![KEÇMİŞ MƏHBUS BAKIDA PUL KƏSİRMİŞ KEÇMİŞ MƏHBUS BAKIDA PUL KƏSİRMİŞ](/uploads/posts/2013-08/1376462587_01.jpg)
Avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əskinazla edib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ödənişi edən, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov bir gün sonra tutulub.
Onun Nizami rayonu, E.Süleymanov küçəsindəki yaşadığı mənzilə baxış keçirilərkən saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və 12 ədəd saxta 100 manatlıq əskinaz aşkar edilərək götürülüb.