![QUBADA 5 YAŞLI UŞAĞI MAŞIN VURUB QUBADA 5 YAŞLI UŞAĞI MAŞIN VURUB](/uploads/posts/2013-07/1374822592_0001.jpg)
DURUMUNUN AĞIR OLDUĞU DEYİLİR
Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Quba rayon sakini Yusif İsmixanov idarə etdiyi “VAZ 21014” markalı maşınla 2008-ci il təvəllüdlü Qurbanov Oqtay Elşən oğlunu vurub. 5 yaşlı uşaq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.