ELŞAD ABDULLAYEVƏ QARŞI ŞOK BƏYANAT
Tarix: 29-05-2013, 11:23 | Çap et
"BU QANUNSUSUZLUQLAR MƏNİ MƏCBUR ETDİ"...Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntülərdə adı hallanan Məhəmmədəli Əliyev sabiq rektorla bağlı bəyanat yayıb.
M. Əliyevin APA-ya ünvanladığı bəyanatda bildirir ki, o, 1989-cu ildən Bakı şəhəri İcra Hakimiyyətinin təmir-tikinti trestinin 7-ci mikrorayonda yerləşən yataqxanasında komendant işləyib. 1999-cu ildən yataqxana ABU-nun balansına keçəndən sonra komendant kimi fəaliyyətimi davam etdirib: “Elşad Abdullayevlə mənim aramda normal işçi münasibətləri olub. Lakin, onun mənə qarşı etdiyi haqsızlıqlar mənim işdən qovulmağımla nəticələnib. Hazırda da o, mənə etdiyi qanunsuzluqları davam etdirir. Elşad Abdullayev kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə mənimlə bağlı yazılar, video görüntülər yayımladıqdan sonra mən yaşlı bir insan kimi, özüm və ailəm böyük stress keçirdim. Özü bir yana qalsın, məni də öz çirkin oyunlarına qatmaq istəyir. Elşad Abdullayevin bu qanunsuzluqları məni bəyanat verməyə məcbur edir”. M. Əliyev bəyan edib ki, E. Abdullayevin yaydığı video görüntülər yalan və uydurmadır: “İctimaiyyətə bəyan etmək istəyirəm ki, videoyazılarda olan danışıqlar və Elşad Abdullayevin mənim adımdan istifadə edib yazdığı məlumatların hamısı onun uydurmasıdır. Təfsilatı ilə bildirmək istəyirəm ki, 2009-cu ilin dekabr ayının xatırlamadığım tarixində axşam saatlarında Elşad Abdullayev məni universitetdə olan xidməti otağına çağırıb, özünün istirahət otağına apardı və orada mənə bildirdi ki, mən səni hazırlamaq istəyirəm, Mahirin itkin düşməsi ilə əlaqədar səni prokurorluğa çağıranda bu sözləri deyərsən. Elşaddan nə üçün məni prokurorluğa çağıracaqlarını soruşduqda, o dedi ki, mən sənə dediyim sözləri, ifadə verərkən deməlisən, yoxsa səni işdən çıxardaram. Ailəmi dolandırmaq xatirinə Elşada “de görüm nə deyirsən, nə deməliyəm mən”, dedim. Elşad Abdullayev ilkin olaraq təkid edirdi ki, ifadə verərkən yalandan deyim guya Mahiri sonuncu dəfə 13 oktyabr 2003-cü ildə onunla pul vermək üçün Nizami küçəsi, 4 saylı evə girəndə görüşmüşəm, guya onun arxasınca isə 2 oğlan həmin evə girib, bundan başqa guya bir müddət sonra Mahirin dostu Sənan həmin evdən düşüb öz maşınına minib oradan uzaqlaşıblar. Bunu Elşad Abdullayev əvvəl özü şifahi olaraq istirahət otağında mənə bildirdi və növbəti gün gəlib bunu onunla müzakirə etməli olduğumu söylədi. Səhəri gün Elşadın köməkçisi məni yenidən axşam saatlarında xidməti otağına dəvət etdi. Bu dəfə Elşad Abdullayevlə onun iş otağında əyləşdik və o mənimlə əvvəlki gün özünün mənə dediyi qeyd olunan söhbət barədə müzakirə aparmağa başladı və mənə çıxanda dedi ki, prokurorluğa dəvət olunanda da bu cür ifadə verərsən. Növbəti gün Elşad məni yenidən yanına dəvət edərək ilkin olaraq mənə şifahi bildirdiklərini, kağızda yazılı formada verib tapşırdı ki, orada yazılanları əzbərləyib onun yanına gəlim. Bu yazılarda bundan başqa mənim guya Milli Təhlükəsizlik Nazirliyinə getməyim, guya orada Hilal Əsədovun və Əli Nağıyevin yanında olmağım, guya MTN-də Mətanət İsgəndərli, Ələddin, Sənanla üzləşməyim və digər söhbətlər əks olunmuşdu. Mən onları əzbərləyəndən sonra səhəri gün yenidən axşam saatlarında Elşadın yanına gedərək əzbərləmək üçün mənə verdiyi kağızda olan mövzu ətrafında danışmağa başladıq”. M. Əliyev qəti şəkildə bildirib ki, heç vaxt MTN-də olmayıb: “Mən heç vaxt MTN-də olmamışam, orada hər hansı nazir müavinin qəbuluna girməmişəm, Hilal Əsədov, Əli Nağıyev, Mətanət İsgəndərli, Sənan, Ələddin və Elşadın göstərdiyi başqa şəxslərlə həyatım boyu heç bir ünsiyyətim, tanışlığım, qeyd olunan mövzularda söhbətim olmayıb. Mahirin nə səbəbə, hansı qaydada və şəraitdə itkin düşməsi, həmçinin bu hadisə ilə əlaqəli şəxslər barəsində heç bir məlumatım yoxdur. İnternetdə yayımlanmış videogörüntüdə əks olunmuş danışıqların hamısı Elşad Abdullayev tərəfindən qabaqcadan hazırlanaraq mənə verilib. Bunların hamısı Elşadın uydurması olub, o, sadəcə məndən istifadə edərək bu çirkin niyyətlərini həyata keçirməyə çalışıb. Bu söhbətdə iştirak etməyimə yeganə səbəb Elşadın məni işdən çıxarmasından qorxum olub. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elşad bir dəfə mənə dedikləri barədə ərizə yazıb prokurorluğa göndərməyimi xahiş etsə də, bundan imtina etmişəm. Bu səbəbə görə Elşad 2010-cu ilin iyul ayında məni işdən çıxarıb və həmin dövrdən nə onunla, nə də onun yaxın ətrafından hər hansı şəxslə heç bir əlaqəm olmayıb. Mən üç dəfə prokurorluqda bu məsələlərlə əlaqədar ifadə vermişəm. Bəyan edirəm ki, məndən ifadə alanda Elşad Abdullayevdən fərqli olaraq nə müstəntiqlər, nə də ki hüquq-mühafizə orqanlarının hər-hansı işçisi heç bir təzyiq göstərməyib, mənimlə normal qaydada davranıblar. İfadələrimi də tam düzgün olaraq, səmimi vermişəm və prokurorluqda verdiyim ifadələrimi bir daha təsdiq edirəm. Mən yaşlı insanam, qaçqın həyatı yaşayıram, Elşad Abdullayev kimi heç kəsi aldatmamışam və ona-buna hədə-qorxu gələrək evlərini satdırmağa məcbur etməklə pul qazanmamışam. Mənim 71 yaşımda Allahdan başqa qorxacağım bir kimsə yoxdur. Elşad Abdullayevə müraciət edib qəti şəkildə tələb edirəm ki, bir daha mənim adımdan istifadə etməsin, məni öz çirkin oyunlarına qatmasın. Əks təqdirdə onu məhkəməyə verəcəyəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
|