21-Cİ ƏSRİN GƏNCƏSİNDƏ LİFT PROBLEMİ
Tarix: 27-05-2013, 10:07 | Çap et
Elmin, texnologiyanın inkişaf etdiyi bir zamanda yaşasaq da, Gəncənin bəzi sakinləri hələ də XX əsrin problemlərindən canlarını qurtara bilməyiblər. Daha doğrusu, müasir şəhərin hərtərəfli inkişaf etmiş sakinlərini bəzi məmurlar konkret problemlərlə üz-üzə qoyur. Üzərinə düşən vəzifəsini yerinə yetirərkən dövlət maraqlarını unudub, sakinləri öz maddi maraqlarına qurban verən, tutduqları "post"lardan sui-istifadə edən bəzi məmurlar insanları kommunal problemlər içində çabalamağa vadar edir. Söhbət Gəncə şəhərində fəaliyyət göstərməli olan, lakin yeri yurdu bəlli olmayan İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsindən gedir. Şəhərdə mövcud olan hündürmərtəbəli binalarda Sovet dövründən qalan və aşınan, eləcə də yeni quraşdırılan, lakin fəaliyyəti idarənin özü kimi olan liftlər insanların həyatı üçün əsl təhlükədir. Sözünü deməyə, şikayətini eləməyə isə bir kimsə yoxdur. Çünki KİV olaraq idarənin rəhbəri Ələddin Atayevi tapa bilmiriksə, sakinlərin buna necə nail olacağı qaranlıq olaraq qalır. Xüsusiylə prezident İlham Əliyevin Gəncənin lift təsərrüfatının yenilənməsinə 1 milyon manat vəsait ayırdığı bir vaxtda...
Lift problemi Gəncənin əksər çoxmərtəbəli binalarında mövcuddur və belə binalarda yaşayan sakinlər bunun əziyyətini çəkirlər desək, yəqin ki, yanılmarıq. Hazırda Gəncədəki çoxmərtəbəli binalarda yaşayan əhalini qayğılandıran və ən çox narahat edən məsələlərdən biri də lift problemidir. Binalardakı liftlərin normal fəaliyyət göstərməməsi və bəzilərinin fəaliyyətini belə desək, tam dondurması narazılıq obyekti olub. Dövlət büdcəsindən lift təsərrüfatının inkişafı üçün xeyli maliyyə vəsaitinin ayrılmasına baxmayaraq bu sahədəki problemləri çözmək hələ də mümkün olmayıb. Bütün bunlar liftlərin köhnəlib sıradan çıxması və ya bu sahəyə cavabdeh olanların vəzifəsinə səhlənkar yanaşması ucbatından baş verir. Kəpəz televiziyası olaraq Gəncənin bir çox yaşayış massivlərində liftlərin necə fəaliyyət göstərməsi və ya sakinlərin lift problem ilə bağlı dəfələrlə efirimizdə tənqidi materialların getməsindən sonra vəziyyətin müsbətə doğru dəyişib-dəyişmədiyi ilə maraqlandıq. Lakin gördüklərimiz vəziyyətin hər ötən gün daha təhlükəli hal aldığını deməyə əsas verir, problemi həll edən adam yoxdur ki, yoxdur.
Gəncə şəhərində liftlərin işləməsindən əziyyət çəkənlərin böyük əksəriyyəti Yeni Gəncə yaşayış massivinin sakinləridir ki, burda mövcud olan liftlərin çoxu ya işləmir, ya da ciddi təmirə ehtiyacı var.
Sakinlər bildirir ki, ötən əsrin 80-ci illərində istifadəyə verilən binalarda quraşdırılan liftlərin yaşı elə binanın yaşı qədərdi. Düzdür, bəzi Sovet liftləri bir neçə il bundan öncə Belarus istehsalı olan liftlərlə əvəzlənib və sakinlər də sevinib ki, daha lift problem yaşamayacaqlar. Amma elə hər şey də bundan sonra başlayıb. Sakinlərin sözlərinə görə, köhnə liftlərin istismar müddəti keçməsinə baxmayaraq işlək vəziyyəti onları qane edirdi. Hətta liftin quraşdırılması zamanı insident də yaşanmışdı. Belə ki, öncə Qəbələdə istehsal olunan lift quraşdırılmağa başlandı. Sonradan görülən işlər yarıda saxlanılaraq Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsindən Belarus liftləri sakinlərin dıqnaqarası istifadəsinə verildi.
Solmaz Məhərrəmova – sakin: “İki ildir lift qoyublar heç iki ay işləməyib. Ancaq özümüz usta tapırıq təmir üçün. Lift idarəsinə zəng vururuq heç kim cavab vermir. İcra Hakimiyyətinə kimi getmişik bu şikayətlə bağlı səsimizə səs verən olmayıb. Evdə 4 az yaşlı təzyiqli uşaqlarımız var, gəlinim xəstədir, düşüb qalxmaq olmur. Nə qədər pul yığıb verməyimizə baxmayaraq liftimiz işləmir. Tələb edirik ki, liftimizi dəyişdirsinlər”.
Növrəstə Qasımova –sakin: “5-ci mərtəbədə yaşayırıq, yoldaşım xəstə adamdır, həyətə çıxıb düşə bilmir. 2 ildir liftimizi yenisi ilə əvəz elədilər o gündən liftimiz işləmir. Liftlərimiz çox qorxuludur, qapısı neçə dəfə açılmayıb bir neçə saat içində qalmışıq, heç köməyə gələn də olmayıb. Bir neçə dəfə də hadisə olub ciddi yaralanan olub. Liftin işləməməsi ilə bağlı bir neçə yerə dəfələrlə müraciət etmişik heç kim şikayətlərimizə baxmır”.
Söhbət liftlə bağlı hadisədən düşmüşkən qeyd edək ki, ötən il Yeni Gəncə bina 1-də quraşdırılan Belarus liftinin nasaz olması 1 nəfərin 3-cü mərtəbədən liftin şaxtasına yıxılması və ağır xəsarətlər alması ilə nəticələnib.
Nasaz və işləməyən liftlər hətta qonşuları da bir-birinə düşmən edib. Uzun müddət qonşu olan sakinlər arasında narazlıqlara da yol açan liftin təmir edilməsi, bunun üçün sakinlərin öz təşəbbüsü ilə pul yığımı insanları sözün əsl mənasında təngə gətirib.
Nurəddin Əliyarov – sakin: “Bizim binaya bu təzə liftlər qoyulandan cibimizdə pul qalmayıb. 3 gündən bir lift idarəsinin işçiləri gəlirlər ki, 50 manat – 100 manat verin düzəldək. Pensioner adamam, mən o liftə nə qədər pul verim. Bütün qonşularla üzgöz olmuşam, dalaşmışam. Mən 4-cü mərtəbədə yaşayıram qorxumdan liftə minmirəm, işləyəndə qonşular deyir biz pul vermişik sən niyə verməyibsən, ancaq minirsən”.
Məsələni kökündən araşdırmaq üçün ötən illərə nəzər salsaq görərik ki, problem artıq uzun müddətdir ki, sakinlərə əziyyət verməkdə davam edir. Çox maraqlıdır ki, bu müddət ərzində idarənin təmir briqadası tərəfindən ayrı-ayrı vaxtlarda sakinlərdən müəyyən məbləğdə təmir məqsədilə pul yığılıb, bina sakinlərindən hər ay lift xidmət pulunun ödənilməsi üçün qəbizlər paylanılıb. Sovet dönəmindən qalmış və daim sakinlər üçün təhlükə mənbəyi sayılan Gəncənin lift təsərrüfatının yenilənməsi prosesindən daim ağzı dolusu danışan Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsinin rəisi Ələddin Atayevlə mövcud problemlə bağlı bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. Bundan bir daha əmin olduq ki, daşıdığı vəzifəsinin məsuliyyəindən kənara çıxaraq jurnalistin suallarını cavablandırmaq istəməyən qurum rəisinin liftə qalan vətəndaşın harayına cavab verməməsi heç də təəccüb doğuran hal deyil. Binalarda yaşayan sakinlərin problemləri ilə birbaşa məşğul olmalı olan qurumlar arasında Mənzil İstismar Sahələri də var ki, onlar da mövcud problemin qarşısında acız görünür. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini rəisi Elgün Məmmədov şifahi olaraq bildirib ki, binalarda lift məsələsi onların səlahiyyətləri çərçivəsindədir. Lakin Elgün Məmmədov Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsinin Birliklə yalnız müqavilə əsasında çoxmərtəbəli binalarda lift xidmətini həyata keçirdiyini söyləyib. Xatıraladaq ki, statistik rəqəmlərə görə, hazırda Gəncədə 190 lift 7500-dən artıq şəhər sakininə xidmət göstərir. Apardığımız müşahidələr isə göstəriri ki, 190 lifdən 90% heç də normal işləmir. Qeyd edək ki, şəhər sakinlərinin ixtiyarında olan qəzalı liftlərin bir qismi Belarus, böyük əksəriyyəti isə sovet dövrünün liftləridir. Sonda onu qeyd edək ki, aprelin 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, çoxmənzilli binalarının lift təsərrüfatının mövcud vəziyyəti bu sahədə həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsini tələb edir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Bakı Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Dövlət Mənzil Fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə sərəncam qərara alınıb.
Sərəncam ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb.
Qeyd edək ki, Azərbaycanda lift istehsal olunur. Qəbələdə Gilan Lift Zavodu, Kürdəmirdə Qafqaz Lift Zavodu fəaliyyət göstərir
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
|