Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                 

"ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR
Tarix: 19-07-2013, 13:16 | Çap et
"ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR
DÖVLƏT MÜDAXİLƏ EDƏCƏK

DİA.AZ: - Qaradağın “Çakır” ləqəbli icra başçısı Süleyman Mikayılovun adı dəfələrlə yerli sahibkarlara qarşı müxtəlif olaylarda hallandırılıb. Elə sonuncu dəfə Lökbatandakı bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlar nəticəsində onlarla sahibkarın haqqının yeyilməsi faktı üzə çıxmışdı. Indi isə “Çakır” daş karxanalarının qəniminə çevrilib. DİA.AZ bildirir ki, əslində bu ittiham heç də yeni deyil.

Buna qədər də Süleyman Mikayılov Qaradağ rayonu ərazisindəki karxanalarla bağlı müxtəlif oyunlarda iştirakçı idi. Hətta bu karxana davalarında ölənlər belə olmuşdu. Bu işə dəfələrlə hüquq-mühafizə orqanları da qarışsa da, “kimin pulu çoxdur, o da qazanar” prinsipi” yenə də özünü göstərdiyindən Süleyman Mikayılov “karxanalar kralı” adını hər dəfəsində qorumağa müvəffəq olub.

«Şəxsi mülküm olan «Gülbaxt» daş karxanasında polislərin hücumuna məruz qalmışam. Döyüblər, sol gözümü də tapançanın arxası ilə vurub çıxarıblar». Bunları isə dünənki mətbuata müharibə veteranı, sahibkar Maşallah Cəbiyev deyib. Onun bildirdiyinə görə, bir neçə il əvvəl Qaradağda karxana alıb. Karxananı lazım olan avadanlıqlarla təchiz edib, fəhlə götürüb işə başlayanda, rayonun icra başçısı Süleyman Mikayılov karxananı ondan istəyib.

«Razılaşmadım. Gələn adamlarına da dedim, başçı mənimlə şərik karxana alıb ki, indi ona bağışlayım? Sonra başçı xəbər göndərdi ki, bir nazirlik haradasa böyük tikinti aparır, ona görə də daş karxanasını müvəqqəti həmin nazirliyə vermək lazımdır. Mən də razılaşıb karxanada işləri dayandırdım. 2-3 ay ötdü, gördüm ki, karxananı qaytarmaq fikrində deyillər. Araşdıranda məlum oldu ki, Süleyman Mikayılov məni aldadıbmış. Karxananı özü işlədirmiş».

Sahibkar deyir ki, icra başçısı ilə onun arasında karxana ətrafında mübahisələr də bundan sonra başlayıb: «Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dəfələrlə üstümə adam göndərdi ki, karxananı ona verim. Razılaşmadım. Öz işçilərimi və texnikalarımızı karxanaya gətirdik, orada işləyən fəhlələri uzaqlaşdırıb özümüz işə başladıq. Elə 2-3 gün idi ki, işə başlamışdıq, işığı kəsdilər. Belə səbəb gətirdilər ki, guya aylıq işıqpulunu qaldırıb 1040 manat ediblər. Buna da razılaşdım. Karxananın işıqlarını birləşdirdilər. Daha bir neçə gün də iş davam etdi».

Sahibkarın dediyinə görə, 2011-ci ilin avqust ayının 22-də karxanada ara qarışıb:
"ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR

«Qəflətən 6 maşın polisgeyimli silahlılar karxanaya hücum çəkdilər. Məndən işi dayandırmağı və karxananı boşaltmağı tələb etdilər. Aramızda mübahisə düşdü, bir polis işçisi tapançanın arxası ilə gözümə, bir başqası isə avtomat qundağı ilə boynumun ardına zərbələr ilişdirdi. Sol gözüm töküldü. Şərikimin də gözünü tökdülər, mənim də. Fəhlələrlə qarışıq bizi öz maşınlarına doldurub polisə apardılar. Məni polisin həyətində başqa maşına mindirib xəstəxanaya apardılar. Gözümdən əməliyyat olundum. Məni çox döymüşdülər, vəziyyətim ağır olduğuna görə 2 ay xəstəxanada yatdım. Oktyabr ayında xəstəxanadan çıxandan karxanaya yaxın düşə bilmirəm. İndiyə qədər də Süleyman Mikayılovun nəzarətindədir».

Maşallah Cəbiyev karxanaya olan hücuma və əmlakının əlindən alınmasına görə prokurorluq orqanlarına şikayət etsə də, iki ildir ki, bir cavab ala bilmir.

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirib ki, Maşallah Cəbiyevin ərizəsi Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırılıb. Ötən il martın 31-də müstəntiqin qərarı ilə cinayət işi başlanması rədd edilib. Maşallah Cəbiyevin Baş Prokurorluğa yazdığı şikayətdən sonra araşdırmanın Bakı şəhər Prokurorluğunda davam etməsinə göstəriş verilib. İdarə rəisi söz verib ki, araşdırmanın gedişinə nəzarət olunur və şikayət üzrə obyektiv qərar qəbul ediləcək. Qaradağ rayon İcra Hakimiyyəti isə «Gülbaxt» daş karxanasının hazırda kimin nəzarətində olması barədə sualları cavabsız qoyub.

DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, artıq karxana qalmaqallarının dəfələrlə gündəmi məşğul etməsi səbəbindən bu sahə ilə bağlı dövlətin müdaxiləsi gözlənilir. Bu barədə danışan qaynaq iddia edir ki, yaxın günlərdə Qaradağ rayonundakı daş karxanalarının taleyinə aydınlıq gətiriləcək:

«Məlumdur ki, həmin karxanaların hamısı dövlətindir və dövlət tərəfindən sadəcə olaraq ayrı-ayrı vətəndaşlara icarəyə verilib. Bu icarədarların bəzilərinin 1 illik, bəzilərinin isə 30-40 illik karxanalar üzərində hüquqları var».

Mənbə iddia edir ki, buna görə də, dövlət hələ də icarə hüququ olan bütün sahibkarlarla danışaraq, onlara müafiq təzminat ödədikdən sonra icarə müqavilələrini ləğv edib, bir dövlət şirkətini yaradıb, həmin istehsal sahəsini dövlət nəzarətinə keçirməyi düşünür. Buna qədərsə…

Təbii ki, buna qədərsə Qaradağdakı daş karxanaları ilə bağlı qalmaqallar davam edəcək. Süleyman Mikayılova gəlincə isə o da əlindəki imkanlardan istifadə edib pulunu qazanmağındadır. Ona isə kimsə «gözün üstündə qaşın var» demir. Hətta düşmən kimi gördüyü şəxslərin gözünü çıxartsa belə…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru