![SABUNÇUDA KARXANADA BIÇAQLANMA SABUNÇUDA KARXANADA BIÇAQLANMA](/uploads/posts/2013-08/1376636782_0001.jpg)
Bakı şəhərindəki daş karxanasında iki qardaş bıçaqlanıb. Paytaxtın Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən daş karxanasında qeydə alınıb. 1979-cu il təvəllüdlü Mehdiyev Qəzənfər Əli oğlu və qardaşı Tural 1973-cü il təvəllüdlü Talıb Məhəmməd oğlu Əliyev tərəfindən bıçaqlanıblar. Nəticədə hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən T. Əliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.