“Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                 

İMİŞLİ MƏHKƏMƏSİNDƏN ÖZBAŞINALIQ
Tarix: 7-08-2013, 12:54 | Çap et
İMİŞLİ MƏHKƏMƏSİNDƏN ÖZBAŞINALIQ
«Bəzən savadsız, səriştəsiz adam haqqında deyirlər, filankəs iki eşşəyin arpasını bölə bilmir. İllərdir ki, Azərbaycanın dövlət orqanları bir müəssisənin istifadəsində olan torpaq sahəsinin ölçüsünü müəyyən edə bilmir. Bundan istifadə edən məhkəmələr isə mübahisəyə çevrilən torpaq sahəsini maraqlı şəxsə bağışlayıb».

İmişli şəhərində yaşayan Ramiz Hümbətov 2006-cı ildən bəri sadə bir mübahisədən dolayı məhkəmə qapılarında qaldığını və sonda mülkiyyət hüquqlarının pozulduğunu iddia edir:

SƏNAYE EHTİYATI OLAN ƏRAZİ UĞRUNDA ÇƏKİŞMƏ

«2004-cü ildə İmişli Rayon İcra Hakimiyyəti dövlət fonduna aid torpaqdan rəhbəri olduğum «Şəxrux» kiçik müəssisəsinə qum və çınqıl məhsullarının istehsalı üçün 3 hektar sahə ayırıb. Ondan bir müddət istifadə etmişəm. Cəmi 2 il keçəndən sonra «Bəhrəmtəpə Tikinti Materialları» Açıq Səhmdar Cəmiyyətinin sədri məhkəmədə iddia qaldırdı ki, İmişli RİH onun torpaq sahəsini başqa şəxsə verib. O, həmin sərəncamın ləğv edilməsini, mənim ərazidən çıxarılmağımı istədi».

Həmsöhbətim bildirir ki, müqavilə əsasında ona icarəyə verilən yeri ötən əsrin 70-ci illərində Geologiya İnstitutu sənaye ehtiyatı aşkar edilmiş ərazilərə aid edirdi. Onun sözlərinə görə, həmin ərazidə digər özəl təşkilatlar da qeyri-filiz materiallarının istehsalı ilə məşğuldurlar. Lakin iddia yalnız onun müəssisəsinə qarşı qaldırılıb.

CƏMİYYƏT VƏ ONUN TORPAQ SAHƏSİ

Azərmelorasiya Sutikinti Baş İdarəsinin 1976-cı ildə tikdiyi Bəhrəmtəpə qum-çınqıl karxanası sonralar «Azərsutikinti» Dövlət Konserninin tabeliyinə keçib. 2001-ci ildə isə onun bazasında «Bəhrəmtəpə Tikinti Materialları» ASC yaradılıb. Çek auksionlarında satışa çıxarılarkən cəmiyyətin torpaq sahəsinin 112 160 kv.m., başqa sözlə 11,2 hektar olduğu qeyd edilib. Müəssisə yalnız torpaq sahəsi üzərində olan əmlakı özəlləşdirib.

KOMİTƏ SƏDRİ BİR, ŞÖBƏ MÜDİRİ İSƏ BAŞQA SÖZ DEYİB

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzaladığı 15.01.2010-cu il tarixli məktubda qeyd olunur: «Bəhrəmtəpə Tikinti Materialları» ASC ilə «Şəxrux» kiçik müəssisəsinə ayrılan 11,5 ha və 3 ha torpaq sahələri bir-birindən aralı olmaqla, əvvəllər sənaye ehtiyatı müəyyən edilmiş 117 ha dövlət fondu torpağı daxilindədir».

Lakin sözügedən komitənin İmişli rayon şöbəsinin sədri Vüqar Məmmədov məhkəməyə təqdim etdiyi 17.11.2009-cu il tarixli məktubunda bildirib ki, birinciyə 117 ha torpaq sahəsi verilib, ikincinin 3 ha sahəsi elə onun daxilindədir.

Maraqlıdır ki, məhkəmələr Komitə sədrinin yox, şöbə müdirinin arayışına etibar edib.

ZƏHMƏTKEŞ DEPUTATLARIN «İKİBAŞLI» QƏRARI

Mübahisənin kökü 1976-cı ilə gedib çıxır. O zaman İmişli rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib. Vətəndaşın İmişli Dövlət Arxivindən əldə etdiyi sənədin surətinə biz də baxırıq:

1. Azərbaycan Baş Geologiya İnstitutu tərəfindən dövlət fond torpağının 117 hektarında müəyyənləşdirilmiş qum-çınqıl ehtiyatından Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadə etməsi məqsədə uyğun hesab edilir.

