![ELŞAD ABDULLAYEV BU DƏFƏ YERİ, GÖYÜ SİLKƏLƏYƏCƏK ELŞAD ABDULLAYEV BU DƏFƏ YERİ, GÖYÜ SİLKƏLƏYƏCƏK](https://dia-az.shop/uploads/posts/2013-05/thumbs/1368784947_0001.jpg)
KEÇMİŞ REKTOR ŞOK VİDEO YAYIR
DİA.AZ: - Hazırda Fransaya sığınan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev yeni qalmaqallı videoçəkiliş yaymağa hazırlaşır. Bu barədə DİA.AZ-a Elşad Abdullayevə yaxın olan qaynaqlardan məlumat ötürülüb.
Mənbə bildirir ki, bu dəfə keçmiş rektor çox səs-küy yarada biləcək faktları açıqlayacaq: «Hətta ola bilsin ki, video çəkilişin yaradacağı ajiotaj nəticəsində kimlərsə istefaya göndərilsin».
Mənbəmiz bildirdi ki, həmin videomaterial hal-hazırda tədarük olunur: «Üzərində işlənilir, səslər təmizlənir ki, daha aydın təəssürat yaransın. Və ola bilsin ki, sabaha tam hazır olsun».