"Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!
Tarix: 15-06-2024, 10:53 | Çap et
 "İran İslam Respublikasının Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin müəllimi İxtiyar Bəxşinin fars dilindən Azərbaycan dilinə tərcümə edib AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədliyə hədiyyə etdiyi, Məmmədlinin isə üzünü bəzəyib nəfis şəkildə çap etdirdiyi və akademik dostların "Azərbaycan dilçiliyinin ilk abidəsi", "dilimizin qrammatikası ilə bağlı ilk əsər" deyib barıtını bol etdikləri “Məzhər-üt-türki” kitabını (və ya kitab formasında təqdim olunan cızma-qaranı), görəsən, Dilçilik İnstitutunun əməkdaşları niyə öz ailə-uşaqlarından, xüsusən yeniyetmə övladlarından gizlədirlər?" Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib. İ.Abbasov daha sonra əlavə edib: "Qrammatika", hətta "mükəmməl dərslik" adlandırdıqları kitabı adam öz ailə-uşağından niyə gizlətsin ki?! Qədim tarixə malik monumental dil abidələrimiz dura-dura bu qəbildən olan həqarət dolu qurama kitabları şah əsəri kimi sırımağa çalışaraq, İsfahan lotusundan qurtarmamış bizi Ərdəbil lotusunun cənginə salmaq istəyənlərin məqsədi nədir?!

Qrammatika dedikləri bu 3-4 qəzet məqaləsi həcmində sistemsiz cızma-qaraya göz atdıqda adam dəhşətə gəlir. Ona görə yox ki, əsər mənasızdır, dayazdır, ana dilimizin qrammatikasının bəsit, qıt və əcaib təqdimatıdır, ona görə ki, Bəxşinin feilinə uyaraq bunu kitab şəklində çap edib bizə həzm etdirmək niyyətinin olmasıdır. Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar. Neçə əsrlər bundan əvvvəl fundamental, layiqli və ciddi dil abidələrimiz olduğu halda, belə cızma-qaraya dilimizin və dilçiliyimin möhtəşəm abidəsi demək özünəhəqarət deyilmi?! Kitab formasına salınıb bəzədilən idbar sözlər yığınına akademikin birini də elmi redaktor yazıblar ki, "elmi" təsiri bağışlasın. Molla Cimcimin küçədə vurduğu laqqırtıya istinadən dilimizin fars dilindən əmələ gəlməsini (-dı,-di, -du, -dü morfoloji şəkilçimiz də farsın imiş?!) iddia edən Ərdəbil lotusunun lüzumsuz cızma-qarası niyə bizim dövlətimizin vəsaiti hesabına çap olunub təbliğ edilməlidir?! Hətta müftə olsa belə! Məntiqi və praqmatik yanaşma çox həqiqətləri üzə çıxarır. Qrammatik cəhətdən sistemsiz, dini-ideoloji və pozuculuq cəhətdən sistemli olan yazı guya türk dilini farslara öyrətmək məqsədilə yazılıb, özü də Nadir Şah dönəmində-filan. Elementar səviyyədə tarixi bilənlərə məlumdur ki, o dövrdə Səfəvilər xanədanında türk dili vacib ünsiyyət dili idi, hətta sarayda yazışmaların dili farsca olsa da, başlıca ünsiyyətin qızılbaş türkcəsində olduğunu Şah Abbas sarayında yaşamış italyan səyyah Pietro della Valle də dostu Skipanoya yazdığı məktublarında etiraf edirdi. Vallenin özünün Şah Abbasla türk dilində maraqlı dialoqları olmuşdur. Valle yazırdı ki, ordu, əsasən, türk əsilli qızılbaşların əlində idi və s. 404 il bundan əvvəl (1620) italyan aristokrat Pietro della Valle dilimizin mükəmməl qrammatikasını yazmışdır. 2020-ci ildə həmin əlyazma məhz ilk dəfə olaraq Azərbaycan dilçiləri tərəfindən dilimizə tərcümə edilib tədqiq olunmuş və çap edilmişdir. Özlərinin adı olmadığı üçün o möhtəşəm abidəni görməzdən gələn və yeni-yeni vəzifələr, titullar, pullar fəth etmək həvəsində olan akademik yeyimcillər dilimizi fars dilinin yedəyinə verməyə, morfologiyamızın, əsasən, feillərin zaman mənasızlığından, leksikamızın söyüşdən ibarət olduğunu isbat etməyə çalışan, yazılma tarixi ehtimallara əsaslanan bu cəfəngiyyatı ictimaiyyətə XVIII əsr "şedevr"i kimi sırımaqdan hansı məqsədi güdürlər?! Həmin şəxslər "tarixi" deyib tarixi naməlum olan bu molla "cadu-pitisi"ni öz yeniyetmə övladlarının, nəvələrinin dərslik kimi qəbul edib oxumalarını rəva görürlərmi?! Akademik mühit bir-birini o qədər tərif edib ki, başları tamamilə itib. Sən demə, tərifdən, mədhiyyədən də keflənmək olurmuş! Görəsən, Allah sizi hidayət edəcəkmi?! Qeyd: Dövlətin pulunu israf edib "şedevr" kimi təqdim olunan cızma-qaradakı qeyri-etik söz və ifadələri yazıya gətirmək mümkün deyil..."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|