2. Qum-çınqıl karxanası, dəmir-beton zavodu və digər mədəni-məişət binalarının yerləşməsi üçün həmin dövlət fond torpağından 11,5 hektar ayrılması məqsədə uyğun hesab edilsin.

3. Qərarın təsdiqi Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilir.

Ramiz Hümbətova buradan məlum deyil ki, Nazirlər Soveti bu qərarı təsdiq edib, yoxsa yox. O bildirir ki, bunu dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və başqa orqanlara çoxsaylı sorğular göndərib, lakin cavab ala bilməyib.

«YA SAVADSIZLIQDAN OLUB, YA DA RÜŞVƏT QARŞILIĞINDA»

Onun ehtimalına görə, sonrakı illər karxananın, zavodun və digər obyektlərin tikintisindən belə başa düşmək olar ki, qərar təsdiqlənib:

«Qərarda 117 hektar dövlət fond torpağında sənaye ehtiyatının müəyyən edilməsi və ondan Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinin məqsədəuyğun olduğu qeyd edilsə də, sözügedən quruma bu sahənin hamısı yox, onun 11,5 hektarı ayrılıb. Amma Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarında sübut görün necə saxtalaşdırılıb: «İşdə olan İmişli rayon ZDS İK-ın qərarından görünür ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinə dövlət fond torpaqlarından 117 ha torpaq sahəsi ayrılmışdır». Bu, ya hakimlərin savadsızlığından irəli gəlib, ya da rüşvət qarşılığında olub».

«ƏSL QIRĞIN HƏLƏ QABAQDADIR»

Ramiz Hümbətov bildirir ki, barəsində çıxarılan qərar onun hüququnu pozmaqla yanaşı, bundan sonrakı mülki mübahisələrə də zəmin yaradır:

«Sənaye ehtiyatı müəyyən edilən 117 hektar sahədən digər müəssisələrə də yer ayrılıb, orada həmin şəxslər tərəfindən dəyəri milyonlarla manat olan binalar tikilib, qurğular quraşdırılıb. İndi bütöv sahə üzərində bir şəxsin mülkiyyət hüququ tanındığından, bu müəssisələrin əmlakı «havada» qalıb. Nəzərə alsaq ki, həmin ərazidəki torpağın altı təbii sərvətlə zəngindir, deməli, əsil qırğın hələ qabaqdadır...».

İCRA HAKİMİYYƏTİ DEYİR Kİ, TORPAQ ÜZƏRİNDƏ SƏRƏNCAM VERMƏK HÜQUQU BİZDƏDİR

Sərəncamı ləğv edilən İmişli Rayon İcra Hakimiyyəti məhkəmənin qərarından şikayətçi olmayıb. RİH-in hüquqşünası Rahim Zahidov bildirir ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinə verilən və hüquqi varisliklə «Bəhrəmtəpə Tikinti Materialları» ASC-yə keçən torpaq sahəsi dövlət fondunda qalır:

«Bu torpaq ZDS tərəfindən verildiyindən, sonrakı vaxtlar özəlləşdirilmədiyindən onun üzərində ASC-nin yalnız istifadə hüququ tanınır».

Lakin şöbə müdiri torpaqdan istifadə ilə bağlı RİH-lə ASC arasında hüquqi sənədin olub-olmamağı, istifadəçinin icarə haqqı ödəyib-ödəməməsi barədə sualları cavablandırmadı.

BİR ŞƏXSƏ AİD EDİLƏN YERDƏN BAŞQA ŞƏXSLƏRƏ DƏ PAY ÇATIB

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədov məhkəmənin ASC-yə aid etdiyi 117 hektar torpaq sahəsinin müəyyən hissəsinin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsini təsdiqləyir:

«Həmin sənədlər indi əlimin altında olmadığından dəqiq deyə bilmərəm neçə nəfərə, nə qədər yer ayrılıb. Görünür bu, ASC-nin razılığı ilə olub. Əgər belə bir razılıq olmayıbsa, eyni iddia digər şəxslərə qarşı da qaldırıla bilər. Hər halda, bu, torpaq istifadəçisinin öz işidir».

VERGİ HESABATINDA 106 HEKTAR GİZLƏDİLİB

Vergilər Nazirliyinin 8 saylı ərazi idarəsindən isə bildirilir ki, vergi orqanına vaxtaşırı təqdim etdiyi məlumatlarda ASC, istifadəsində cəmi 112 160 kv.m. torpaq sahəsi olduğunu göstərir. Bu isə ASC-nin tək gerçək sahəsi ilə yox, vergi məsələləri ilə də bağlı əlavə suallar doğurur.

«Bəhrəmtəpə Tikinti Materialları» ASC-nin direktoru Nakim Şərifov isə sualımızı sonadək səsləndirməyə imkan verməyərək, bu barədə danışmaqdan imtina etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru