![AZƏRBAYCAN DAHA BİR İŞ ADAMINI İNTERPOLA VERDİ AZƏRBAYCAN DAHA BİR İŞ ADAMINI İNTERPOLA VERDİ](https://dia-az.shop/uploads/posts/2013-09/thumbs/1378103617_0001.jpg)
Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.