İRANDAN HAKİMİYYƏTƏ ŞOK ZƏRBƏ GƏLDİ
Tarix: 20-05-2013, 15:12 | Çap et
MOLLA MƏTBUATI RƏSMİ BAKININ NİYYƏTİNİ BİLİR?
DİA.AZ: - Məlum olduğu kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin uğursuz Tehran səfərinin ardından Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bir qrupp tanınmış iqtidar adamının daxil olduğu heyətlə İrana səfər edib. Bildirək ki, bu səfərlə bağlı müxtəlif rəylər açıqlanmaqdadır. Ən maraqlısı isə elə İranın özündən gəldi.
Hər halda, antiAzərbaycan ovqatı ilə hər zaman diqqətə gələn «arannyus» portalında yer alan və diqqətinizə təqdim edəcəyimiz bu material əsas yaradır ki, Tehranın hansı ovqatda bu səfərə yanaşdığını təxmin edə biləsən. Bu «şərh»in birbaşa olaraq İranın Azərbaycana olan münasibətinin təzahürü kimi dəyərləndirilməsi də vacibdir. Çünki hər zaman mollalar sözlərini məhz adını çəkdiyimiz portal vasitəsilə ictimailəşdiriblər və İran Azərbaycana olan münasibətlərində məhz bu portalda səmimi olub. Odur ki, «AranNews» portalında yer alan bu məqaləni səbrlə oxuyub, nəticə çıxarın…
«İran və Azərbaycan medialarının verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehrana səfərindən qısa bir müddət sonra dünən (şənbə) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allaşükür Paşazadə İrana gəlib və doktor Əhmədinejadla görüşüb, həmçinin digər şəxsiyyətlərlə də görüşməsi gözlənilir.
Sözsüz ki, İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə meyli və bunun qarşısını alan maneələri götürməyə iradəni göstərmək üçün diplomatik arenada uyğun addım sayıla bilər.
Qeyd edək ki, bu günləri diplomatik arena olduqca geniş məna daşıyır və dövlət rəsmilərinin qarşılıqlı fəaliyyətləri ilə bitmir. Bu arada xalq diplomatiyanın yüksək əhəmiyyəti vardır. Hal-hazırda xalq diplomatiyası nəzəriyyəsi yaxşılaşması elə bir şəraitdədir ki, dövlətlər digər bir ölkənin ictimai qrupları ilə münasibət qurmağa daha çox ehtiyaclıdır və media kimi komponentlərdən, din və universitet elitaları kimi vasitələrdən öz hədəflərinin təmini üçün istifadə etməyə çalışırlar. Belə demək olar ki, xalq diplomatiyasının əsas tərəfi müxtəlif ölkələrin açar qrup və şəxsləri ilə davamlı əlaqələr yaratmağa çalışırlar.
Allaşükür Paşazadənin İrana səfərini də Azərbaycan dövlətinin xalq diplomatiyasından faydalanmaq istəməsi çərçivəsində araşdırmaq olar. A. Paşazədənin Azərbaycan dövlətində rəsmi olaraq siyasi yaxud icraçı məsuliyyəti yoxdur. Onun Tehrana səfərində məqsəd Azərbaycanda prezidentliyə seçkilər ərəfəsində İranın əsas və hüquqi şəxsiyyətləri ilə görüşüb ölkəsindəki hazırkı durum proseslərinə onların xoş dəstəyini cəlb etməkdir. Çünki bir çox azəri və beynəlxalq medianın verdiyi xəbər və təhlillərə əsasən, hazırda ölkədə prezident seçkilərinə beş ay qalması ilə eyni zamanda dövlət qərb və Rusiya tərəfindən bərk siyasi təzyiqlərlə üzləşib. Bu təzyiqlərdən əsas məqsədin İlham Əliyevdən imtiyaz almaq olmasına baxmayaraq, dövlətə müxalif qüvvələrin təşkilat növü; məsələn, qərbyönümlü müxalif partiyaya bağlı "İctimai Palata", Rusiya tərəfdarlarına bağlı "El" hərəkatı kimi qruplar dövlət rəsmiləri arasında bu qorxunu yaradıb ki, hər növ səhlənkarlığın xoşagəlməz nəticələri ola bilər. Ona görə də İranla zahiri də olsa münasibətləri yaxşılaşdırmaq yolu ilə özlərinə dayaq yaratmaq üçün bərk hərəkətə keçiblər. Əlbəttə, bu mövzudan –İranla münasibətləri yaxşılaşdırmaq- Rusiyanın, əsasən də Amerikanın təzyiqlərini kontrol etmək üçün vasitə kimi istifadə edirlər.
Aydındır ki, belə bir şəraitdə ölkənin siyasi diplomatik aparatı tamamilə ayıqlıq göstərməli, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün fürsətdən istifadə etməyə çalışmaqla yanaşı onların İran qarşısındakı keçmiş səhvlərini xatırlatmalıdırlar. Bu səhvlərdən sionistlərin Bakıda İran əleyhinə hərəkətlərinin asanlaşması, ölkə mediasının anti-İran təbliğatının davamı, anti-İran irqçilərin ölkədə fəaliyyətinə icazə verilməsinə və s. işarə etmək olar.
Bu şəraitdə gərək ölkənin ümumi xarici siyasəti olan bütün dünyada islami hərəkatların mənəvi dəstəklənməsi və iranlıların ümumi fikirlərinə hörmət bəslənməsinə istiqamət vermək proqramı çərçivəsində Azərbaycan dövlətinin orta məktəblərdə islami hicabı qadağan edilməsi, televiziya kanallarından azanın səslənməsinin qadağan edilməsi, dövlət idarələrində islami simvollarının qadağası, Qum Elm Dairəsində təhsil almış azərbaycanlı tələbələrin təbliğ və fəaliyyətlərinin qadağan edliməsi, 160-dan yuxari islamçı rəhbər və fəalların həbs edilməsi kimi anti-İslam siyasətlərinin səbəbini Azərbaycan məsullarından, əsasən də Allaşükür Paşazadədən soruşmaq lazımdır.
Təbiidir ki, İran rəsmiləri QMİ-nin sədrindən bu sualları soruşmaqla yanaşı bir neçə uyğunsuzluğu həll etməyi ondan istəməlidirlər. O cümlədən, birincisi, bir tərəfdən dövlətin laiklik və sekularizm üzərində idarə edilməsinin iddiası, digər bir tərəfdən isə missiyası yalnız şiə məktəbinin fəaliyyətini məhdudlaşdırmaq olan bir neçə dini və dövlət təşkilatlarının yaradılmasından irəli gələn uyğunsuzluq. İkincisi, bir tərəfdən dövlətin demokratik əsaslar üzərində idarə edilməsinin iddiası, digər tərəfdən isə şiə etiqadına qarşı qadağa və məhdudiyyətlərdən irəli gələn uyğunsuzluq.
Yaxşı olar ki, çox güman ki, təqlid mərcələri ilə də görüşməsini də öz proqramına salmış cənab Allaşükür Paşazadə həm onlara, həm də İran xalqına yuxarıda qeyd edilən məsələlər və bəzi təəccüblü, acı həqiqətlər barədə – ötən illərdə məscidlərin sökülməsi, ölkə televiziyasının pozğunluğu yaymaq istiqamətində qeyri-əxlaqi verliişlər yayaımlaması, Milli Məclisin fahişəliyin laqallaşdırılması kimi təkliflər irəli sürməsi – izah versin.
Hər halda A. Paşazadənin bu səfərdə bəzi məsələlər barədə düşünəcəyi ümid edilir.
Sonda qonaq qarşılamaq adətinə uyğun olaraq və İran-Azərbaycan münasibətlərinin genişlənməsini qarşılayaraq cənab Allaşükür Paşazadəyə xoş gəldin deyirik».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
|