“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                 

QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
Tarix: 3-09-2013, 13:18 | Çap et
QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
RAYON KİMLƏRƏ TAPŞIRILIB?

DİA.AZ: - Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan getdikcə daha çox dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilməkdədir. Bu isə əlbəttə ki, ilk növbədə gənclər və idman sahəsinin dövlətimiz tərəfindən daima xüsusi diqqət və böyük qayğı içərisində saxlanmasının nəticəsidir. Təsadüfi deyildir ki, müxtəlif tədbirlər çərçivəsində Bakıya səfər edən ən nüfuzlu beynəlxalq idman təşkilatlarının rəhbərləri də Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətini çox yüksək qiymətləndirmiş və bir çoxları isə öz ölkələrində belə inkişafı müşahidə etmədiklərini etiraf etmişlər.

Ötən günlərdə diqqətinizə təqdim etdiyimiz materialların birində Qazax rayonunun Gənclər və İdman idarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan, o cümlədən idarənin rəisi Vüqar Nəbiyev tərəfindən yol verilən bir çox qanun pozuntularından bəhs olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız materialda bildirilirdi ki, bu idarəyə hər il rayonda idmanın inkişafı məqsədilə ayrılan və təxminən 60-70 min manat təşkil edən dövlət vəsaitinin məqsədyönlü xərclənməsi təmin olunmur.

İdarə rəhbərliyi tərəfindən yuxarı instansiyalara təqdim olunmaq üçün hazırlanan hesabat sənədlərində şişirdilmiş rəqəmlər göstərilir, təşkilinə böyük məbləğlərdə vəsaitlərin sərf olunduğu qeyd olunan yerli əhəmiyyətli yarış və turnirlər isə əksər hallarda yalnız kağız üzərində keçirilir. Həmçinin materialda xüsusi olaraq belə bir fakt vurğulanmışdı ki, Qazax rayonunun Gənclər və İdman İdarəsinin rəisi V.Nəbiyev özü bircə gün də olsun ordu sıralarında xidmət etməmişdir.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev tənəffüs sistemində müəyyən problemlərlə bağlı olan xroniki xəstəlik səbəbindən hərbi xidmətə yararsız statusunu almışdır. Təbii ki, ölkə ərazisinin 20%-dən artıq bir hissəsinin hələ də işğal altında olduğu və xüsusən də torpaqlarımızın artıq məhz hərb yolu ilə azad olunacağına dair ehtimalların daha tez-tez səsləndiyi bir vaxtda, xalqın mərd, əsgəri ruhda yetişdirilmiş övladlarına ehtiyacı daha çoxdur. Elə bu funksiyanın yerinə yetirilməsində də bölgələrdə fəaliyyət göstərən Gənclər və İdman idarələrinin rolu xüsusi əhəmiyyət kəsb edir. Özü hərbi xidməti keçməmiş bir məmurun isə gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyyəsi işinə hər hansı tövhələr verə biləcəyi həqiqətən də ciddi şübhələr doğurur.

Digər tərəfdən isə V.Nəbiyevin vaxtının çox hissəsini sərf etdiyi sahibkarlıq fəaliyyəti də, onun tutduğu dövlət qulluğundan irəli gələn vəzifələrin icrasına kifayət qədər əngəllər törədir. Belə ki, Qazax rayonunun Gənclər və İdman idarəsinin rəisi, eyni zamanda həm də ticarət mərkəzi, avtoyuyucu, qapı-pəncərə sexi və çayxana kimi kommersiya obyektlərinin də sahibidir. Əslində V.Nəbiyevin aldığı ali təhsil üzrə ixtisası da qətiyyən idman sahəsinə aid edilə bilməz.

Məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev Gəncə Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) o vaxtkı Qazax filialının Mühasibat uçotu fakültəsinin məzunudur. Amma bütün bunlar yenə də V.Nəbiyevə Gənclər və İdman Nazirliyinin strukturlarından birində rəhbər vəzifə tutmağa mane olmayıb. Amma mənbələr iddia edirlər ki, bu maneələri keçməkdə idarə rəisinə GİN-in aparat rəhbəri Fuad Hacıyevin himayəsi kömək olub. Təəssüflər olsun ki, bu məlumatların dərcindən kifayət qədər müddət keçsə də nə Gənclər və İdman Nazirliyinin, nə də Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən məsələyə münasibət bildirilmədi. Əvəzində isə Vüqar Nəbiyev özü bu günlərdə törətdiyi növbəti əməlləri ilə gənc nəslə necə nümunə ola biləcəyi sualına bir daha aydınlıq gətirdi.

DİA.AZ-a daxil olmuş yeni məlumatlarda Qazax rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev barədə son dərəcə maraqlı faktlar təqdim olunub. Mənbə bildirir ki, avqust ayının 29-da, axşam saatlarında (təxminən 20.30–21.00 arası) ərazidə xidmət aparan PPX əməkdaşlarının diqqətini Qazaxın Gənclər Mərkəzində otaqlardan birinin pəncərəsindən küçəyə düşən işıq cəlb edib. Bundan sonra polis əməkdaşları Qazax rayon Polis Şöbəsi ilə əlaqə saxlayaraq öz şübhələri barədə növbətçiyə məruzə ediblər. Daha sonra hadisə yerinə şöbənin əməliyyatçısı, Amil adlı əməkdaş gəlib. Gənclər Mərkəzinə daxil olan Amil pəncərəsindən işıq gələn otağa girib. Burada isə...

Mənbə bildirir ki, həmin otaqda polis əməkdaşı Vüqar Nəbiyevin öz tabeliyində çalışan evli bir xanımla eşqbazlıq etdiyinin şahidi olub. Bundan sonra məsələnin etik tərəflərini, xüsusən də həmin xanımın evli olmasını nəzərə alaraq, Amil şifahi tənbehlə kifayətlənərək “hadisə yerini” tərk edib. V.Nəbiyev isə öz pərtliyini unutmaq üçün Gənclər Mərkəzindən çıxaraq bir başa yaxınlıqdakı kafelərdən birinə yollanıb. Burada o, Azər adlı bir dostu ilə oturaraq spirtli içki də qəbul edib. Söhbət əsnasında isə V.Nəbiyev dostuna öz başına gələnləri də nəql edib. Tərslikdən Azər adlı bu şəxs də dostuna onu qızışdıran məsləhət verməyə başlayıb: “Axı polis kimdir ki, sənin şəxsi həyatına müdaxilə edir?..” Bu sözlər də Vüqar Nəbiyevin artıq kifayət qədər dumanlanmış beyninə batıb. Kafedən çıxan idarə rəisi bir başa özünü polis şöbəsinə çatdırıb. Amili burda yaxalayan V.Nəbiyev onu söyməyə, təhqir etməyə və hədələməyə başlayıb. Hətta iş o yerə çatıb ki, sərxoş vəziyyətdə ictimai asayişi pozmasına və polis əməkdaşını vəzifə borclarının icrası zamanı təhqir etməsinə görə, insidenti sənədləşdirərək, V.Nəbiyevi bir neçə saatlığına saxlamalı da olublar.

Lakin bundan sonra məsələyə Qazax RPŞ-nin rəisi Zöhrab İsmayılov müdaxilə edib. Məhz onun göstərişi ilə V.Nəbiyev sərbəst buraxılıb və ona qarşı ən azından xuliqanlıq maddəsi ilə cinayət işi açılmayıb. Sonradan məlum olub ki, polis rəisinin bu qərara gəlməsinə də səbəb Qazax RİH-dən daxil olan bir zəng olub. Bu zənqi edən isə icra başçısının müavini və rayonda Vüqar Nəbiyevin əsas himayədarı hesab olunan Gülayə Həsənova olub. Lakin aldığımız məlumatlara görə əməliyyatçı Amil RPŞ müdirinin bu qərarına etirazını bilavasitə Zöhrab İsmayılovun özünə bildirib. Həmçinin mənbə iddia edir ki, Amil baş verənlər barədə birbaşa DİN rəhbərliyinə məruzə etmək qərarına gəlib...

Digər tərəfdən isə son günlərin hadisələri Qazax RİH başçısının müavini Gülayə Həsənovanı müəyyən problemlərlə üzləşdirib. Həm də V.Nəbiyevlə bağlı insident bu hadisələrin daha az problemlisidir. Belə ki, bu hadisədən iki gün keçməmiş G.Həsənovanın doğma qardaşı, Qazax rayonundakı Diaqnostika Mərkəzinin baş həkimi Şahin Həsənov daha ciddi bir cinayət hadisəsi törədib. Bu xüsusda KİV-də yayımlanan məlumatlarda bildirilir ki, avqustun 31-i səhər saat 9.20-də Ş.Həsənov rayonda öz sahəsində nüfuz sahibi kimi tanınan cərrah Vasif həkimi bıçaqla vurmuş və ona ağır xəsarət yetirmişdir. Faktla bağlı rayon prokrorluğunda cinayət işi açılıb. Belə qənaətə gəlmək olar ki, Gülayə xanımın himayə etdiyi məmurlar ümumiyyətlə ölkə qanunlarına və insani dəyərlərə etinasız münasibətləri ilə seçilirlər.

Qeyd edək ki, məlumatları alandan sonra biz həm Qazax RPŞ-nin rəhbərliyi ilə, həm də Vüqar Nəbiyevlə telefon əlaqəsi saxladıq. Cənab Zöhrab İsmayılov insidentin yer aldığını təsdiq etdi. V.Nəbiyev isə ilk əvvəl olanları etiraf etsə də, sonradan fikrini dəyişərək bütün deyilənlərin böhtan olduğunu iddia etməyə başladı.

Hər halda ümid edirik ki, ən azından indi Gənclər və İdman Naziri cənab Azad Rəhimov Qazax rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyevin tutduğu vəzifəyə uyğunluğu məsələsini yenidən nəzərdən keçirəcək. Həmçinin baş verənlərə DİN rəhbərliyinin və Qazax RİH-nin başçısı cənab Ayaz Əsgərovun münasibətlərini də bilmək olduqca maraqlı olardı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru