Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                 

XALQ HƏMİŞƏ HAQLIDIR
Tarix: 7-06-2013, 10:17 | Çap et
XALQ HƏMİŞƏ HAQLIDIR
ÇÜNKİ HAMI EYNİ VAXTDA YANILA BİLMƏZ

Türkiyədə İstanbul şəhərinin mərkəzi hissəsi Taksimdə hökumətin aparmaq istədiyi yenidənqurma çalışmaları sakinləri ayağa qaldırdı. Artıq 10 günə yaxındır ki, Taksim meydanında xalq etirazları davam edir.

Əvvəlcə etirazlara meydandakı ağacların kəsilməsi xəbəri səbəb oldu. Gənclik bu addıma etirazını bildirmək üçün Taksimə axdı, buna yol verməyəcəyi niyyətini ortaya qoydu. Türkiyə kimi demokratik bir ölkədə xalqın iradəsilə qurulan hökumət avtoritar ölkələrdə olduğu kimi yaranan problemi danışıqlar yolu ilə yox, zor gücünə həll etmək istədi.

Polis qüvvələri, suvuran maşınlar, bibər qazı işə düşdü, qarşıdurma yarandı. Amma həmişəki kimi olmadı. Etirazçılar dağılmadı, əksinə, polisə heç vaxt göstərilməyən müqavimət göstərildi. Gənclik hökuməti başa salmağa çalışdı ki, niyyəti təkcə söz demək deyil, həm də hökumətə istədiyini etməyə imkan veməməkdir. Polis isə həddi aşdı, xalq müqavimətinə adekvat olmayan güc tətbiq etdi, hər iki tərəfdən xəsarət alanlar oldu, polis xeyli insanı saxladı.

Gecikmiş münasibət

Yalnız hadisələrdən iki gün sonra baş nazir Erdoğan hadisələrə münasibət bildirdi. Amma baş nazirin mövqeyi, el içində deyildiyi kimi, üzrü günahından betər oldu. Baş nazir baş verən olaylara görə müxalifət qüvvələrini qınadı, ölkə içində günahkar axtarışına çıxdı. Sosial şəbəkələri ittiham etməyə başladı. Yəni, ölkəni idarə edən iqtdiarın harada səhv etməsini araşdırmaq əvəzinə, özünü haqlı sayaraq haqsızlığı özündən kənarda axtardı.

Amma, burada baş nazir yalnız polisin adekvat olmayan güc tətbiq etməsini etiraf etdi. Buna qədərsə istər daxili işlər naziri, istər İstambul əmniyyət müdiri, istərsə də şəhər valisi polisin etirazçılara münasibətdə davranışını “polisin vəzifəsini yerinə yetirməsi” kimi dəyərləndirirdi.

Çalışmalara gəlincə, baş nazir bu işlərin davam edəcəyini, “nə Kılıcdaroğlundan, nə də Bahçelidən izn almayacağını, beş-on nəfər azğın adamın sözü ilə çalışmaları dayandırmayacağını” ifadə etdi. Taksimdəki Atatürk Kültür Mərkəzi binasının da söküləcəyi anonsunu verdi. Bu anonsla baş nazir bilərəkdən və ya bilməyərəkdən “odun üstünə yağ tökdü”. Bunun ardınca, AKP gənclərinin “lazım gələrsə, Atatürkün qəbrini də dağıdarıq” bəyanatı etirazların yenidən coşması üçün son damla oldu.

Dinçilik-dünyəvilik baxışları

Erdoğan iqtidarının Atatürk şəxsiyyətinə münasibətinin birmənalı olmaması bu qüvvə hakimiyyətə gəldikdə belə məlum idi. Türkiyənin Erdoğan iqtidarı özünə qədərki iqtidarları islam dinini, dindarları və din xadimlərini əzməkdə ittiham etdi.

Hökumət Atatürk əleyhinə rəsmi olaraq açıq danışmasa da, rəsmi dəhlizlərdə bu münasibətlər danışılırdı. Erdoğan iqtidarı hakimiyyətə gələn kimi ölkənin adlı-sanlı ordu generallarını müxtəlif adlarla həbs etməklə artıq dünyəvilərə qarşı savaş açmışdı.

Bundan əlavə, bu iqtidar təmsilçilərinin çıxışlarında vurğu daha çox özündən əvvəlki bütün itdiarlarları ittiham etmək üzərində qurulurdu. Təqribən “hamı pisdir, biz yaxşıyıq” prinsipi işə düşmüşdü. Ölkənin harasında və hər-hansı bir hadisə baş verirdisə, Erdoğan dərhal ya Cümhuriyyət, ya da Milli Hərəkat partiyalarını hədəfə alırdı.

Erdoğan iqtidarı Türkiyədə KİV müstəqilliyini məhdudlaşdırmağa çalışan yeganə iqtidardır. Media artıq əvvəlki kimi hadisələrə açıq münasibət ifadə edə bilmir. Çünki, dərhal rəsmilər həmin media qurumunu tənqid atəşinə tuturlar.

Hətta bu gün Türkiyə ölkədə jurnlasit həbsinə görə dünya ölkələri sırasında “lider”lik edir. Belə bir durumda Yaxın Şərqdə “ərəb baharı” başladı. Erdoğan iqtidarı Afrikanın şimalındakı ərəb ölkələrində baş verən xalq etirazlarını birmənalı dəstəklədi. Bu mübarizədə xalqı haqlı saydı.

Bu, inqilab yox, etirazdır

Türkiyədəki etirazlar rejim əleyhinə inqilab deyil, iqtidarın xalq iradəsini saymamasına etirazdır. Bu mənada Türkiyədə baş verənlər gerçək olaraq ərəb ölkələrində baş verənlərlə eyniləşdirilə bilməz.

Amma Türkiyə xalqı Erdoğan iqtidarının son 10 ildə ölkəni hər-hansı koalisiya olmadan təkbaşına idarə etməsindən yaranan arxayınlığı, siyasi etikadan kənar davranışı, ölkədə “dinçi-dünyəvi” qarşıdurması yaratmasını ona bağışlamadı.

Erdoğan iqtidarı çoxluğun verdiyi səslə hakimiyyətə gəldi. Amma Erdoğan iqtidarı Türkiyədə ona səs verən çoxluğun hökuməti oldu. Daha bütün Türkiyə xalqının hökuməti olmağı bacarmadı. Görünür, Erdoğan iqtidarı bu amili yaddan çıxarmışdı. Erdoğanın hamını ittiham ritorikası xalqda qıcıq yaradırdı. Baş nazirin

yeri gəldi-gəlmədi cəmiyyətə ünvanlanan ittiham çıxışları bezdiricilik yaradırdı.

Atatürk Kültür Mərkəzinin yerində məscid tikiləcəyini elan edən Erdoğan deyəsən rəhbəri olduğu dövləti quran şəxsin Mustafa Kamal Atatürk olduğunu belə “unutmuşdu”. Erdoğan iqtidarının gəlişi ilə Türkiyə ictimai-siyasi həyatında Atatürkə bir sayğısızlıq başladı. 10 il sürən bu sayğısılığın sonu belə də olmalı idi.

Yəni, bu iqtidar nə qədər gizlətməyə çalışsa da, sonunda anti-atatürkçülük mövqeyini ortaya qoymalı oldu.

Saymazlıq bağışlanmır

Həmin ağacların kəsilməsini xalq 10 illk iqtidarı ərzində Türkiyədə 3 milyard ağac əkdirmiş Erdoğana bağışlaya bilərdi. Amma Atatürkə, xalqa ehtiramsızlığı əsla. Türkiyədə etiraz xalqa ehtiram etməməyə cavabdır.

Xalq hələ bu qitidarı hakimiyyətdən devirmək fikrində deyil, sadəcə “özünü ağıllı apar” mesajı verir. Xalq Erdoğana “güc polisə yox, xalqa bağlı olmalıdır” dərsi keçir. Türkiyədə xalq iqtidara “mənim gücüm önümdə zor belə davam verə bilməz” həqiqəti nümayiş etdirir.

Ölkənin ünlü sənətçilərinin etirazçıların sıralarına qoşulması, onlarla həmrəylik nümayiş etdirməsi “xalq həmişə haqlıdır” düsturunun təsdiqidir. Bu, həm də iqtidara “nə edirsən və sən kimsən?” sualıdır. Ölkənin adlı-sanlı sənət ustalarının bu aksiyalara qatılması hökuməti düşünməyə vadar edir. Üstəgəl, hadisələrin episentri İstanbul olsa da, ölkənin 52 şəhərində bu etirazlara dəstək verilməsi millətin əlbirlyinin, özünə güvənməsinin nümayişidir. İstanbulda xalqa zor işlədilməsinə cavab olaraq 2 minə yaxın polis nəfərinin polis sıralarından getməsi də Erdoğan iqtidarını düşünməyə vadar etməlidir. Bu sıradan bir hadisə deyil.

Taksim meydanına Atatürkün foto və plakatlarının çıxarılması məhz mövcud Türkiyə iqtidarının bu sahədə siyasətinə etirazın, Atatürkə sədaqətin təsbitidir.

Tələblər bu...

Bu hadisələrdə diqqəti çəkən daha bir cəhət Türkiyə cümhuriyyətinin rəhbəri Abdullah Gülün mövqeyidir. A.Gül iqtidarla xalq arasında bir münsif kimi davrandı. Müxalifət rəhbərlərini, ardınca iqtidar təmsilçilərini qəbul etdi. Ortadakı problemin mahiyyəti ortaya qoyuldu, bunun həlli yolları incələndi.

Taksim meydanındakı askiyaların təşkialtçıları “Taksim Platforması” adı ilə Bülent Arınc ilə görüşərək etirazçıların hökumətə tələblərini ona çatdırıblar.

Yeddi tələbdən ibarət olan bu sənəddə Taksimdə hər-hansı yenidənqurma işinin dayandırılması, Atatürk Kültür Mərkəzinin sökülməməsi, Aksiyalarda iştiraka görə həbs edilənlərin azad edilmələri, Aksiyaların dağıdılmasında qaz bombalarından istifadəyə son qoyulması, Etirazçılara adekvat güc tətbiq edən şəhər və vilayət rəhbələrinin vəzifələrindən azad olunmaları, Taksim və Qızılay meydanarı başda olmaqla, meydanlarda aksiya keçirməyə qoyulan qadağaların ləğvi, İfadə azadlığının qarşısın alan bütün qadağaların aradan qaldırılması tələb edilir.

Düşünmək zamanı

Etirazlar başa çatdı demək mümkün olmadığı kimi etirazlar yüksəlməkdə davam edir demək də doğru olmaz. Ehtiraslar yatır, aralıq sakitləşir, düşüncə və təmkin yavaş-yavaş yerini alır. Türkiyədə demokratiya sınağa çəkildi, zədə alsa da belə bu imthandan çıxdı. İstər iqtidar, istər xalq güclü və zəif tərəflərini gördülər.

Xalq bu etirazı ilə seçdiyi iqtidara xalqla xalqlıq etməyin mükünsüzlüyünü bir daha başa saldı. İqtidar da xalqla zor dili ilə danışmağın mümkünsüz olmasını bir daha əyani şəkildə gördü.

Türkiyə xalqının etiraza qalxması daha bir incə nöqtəni dünyaya nümayiş etdirdi. Dünya türk gənclərinin və xalqının erirazlarında “əgər bu xalq öz seçdiyi iqtidara güzəştə getmirsə, deməli, milli mənafelərdə heç kəsə və heç bir qüvvəyə güzəştə getməyəcək”, həqiqətinə şahid oldu.

Amma bu qarşıdurmada Erdoğan iqtidarını qarşıdakı seçkilərdə növbəti qələbəyə bəslənilən ümidləri ciddi zədələndi. Bu, faktdır. İndiki Türkiyə iqtidarı bu zədəni atlata biləcəkmi, bu da gələcəyin işidir.

Hətta etirazçıların tələblərində belə iqtidarın üst eşelonuna irad ifadə olunmadı. Bu da bir daha onu göstərir ki, xalq iqtidara yalnız narazılıq ifadə etdi, narazılığa zor göstəriləndə “bu olmadı” deyə zorun önünə xalq zorunu qoydu.

Tərəflər bir-birinin gücünü sınadı, bir-birinin gücünə bələd oldu, bundan sonra bir-birinə münasibətdə davranmağın ölçü-biçilərini daha asan müəyyən edə bilərlər.

Artıq düşünmək vaxtıdır və Türklüyə yaraşanı da elə budur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru