NİZAMƏDDİN-MÜQAYİS DAVASI DAVAM EDİR
Tarix: 9-07-2013, 12:43 | Çap et
Məlum olduğu kimi, ölkənin tanınmış iş adamlarından biri olan Müqayis Verdiyev bu ilin martında Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin sifarişi əsasında həbs olunub. Həmin həbs olayından sonra məlum olub ki, icra başçısı oğlu Ramal Quliyevin tenderin pullarını mənimsədiyi üçün onu vəziyyətdən çıxarmağa görə belə bir addım atıb. Bu gün Müqayis Verdiyev icra başçısı Nizaməddin Quliyevə açıq məktub yazıb. Yazısında Goranboydakı vəziyyətdən bəhs edən sahibkar bildirib ki, icra başçısı daha çox dövlət əmlakını dağıtmaqla məşğuldur. «Bu gün ölkənin hər yerində abadlıq və quruculuq işləri aparılır. Bu yaxınlarda Prezident İlham Əliyevin Şirvan, Tovuz və daha bir neçə rayonda obyektlərin açılışını etdi. Digər rayonlarda da sürətli şəkildə abadlıq işləri həyata keçirilir və yeni parklar, obyektlər və sənaye müəssisələri yaradılır. Sual olunur: Bəs, Goranboyda niyə bu işlərdən əsər-əlamət yoxdur?» Müqayis Verdiyev bu sualın cavabı olaraq vurğulayıb ki, səbəb Nizaməddin Quliyevlə oğlunun birgə şəkildə rayonu çapıb-talaması və dövlət büdcəsindən ayrılmış pulları mənimsəməsidir. «İndiyə qədər Goranboy rayonuna 6 milyon manatdan artıq pul ayrılıb. Bu pula rayonda xeyli sayda abadlıq, yenidənqurma işləri görmək mümkün idi. Həmçinin kənd yollarının asfaltlaşdırılması üçün də bu vəsaitdən geniş istifadə etmək olardı. Amma bütün bunların heç biri baş verməyib. Əksinə, Nizaməddin Quliyev, oğlu Ramal Quliyev və müavini Baxış Abdullayev həmin pulları cibinə qoyaraq, rayonu bərbad hala salıblar. Vaxtıyla mənim orada apardığım tikinti işlərindən başqa heç bir yenilik də mövcud deyil. Nə qədər ki, Nizaməddin kimi icra başçıları var, Goranboyda vəziyyət qətiyyən dəyişməyəcək». Sahibkar açıq məktubunda daha bir neçə sual ünvanlayıb: «Necə olur ki, Tovuz, Şirvan və daha neçə-neçə rayonlarımızda ən minimum vəsaitlər hesabına böyük işlər görmək olur, amma Goranboyda böyük pullar sayəsində heç bir dəyişiklik etmək olmur? Nizaməddin Quliyev iddia edir ki, oğlu Ramal Quliyevin qeyri-rəsmi rəhbəri olduğu «Fəqan Xidmət» şirkətinin rəhbərini tanımır. Bəs, o zaman bu yaxınlarda rayondakı otellərdən birində «Fəqan Xidmət»in real rəhbəri ilə icra başçısının müavini Baxış Abdullayevin görüşməsinin səbəbi nə idi? Və həmin görüşdə Ramalın nə işi var idi? Dövlət başçısının göstərdiyi etimaddan sui-istifadə etməklə, rayonu bu şəkilə salmağa nə ad vermək olar? Belə suallar çoxdur, mən yalnız onların bir qismini sadaladım. Axı necə ola bilər ki, icra başçısının adı bu şəkildə korrupsiyada hallanır? Bu azmış kimi, Nizaməddin Quliyevin adı ölüm işində belə keçir. Məgər, Prezident Nizaməddin Quliyevi Goranboya çapıb-talamağa göndərib, yoxsa, orada abadlıq və yenidənqurma işləri görməyə?» Müqayis Verdiyev daha sonra bildirib ki, Goranboyda baş vermiş total korrupsiya hallarını araşdırmaq üçün komissiya yaradılmalıdır. Onun sözlərinə görə, əgər belə bir komissiya yaradılarsa və ədalətli şəkildə araşdırma aparılarsa, o zaman Nizaməddin Quliyevin həbsi üçün zərurət yaranacaq. «Bu adam təkcə idarə və müəssisələrdən deyil, yerli iş adamlarından da qeyri-qanuni pul yığır. Bu azmış kimi, dövlət büdcəsindən ayrılmış pulları da mənimsəməklə məşğuldur. Təbii ki, onun xərcləri çoxdur. Oğlu Ramal Quliyev artıq bir neçə ildir icra başçısını xərcə salır. Onun Kapital Bankın Mingəçevir filialından götürdüyü 500 min manatın geri qaytarılmasını da atası həyata keçirib. Görünür, Goranboya ayrılmış pullar da Ramal Quliyevin «zavalı»na gəlib ki, Nizaməddin Quliyev də onları ört-basdır etməyə çalışır». İş adamı yazır ki, Nizaməddin Quliyevin oğlu ilə hər hansı problemi varsa, bunun ona qətiyyən aidiyyatı yoxdur. «Ramal Quliyev gündə müəyyən məbləğdə pulu gedib xaricdə kefə sərf edəcək və onun bu əməllərinin cavabını mən verməliyəm? Nizaməddin Quliyev hesab edir ki, onun oğlu göydən düşüb. Amma bu ölkədə kimsənin uşağı göydən düşməyib. Hamı Azərbaycanda bərabərdir. Əgər Nizaməddin Quliyev bunu qəbul etmirsə, o zaman Prezident və onun ailə üzvlərindən nümunə götürsün. Bu gün Leyla Xanım Əliyeva Rusiya və dünyada Azərbaycanın təbliğatı ilə məşğuldur. Böyük bir təşkilata rəhbərlik edən Leyla xanım bütün gücünü bu işlərə sərf edib. Və ya Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fəaliyyətinə diqqət yetirək. Bu böyük insan dünyanın bütün ölkələrində Azərbaycanı təmsil etməklə, öz fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük faydalar verir. Mədəni əlaqələrin genişlənməsi və güclənməsi, iri layihələrin həyata keçirilməsi üçün çalışır. Bəs, bunca nümunələr ortalıqda varkən, Nizaməddin Quliyev niyə oğluna sahib çıxıb, heç olmasa ölkəyə zərrə qədər faydalı vətəndaş olmasını təmin etmir? Məgər onun oğlu kimdən artıqdır ki, kəhkəşan, eyş-işrət içində yaşasın? Və əziyyətini də niyə milləti və dövləti üçün çalışan mənim kimi sahibkarlar çəkməlidir?» Sahibkar daha sonra qeyd edir ki, bu gün onun oturduğu yerdə, Nizaməddin Quliyev və Ramal Quliyev əyləşməlidir. «Mənim ən böyük günahım odur ki, fəhlələrin haqqını istəmişəm. Onlara verilməli olan əmək haqqının ödənilməsi üçün Nizaməddin Quliyevə müraciət eləmişəm. Bu bir həqiqətdir ki, Goranboyda gördüyüm işlərlə əlaqədar Quliyevin mənə 156 min manat borcu qalıb. Həmin pullar da mənim deyil, mənimlə bərabər çalışan fəhlələrin pullarıdır. Və onların pullarının geri qaytarılması üçün sonadək mübarizə aparacam. Çünki kasıbın haqqını yemək Allahsızlıqdır». Müqayis Verdiyev onu da qeyd edib ki, Ramal Quliyev onun və atası haqqında yazan jurnalistləri məhkəməyə verib. «Bu adamlar başını itiriblər. Çünki onlar haqqında yazılanlar real həqiqətlərin yalnız kiçik bir hissəsidir. Bu gün mətbuatda gedən məlumatların mənbəyi mən özüməm və burada jurnalistlərin tək vəzifəsi mənim sözləri dərc etmələridir. Əgər Ramal Quliyev haqqında yazılanlardan narahatdırsa, o zaman mən ona bütün məqamları detallı şəkildə sübut edə bilərəm. Faktiki olaraq həbsdə olmağıma baxmayaraq, bu ata-bala və müavinin hansı cinayətlərin içində olduğunu da sübut etməyə hazıram». Tanınmış iş adamı açıq məktubunun sonunda vurğulayıb ki, bu gün həbsdə yatması ədalətsizlikdir, amma buna baxmayaraq, sona kimi mübarizə aparmaq fikrindədir. «Bu gün mənə qarşı «iğtişaş» törətmək niyyətimlə bağlı cinayət işi qaldırılıb. Nizaməddin Quliyev o qədər savadsız adamdır ki, bunu onun əməllərindən də görmək olar. Mən Müqayis Verdiyev heç bir zaman, hətta ölkənin ən ağır vəziyyətində belə dövlətimə, onun başçılarına xəyanət etməmişəm. Dəfələrlə əlimdə imkanlar olub ki, ayrı-ayrı qrupların maraqlarına qulluq edim. Amma Prezidentimə və dövlətimə olan sədaqətim sayəsində bu çirkin oyunlara qoyşulmamışam və bütün həyatım böyu da belə bir addım atmaram. Bu gün mən həbsdə ola bilərəm. Amma zaman elə bir şeydir ki, həqiqəti tam üzə çıxarır. Ona görə də, Nizaməddin Quliyevə buradan səslənərək deyirəm ki, qəti narahat olmasın, tezliklə o özü həbsxana həyatı yaşamalı olacaq. Çünki bu qədər cinayəti nə dövlət, nə də Allah bağışlamaz».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
|