlaşdırdığı» zamanlarda cəlb etmişdi. O zaman öz yaxın qohumlarının əli ilə İ.ismayılovun buznes məkanını ələ keçirən E.Əzizov yaşıllığı ilə diqqət çəkən ərazidəki kafe nvə çayxanaları özü işlətmək istəsə də, daha sonra fikrini dəyişdi. Hazırda icra başçısı məlum ərazidə Heydər Əliyevin heykəli ilə üzbəüz Zərifə Əliyevanın heykəlini inşa etdirmək niyyətindədir. İcra başçısı hesab edir ki, H.Əliyevlə Z.Əliyevanın qarşı-qarşıya duran və bir-birinə baxan heykəlləri şəhərin yeni görünüşünə özünəməxsus estetik zövq əlavə edəcək, həmçinin onun hakiçiyyətdəki yerini möhkəmləndirəcəkdir».

Şəhərdəki məmurlar təşviş içində

Mənbə şəhərdəki sahibkarlarla yanaşı E.Əzizovun müavinlərinin də davamlı təlaş içində olduğunu qeyd etdi. Mənbənin məlumatına görə, buna səbəb E.Əzizovun şəhərin ən perestijli yeri hesab olunan dənizkənarı parkla bağlı layihəsidir: «E.Əzizovşəhərin mərkəzi ilə yanaşı perestij etibarilə ondan heç də geri qalmayan dənizkənarı parkla bağlı da konkret layihələr həyata keçirmək niyyətindədir. Belə ki, icra başçısı dənizkənarı parkda fəaliyyət göstərən onlarla xılrda kafelərin hamısını ləğv etməyi və bunun əvəzində istər əzəzmətli görünüşü, istərsə də təmizliyi ilə diqqət çəkən yüksək starndartlı ictimai iaşə obyektlərinin inşasını planlaşdırır. E.Əzizov hesab edir ki, belə bir dəyişiklik həm dənizkənarı parkın görünüşünü yaxşılaşdıracaq, həm də bir çox hallarda ikili funksiya daşıyan, yəni ictimai iaşə xidmətii ilə yanaşı həm də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərin ləğvinə gətirib çıxardacaqdır. Lakin icra başçısının bu fikri bəzi sahibkarlarla yanaşı şəhər rəhbərliyində təmsil olunan məmurları da (burda hüquq-mühafizə orqanlarından tutmuş, idarə rəhbərlərinə qədər bir çox məmurlar var) ciddi təşvişə salıb. Buna səbəb dənizkənarı parkdakı bir çox obyektlərin məhz şəhər rəhbərliyində təmsil olunan şəxslərə məxsus olmasıdır».
Mənbə dənizkənarı parkdakı obyektlər arasında vaxtilə I Qarabağ savaşında iştirak edən və bu gün biznes fəaliyyəti ilə məşğul olan veteranlara məxsus obyektlərin də olduğunu vurğuladı: «Dənizkənarı parkda məmurlarla yanaşı bu obyektlərə öz biznes bacarıqları və zəhmətləri syəsində malik olan Qarabağ veteranları da var ki, bu obyektlərin sökülməsinin onlar tərəfindən sərt etirazla qarşılanacağını indidən təxmin etmək olar. Ola bilsin ki, bu söküntü zamanı onların vətən qarşısındakı xidmətləri nəzərə alınsın və onlar hansısa formada güzəştlər edilsin. Ancaq ediləcək güzəştlərin dəyən zərəri tam olaraq qarşılamayac və daha çox formal xarakter daşıyacaq».

Nəsimi
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru