ŞƏKİDƏ ELXAN USUBOV “ƏYLƏCİ”...
Tarix: 27-05-2013, 11:12 | Çap et
RAYONU İNKİŞAFDAN SAXLAYAN KİM(NƏ)DİR?
DİA.AZ: - Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun qeyri-qənaətbəş fəaliyyətindən yerli sakinlərin müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə ünvanladıqları şikayətlərin ardı-arası kəsilmir. Daxil olan məlumatlarda bildirilir ki, ötən ilin may ayından Şəki RİH-nin başçısı təyin olunmuş Elxan Usubov Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini cəmi bir il ərzində tamamilə tanınmaz bir hala gətirib. Yerli sakinlər xüsusən yeni başçını Şəkinin qədim və zəngin mədəni-tarixi irsinə böyük zərbələr vurmaqda ittiham edirlər. Məlum olduğu kimi Şəki şəhərinin iki girişi var. Rayonun giriş qapıları isə bir müddət əvvəl götürülüb.
Sakinlər DİA.AZ-a deyirlər ki, icra başçısının göstərişi ilə müasir dizaynda yeni qala qapıları hazırlanıb. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər də demək olar ki, darmadağın olunmuşdur. Yerli ictimaiyyət həm də rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənir: “Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələki bundan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir.”
Belə qənaətə gəlmək olur ki, bir müddət əvvəl Ağstafa rayonunda daşı-daş üstə qoymayan Elxan Usubov həmin özbaşınalıqları indi də Şəkidə davam etdirir. Başçıdan şikayətçi düşən yerli sakinlər bildirirlər ki, Elxan Usubov rayona büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir. Rayonda isə hələ də işsizlik kimi ciddi problemöz həllini gözləyir. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Şəkidə bir çox şirə zavodları bağlanıb. Ümumiyyətlə vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir. Şəkidə problemlər bununla tükənmir. Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: “Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Şəkinin su problemi hələ də hələ də həllini tapmayıb. Rayona bulanıq, demək olar ki, palçıqlı su gəlir. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. O kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”.
Rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanış olsaq görərik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar. Yerli sakinlər xüsusilə belə bir bir məqamı da vurğulayırlar ki, dövlət başçısının təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə məlum sərəncamından dərhal sonra rayonda süni qiymət artımının müşahidə olunmağa başlandı: “Müəllimlərin, həkimlərin maaaşı artan kimi Şəkidə yağın, çayın, unun qiyməti qaldırılır. Süni qiymət artımın qarşısı alınmır. Səbəbini də soruşanda deyirlər ki, rəhbərlik belə tələb edir”. Rəhbərlik isə əlbəttə ki, yenə də Elxan Usubovun korrupsiyaya uğramış aparatıdır. Amma bütün bu problemlər icra başçısını qətiyyən narahat etmir. Əslində Ağstafada törətdiyi bütün qanunsuzluqlara, hətta “Akkord” kimi tikinti nəhənginə vurduğu yüz minlərlə maddi ziyana görə heç bir cəzaya məruz qalmamış məmurdan indi Şəkinin problemlərinə fərqli münasibət gözləmək də olmaz....
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
|