`Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                 

ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
Tarix: 19-07-2013, 11:40 | Çap et
ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
“2011-ci ilin dekabrın 30-da bizi evimizdən çıxardılar. Səhəri gün bayram idi. Yalvardım-yaxardım ki, siz də insansınız, gedib bayramımızı edək, ayın 1-i çıxarıq. Dedi, bu dəqiqə çıxmalısınız. Qar da yağırdı... O qış bərk gəldi, mənim bir dənə əşyam əlimdə qalmadı. Mebellərimi apardım ”JEK"də işləyən fəhlənin həyətinə yığdım. Onu da qar basdı, bərbad hala düşdü. Bu dəqiqə mən pis vəziyyətdə kirayədə yaşayıram. Kompensasiya kimi verilən pul 2 il ərzində kirayə haqlarına getdi".
Bu sözləri Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən Minayə Əzizova “Azadlıq”a danışır. Onunla birlikdə iki il əvvələ qədər yaşadığı evə yollanırıq. Qadın yol boyu evini dövlətə satmaq istəmədiyini dönə-dönə təkrar edir. M.Əzizovanın 2005-ci ildən yaşadığı həyət evi 42 kvadrat metr olub. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri onun və ətrafdakı bütün küçələrin park salınması üçün söküləcəyini bildiriblər. Əlavə ediblər ki, verilən kompensasiya ilə razı olmasalar, evlərindən məcburi çıxarılacaqlar. Minayə Əzizovanın qonşuları bu məbləğlə razılaşmasalar da məcbur qalaraq evlərini tərk ediblər. Amma o təkid edib. Nəsimi rayon Icra Hakimiyətindən onlara 3 dəfə xəbərdarlıq məktubu gəlib ki, “sizə məxsus ümumi tikili sahəsi 25,7 kvadrat metr olan, yardımçı sahə 8,2 kv. metr olan əmlakınızın müstəqil ”Ekspert-Audit" MMC tərəfindən yaşayış sahəsi 21,875,0 manat, yardımçı sahə üçün 5,125,0 manat olmaqla, 20 faiz nəzərə alınmaqla, ümumilikdə 32.400,0 manat dəyərində qiymətləndirilmişdi. Mənzilinizi 15 gün ərzində boşaldın". Əzizovlar ailəsi yenə evlərini tərk etməyiblər. “”Bu mənim şəxsi mülkiyyətimdir. Mən bu evi satmıram" dedim. Icra Hakimiyyətinin nümayəndəsi dedi ki, sən kimsən? Prezident gəlib baxıb, bu yeri götürüb".
Ailə evindən məcburi çıxarılandan sonra onlara 42 kvadrat metrlik evin 17 kvadrat metrinin pulu ödənilib. Icra Hakimiyyətinin nümayəndələri deyib ki, qalan sahələr “kupça”ya düşməyib.
M.Əzizovanın iki il əvvələ qədər yaşadığı əraziyə çatırıq. Qatar xətti və hündürmərtəbəli bina arasında olan böyük ərazini ot basıb. Burada 21 ailə yaşayıb. Qadın yaşadığı evin ot basan sahəsinə keçib deyir ki, “bax, mənim evim buradaydı. Özüm üçün şərait yaratmışdım. Məni iki saatın içərisində evimdən çıxardılar. Buldozer gətirdilər... polislər bir özbaşınalıq elədilər... Demişdilər ki, dövlət ehtiyacı üçün evimizdən çıxmalıyıq. Burada hansı dövlət əhəmiyyətli tikinti aparılır? Prezidentin yoludur... prezident soruşmur ki, burada nə tikmək istəyirdiniz, niyə tikmirsiniz? Boğazımızdan kəsib prezidentə teleqramlar vururdum, amma bizə cavab vermədi. Bizi döyə-döyə evimizdən çıxardılar. Kiminsə cibini doldurmaq üçün evimizi sökdülər”.
Qadın deyir ki, evləri söküləndən sonra bir neçə dəfə Azərbaycandan birdəfəlik çıxıb getmək istəyiblər. Amma hər dəfə nəsə qoymayıb...
Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən digər sakin Fuad Zəkiyev deyir ki, əlacsız qalıb təklif edilən evi götürüb. Sakinlərə əvvəlcə cüzi kompensasiya təklif olunub, sonra isə “AZINKO” şirkətinin Keşlə qəsəbəsində tikdiyi binalardan ev verilib. BŞIH-in işçiləri deyiblər ki, sakinləri köçürmək üçün mənzillərin hər kvadrat metrinə 1200 manat ayrılıb, amma köçürülən evlərin kvadrat metri 620 manatdır. “Verilən evin kvadrat metrindən razıyam, amma onu təmir etməyə pulum yoxdur. Döşəmələri yararsız vəziyyətdədir. Kimin pulu varsa, cibindən ödəyib təmir elətdirdi. Amma mən təqaüdçüyəm, yoldaşım I qrup əlildir... Bizim imkanımız yoxdur ki, bu evi yaşanılası yerə çevirək”- F.Zəkiyev deyir.
Minayə Əzizovanın və digər 21 ailənin yaşadığı ot basmış yerlər hotel ərazisidir. Hoteli tikən fəhlələr bunu “Azadlıq”a deyirlər. Onlar əlavə edirlər ki, oteli “ZQAN Holding” (Indiki “Garant Holding”... Bu ilin 5 mayında “ZQAN Holding”in adı dəyişdirilərək “Garant Holding” olub - S.V.) tikir. 35 mərtəbəli hotel Nəqliyyat naziri Ziya Məmədovun oğlu, “ZQAN Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədova məxsusdur. 21 ailə bu ərazidən “dövlət ehtiyacı” səbəbi ilə köçürülmüşdü. Dövlət ehtiyacının mahiyyəti və sərhədləri Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilib. Burada yazılıb ki, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi “dövlət ehtiyacı” sayılır. Nazir oğlunun tikdiyi isə “dövlət ehtiyacı”nın sərhədlərinə aid deyil.
Şikayətçi Minayə Əzizovanın vəkili Ziya Quliyev “Azadlıq”a deyib ki, Bakı Şəhər Icra Hakimiyyətinin ərazinin söküntüsü ilə bağlı verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırıb. BŞIH sərəncamı məhkəməyə təqdim etmədiyinə görə proses təxirə salınıb. “Orada park-bağ salınması üçün ərazinin söküldüyü deyilirdi, amma indi həmin yer hotel kimi istifadə olunacaqsa, bu yenə ”dövlət ehtiyacı" deyil. Biz iddiamızın ölkə daxilindəki məhkəmələrdə təmin olunacağına inanmırıq. Məhkəmələr müstəqil deyil deyə bunu təmin etməyəcəklər. Sərəncamın etibarsız sayılması söküntünün qanunsuz aparıldığını isbatlayacaq. Belə olan halda zərərçəkənə ya kompensasiya ödənilməlidir, ya da ev verilməlidir. Ilin sonuna qədər bütün instansiyaları keçib bu işi Avropa Məhkəməsinə aparacağıq".
Minayə Əzizov ona dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirib. Evi sökülən zaman məhv edilmiş, məişət, mebel, geyim əşyalarına görə 20 min manat məbləğində maddi zərərin ödənilməsini istəyib.
Digər şikayətçi Fuad Zəkiyevin hüquqlarını müdafiə edən Şəfa Camalzadə “Azadlıq”a deyib ki, onlar Əmlak Məsələləri Dövlət Komitəsini, Bakı Şəhər Icra Hakimiyyətini, Nərimanov rayon Icra Hakimiyyətini məhkəməyə verərək sökülmüş evin bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb ediblər. Sakin 24 min manat əldən çıxmış faydanın, qanunsuz olaraq mənzilinin dağıdılması nəticəsində 50.000 manat mənəvi zərərin ödənilməsini istəyib. 2 saylı Bakı Inzibati Iqtisad Məhkəməsi iddianı təmin etməyib. Iş Apelyasiya Məhkəməsinə göndərilib. Vəkil deyib ki, gələn ay ərzində şikayətə baxılacaq. Ölkə içində məhkəmələr iddianı təmin etməsələr, iş Avropa Məhkəməsinə göndəriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru