“Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                 

XALQ CƏBHƏSİ YENİDƏN DOĞULUR
Tarix: 23-12-2011, 16:48 | Çap et
XALQ CƏBHƏSİ YENİDƏN DOĞULUR

QƏRBİN AZƏRBAYCAN MÜXALİFƏTİ İLƏ BAĞLI YENİ PLANI

DİA.AZ: - Astroloqların dediyinə görə, gələn il əjdaha üstündə təhvil alınacaq. Və astroloji proqnozlara görə, əjdaha ili əksər hallarda böyük dəyişikliklərin astanası hesab olunur. Elə SSRİ kimi nəhəng bir imperiyanın çöküşünə nədən olan 1988-ci ildən start götürmüş milli azadlıq hərəkatları da əjdaha ilində meydana gəlmişdi.

Elə indidən proqnozlaşdırmaq olar ki, Azərbaycan üçün gələn il heç də rahat şəraitdə yola verilməyəcək. Biz nə astroloq deyilik, nə də münəccim. Sadəcə olaraq ortalıqdakı reallıqlar belə deməyimizə əsas yaradır.

Gələn il Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bunlar arasında daha çox diqqətçəkəni «Avroviziya» mahnı yarışmasının Bakıya təsadüf etməsidir. Artıq indidən sözügedən yarışmanın təşkilatçıları ilə rəsmi Bakı arasında mübhəm danışıqların cərəyan etdiyi ortaya çıxır. Bu barədə verilən məlumatlardan aydın olur ki, YAP hakimiyyəti qarşısında «Azad mahnı - Azad ölkədə!» tələbini irəli sürən «Avroviziya» təşkilatçıları hətta 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü ilə bağlı imzalanması nəzərdə tutulan əfv fərmanına da səbəb olublar.

Bundan əlavə, Azərbaycan daha bir neçə dünya əhəmiyyətli idman yarışmasına ev sahibliyi edəcək. Bir sözlə, gələn il ölkəmizə ən azından 300-400 min arası əcnəbinin məhz bu beynəlxalq tədbirlər səbəbindən təşrif buyuracağı planlaşdırılır. Və bildirək ki, planlaşdırılanlar tək bunlar deyil…

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, gələn il eyni zamanda siyasi müstəvidə çox ciddi təlatümlərin ili kimi diqqətimizi cəlb edəcək. Bu ilin əvvəlindən ərəb ölkələrində cərəyan edən inqilab atmosferinin məhz 2012-ci ildə Azərbaycana sirayət edəcəyini proqnozlaşdıran ekspertlər də vurğulayır ki, postsovet ölkələrində «Ərəb baharı»nın tarixi gələn ilə təsadüf edir.

Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl Suriyə prezidenti Bəşir Əsəd də maraqlı bir açıqlama vermişdi. Suriyə prezidenti açıq şəkildə bildirdi ki, onun ölkəsindən sonra sıra postsovet ölkələrindədir.

Təbii ki, əgər Azərbaycanda inqilab olacaqsa, bu inqilabı həyata keçirən qüvvələr də olmalıdır. Bu barədə isə bildirilir ki, yenə də ənənəvi qüvvələr dəyişikliyin əsas lokomotivi kimi çıxış edəcəklər. Yəni söhbət bu gün adına «radikal», «ənənəvi» deyilən və əslində keçmiş Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmış qüvvələrdən gedir. Həmin qüvvələrin isə kimliyi hər kəsə məlumdur: Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, Mirmahmud Mirəlioğlunun lideri olduğu Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası və İsa Qəmbərin başqanı olduğu Müsavat Partiyası.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, əslində eloktorat və siyasi söykənəcək baxımından bir-birinə həddindən artıq yaxın olan və hətta bəzi hallarda bir-birinin təkrarı kimi qəbul edilən bu üç qüvvə artıq beynəlxalq konsorsiumun da diqqətini cəlb edib. Diplomatik qaynaqların bilgisinə görə, Qərbin siyasi çevrələri neçə müddətdir ki, hər üç siyasi təşkilatla danışıqlar aparır, onların birgə fəaliyyət göstərmə imkanlarını araşdırırlar.

Xatırladaq ki, buna qədər də AXCP, Müsavat və KXCP-nin birgə koalisiyasının yaradılması və hətta onların bir bayraq altında birləşdirilməsi ideyası ortaya atılmışdı. Lakin sonradan bu məsələlər tamamilə unuduldu. Son məlumatlarda isə bildirilir ki, Azərbaycanda yeni dəyişiklik planı üzərində baş sındıran Qərb dairələri hər üç təşkilatı bir araya gətirəcək yeni prosesə start veriblər.

«Artıq hər üç təşkilatla ayrı-ayrılıqda iş aparılır» deyən məlumatlı mənbəmizin sözlərinə görə, ola bilsin ki, bu üç partiyanın timsalında Azərbaycan Xalq Cəbhəsi yenidən bərpa olunsun: «Doğrudur, bu barədə müzakirələr aparılmayıb. Sadəcə olaraq ideya mövcuddur. Ola bilsin ki, başqa bir birləşdirici ad təklif edilsin. Amma istənilən halda, bu üçlüyün bir araya gətirilməsi yolunda addımlar atılacaq».

Onu da bildirək ki, artıq hər üç təşkilatın nümaəndələrinin Avropa ölkələrinə səfərləri də başlayıb. Və bu səfərlərin hansı məqsəd daşıdığını təxmin etmək də çətin deyil. Bu günlərdə isə həm KXCP sədri və həm də AXCP sədri ayrı-ayrılıqda tədbir düzənləyərək Azərbaycanda yeni dəyişiklik dalğasının anonsunu da ictimaiyyətin diqqətinə çatdırdılar ki, bu olayları da təsadüflərin quyruğuna bağlamaq olmaz.

KXCP-nin Nizami rayon fəalları ilə görüşündə Mirmahmud Mirəlioğlu konkret olaraq növbəti hakimiyyətə hazırlıq tədarükü ilə bağlı çox ciddi ismarıclar verdi. Elə şəmin gün AXCP sədri Əli Kərimli də gənclərlə görüşündə, hamını meydanlara, dəyişikliklərə çağırdı. Bir günün içində iki ayrı-ayrı partiyadan bənzər mesajların verilməsi hər halda, təsadüfi hesab oluna bilməz.

Məlumatlı mənbələr redaksiyamıza bildirirlər ki, artıq Qərbin KXCP, Müsavat və AXCP üçlüyünü bir araya gətirmə yolunda ciddi çabaları müşahidə olunmaqdadır: «Burada başlıca məqsədin dəyişiklik tədarükü olması isə sirr deyil». Mənbəmizin bildirdiklərindən o da aydın oldu ki, gələn il məlum proseslər daha da intensivləşəcək. Hər halda, günlərin birində Mirmahmud Mirəlioğlu, Əli Kərimli və İsa Qəmbər eyni bəyanata imza atarsa, o zaman təəccüblənməyəcəyik. Çünki bunun ilkin işartıları artıq ortadadır.

DİA.AZ - Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru