ZAQATALADA MƏMURLARIN DÖYÜŞÜ
Tarix: 6-06-2013, 10:09 | Çap et
PİRVERDİYEV ƏHMƏDZADƏLƏRƏ QARŞIZaqatala Elektrik Şəbəkə müəssisəsinin direktoru Eldəniz Hacıyevlə rayon rəhbərliyi arasında yaranmış qarşıdurma yeni mərhələyə qədəm qoyur. Yerli mənbələr isə bu mərhələni “gözləmə məqamı” da adlandırırlar. Eldəniz Hacıyevin yarıtmaz fəaliyyətinə dair tənqidi materiallar artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində dərc olunmaqdadır. Redaksiyamıza daxil olan məktublarda bu məmurun rəhbərlik etdiyi Zaqatala Elektrik Şəbəkə müəssisəsinin fəaliyyətinin yerli sakinlərin ciddi narazılıqlarına səbəb olduğu bildirilir. Bununla bağlı mənbələr bildirir ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. Artıq qeyd olunduğu kimi ilk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən yığılması göstərilir. Məlumdur ki, “Azərenerjinin” təlimatlarına uyğun olaraq bu ödənişlər müvafiq bank şöbələri vasitəsilə həyata keçirilməlidir. Lakin Zaqatalanın əksər kəndlərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Məlumatlarda xüsusilə vurğulanan daha bir mənimsəmə mənbəyi kimi istehsal və kommersiya obyektləri ilə şəbəkə rəhbərliyi arasında bağlanan qeyri-rəsmi və qeyri-qanuni razılaşmalar göstərilir. Yerli mənbələrin iddialarına görə bu razılaşmalar həmin müəssisə rəhbərlərinə aylıq “haqq” ödənişləri etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verir. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziddir. Mənbə bildirir ki, bu kimi hallar hətta “Azərenerji”nin müvafiq qurumlarının bu yaxınlarda Zaqatala rayonu üzrə həyata keçirdiyi yoxlama reydləri zamanı da aşkar olunmuşdur. Çoxsaylı şikayətlərə əsas verən daha bir məqam da elektrik enerjisinin nəql olunduğu xətlərə nəzarət olunmaması ilə bağlıdır. Şikayət məktublarında bildirilir ki, E.Hacıyevin rəhbərlik etdiyi şəbəkənin əməkdaşları onun göstərişlərinə əsasən yalnız “razılaşmalarda” iştirak edən qurumları enerji ilə təchiz edən xətlərin saz vəziyyətdə saxlanılmasına nəzarət edirlər. Təbii ki, bu da digər istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir.
Indi isə Eldəniz Hacıyevin rayonda qurduğu mürəkkəb intriqalar şəbəkəsi və ən əsası da bu intriqalar sayəsində müəyyən insanlarla necə manipulyasiyalar etmək imkanı əldə etməsi barədə bəzi fikirlərimizlə bölüşmək istəyirik. Hələ redaksiyamıza təqdim olunan ilk məlumatlarda mənbələr xəbər vermişdilər ki, Eldəniz Hacıyevin pul yığmaqdan və eyş-işrətdən boş qalan vaxtlarda yeganə məşğuliyyəti Şəki Regional Elektrik Şəbəkə MMC-nin rəhbəri Elşad Məmmədov barəsində mətbuata böhtan xarakterli yalan məlumatlar hazırlamaqdan və onun barəsində mümkün kompramat toplamaqdan ibarətdir. Belə məlum olur ki, Zaqatala Elektrik Şəbəkə müəssisəsinin rəhbəri bu istiqamətdə müəyyən “irəliləyişlərə” nail ola bilib. Artıq xəbər verildiyi kimi, əməkdaşlarımız bir neçə gün bundan əvvəl Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə ilə telefon əlaqəsi saxlaya bilmişdilər. Söhbət zamanı Mübariz müəllim dərc olunmuş materiallara münasibət bildirərək, Eldəniz Hacıyevə qarşı irəli sürülən ittihamların əksəriyyətinin öz təsdiqini tapdığını söyləmişdi. Daha sonra başçı bildirmişdi ki, işində yol verdiyi nöqsanlara görə artıq may ayının 20-dən etibarən E.Hacıyev tutduğu vəzifədən azad ediləcək. Lakin şəbəkə rəisi hələ də işdən çıxarılmayıb. Bu xüsusda yerli mənbələr isə bildirmişdilər ki, Eldəniz Hacıyev mövcud durumdan qətiyyən narahat deyil. Əksinə, yaxın ətrafının əhatəsində vəziyyəti müzakirə edən şəbəkə rəisi bəyan edib ki, onu tutduğu vəzifədən azad etməyə Mübariz Əhmədzadənin nə səlahiyyəti, nə də gücü yetməz.. Yeni aldığımız məlumatlarda isə şəbəkə rəisinin xəstəlik kağızı (bülleten) alaraq müvəqqəti işə çıxmadığı, həm də bu addımı məhz Elşad Məmmədovun məsləhəti ilə atdığı bildirilir. Maraqlıdır ki, Mübariz Əhmədzadənin təkidinə baxmayaraq, Şəki Regional Elektrik Şəbəkə MMC-nin rəhbəri Eldəniz Hacıyevin vəzifədə son dərəcə israrlıdır. Məhz elə bu səbəbdən yerli mənbələr E.Hacıyevin Elşad Məmmədova qarşı hansısa təsir vasitələri əldə bildiyi ehtimalını irəli sürüblər. Əks halda Regional Elektrik Şəbəkənin rəhbəri öz vəzifələrinin öhdəsindən gəlməyən, rüşvətxor bir məmuru hər vəchlə vəzifədə saxlamaq naminə RİH-nin rəhbərliyi ilə açıq qarşıdurmaya girmək riskini göz altına almazdı.
Qeyd edək ki, bu olaylarda “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin mövqeyi də kifayət qədər təəccüb doğurur. Belə ki, bir müddət əvvəl ASC-nin xüsusi olaraq bu məqsədlə rayona ezam olunmuş iki əməkdaşı tərəfindən Zaqatala Elektrik Şəbəkənin fəaliyyəti təftiş olunmuş və bu zaman bir cıra ciddi nöqsanlar aşkar edilmişdi. Buna baxmayaraq, Eldəniz Hacıyevin vəzifədə qalıb-qalmamasına dair yaranmış “fikir ayrılığında” “Azərenerji”nin sədri də naməlum səbəblərdən hələ ki, Elşad Məmmədovun mövqeyini dəstəkləyir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|