MÜXALİFƏT BMT TƏHLÜKƏSİZLİK ŞURASINA MÜRACİƏT EDƏ BİLƏR
Tarix: 6-01-2012, 12:04 | Çap et
AXCP FUNKSİONERİ DAXİLİ SİYASƏTDƏ DƏYİŞİKLİK ARZULAYIR
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi srağagündən fəaliyyətə başlayıb. Yanvarın 4-də BMT TŞ-nin iclasında ilk dəfə üzv ölkə kimi iştirak edib. Ölkəmizin yanvar ayında 11qapalı məsləhətləşmədə, 3 formal debatda və 5 brifinqdə iştirak edəcəyi gözlənilir. Müzakirələr Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaq. Təhlükəsizlik Şurasının gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilib.
BMT Təhlükəsizlik Şurasında fəaliyyətə başlamasının Azərbaycanda demokratiyanın xeyrinə olub-olmayacağı barədə danışarəkən AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Razi Nurullayev “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsindən sonra Azərbaycan özü beynəlxalq aləmin reaksiyasını və tələbini gözləmədən siyasətində pozitiv dəyişikliklər etməlidir. Əgər daxili siyasətdə müsbət dəyişikliklər edilməsə, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola-ola da insan haqlarını, demokratiyanı pozması məsələsi ortaya çıxacaq: “Hesabatlarda bu məsələ kəskin şəkildə ortaya çıxacaq ki, Azərbaycan hakimiyyəti belə vəziyyətin yaranmaması üçün vaxtında islahatlara getməlidir. Məncə, hakimiyyət ciddi islahatlara getməsə də, görüntü naminə müəyyən kiçik müsbət addımlar atmaqla beynəlxalq aləmi razı salmağa çalışacaq. Çünki bunsuz mümkün deyil, Azərbaycan artıq beynəlxalq oyunçuya çevrilir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasında iki il ərzində iki dəfə sədrliyi həyata keçirəcək. Bu çox ciddi məsələdir. Əgər Azərbaycanda fundamental insan hüquq və azadlıqları pozularsa, ola bilsin ki, BMT Təhlükəsizlik Şurasına üzv olan və demokratiyanı prioritet elan edən dövlətlər Azərbaycan Şuraya sədrlik edən zaman toplantını tərk edə bilərlər. Belə situasiya isə Azərbaycan üçün çox böyük zərbə olardı ki, hakimiyyət bunları indidən nəzərə almalıdır. Azərbaycan öz addımlarında kifayət qədər korrekt davranmalı olacaq”.
R.Nurullayev onu da bildirib ki, Azərbaycanın demokratik qüvvələri, vətəndaş cəmiyyəti institutları BMT Təhlkəsizlik Şurasına ölkəmizdə demokratiyanın, fundamental insan haqlarının pozulması barədə məktub ünvanlaya bilərlər: “Azərbaycanda islahatlar həyata keçirilməzsə, sərbəst toplaşmaq azadlığı kimi fundamental azadlıqlar bərqərar olmazsa, BMT Təhlükəsizlik Şurasına məktublar, müraciətlər ünvanlana bilər. Azərbaycanın demokratik qüvvələri əlbəttə ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasından çıxarılmasını istəməzlər. Sadəcə müraciətlərdə Azərbaycan hakimiyyətinə BMT-nin demokratiya və insan haqları ilə bağlı təsir etməsi istənilə bilər. Çoxlu sayda müraciətlər ünvanlansa müəyyən müsbət təsiri olar. Azərbaycanın demokratik qüvvələrinin müraciəti cavabsız qalmayacaq. Demokratik qüvvələrin BMT Təhlükəsizlik Şurasına çoxsaylı müraciətləri Azərbaycan iqtidarı üçün orada başağrısı yarada bilər. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək dilemması ilə üz-üzə qoyulması istisna deyil”.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasının hakimiyyəti daha da arxayınlaşdıracağı barədə iddialara gəlincə, R.Nurullayev vurğuladı ki, belə iddialar əsassızdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07 |
|
|
|
• "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05 |
|
|
|
• “Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04 |
|
|
|
• DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02 |
|
|
|
• “Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58 |
|
|
|
• Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55 |
|
|
|
• Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52 |
|
|
|
• “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47 |
|
|
|
• Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42 |
|
|
|
• Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36 |
|
|
|
• Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30 |
|
|
|
• Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• "Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03 |
|
|
|
• Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58 |
|
|
|
• Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53 |
|
|
|
• Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51 |
|
|
|
• İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24 |
|
|
|
• "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22 |
|
|
|
• Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12 |
|
|
|
|