Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                 

İCRA BAŞÇISI XƏTAİNİ SƏHRAYA ÇEVİRİR
Tarix: 5-09-2013, 10:25 | Çap et
İCRA BAŞÇISI XƏTAİNİ SƏHRAYA ÇEVİRİR
VƏ YAXUD RAZİM MƏMMƏDOVUN TƏBİƏTƏ OLAN NİFRƏTİ

Rayon sakinləri mətbuata ünvanladıqları müraciətlərin bir çoxunda vurğulayıblar ki, illər öncə Xətai yaşıllıqların sayına görə digər rayonlardan fərqlənirmiş. Razim Məmmədov rayona rəhbər keçəndən sonra isə ağacların qara günləri başlayıb. Apardığımız araşdırmalar isə göstərir ki, əslən Qərbi Azərbaycandan olan məmur rayona başçılıq etdiyi 2006-cı ildən bu yana saysız-hesabsız qanunsuzluqlara imza atıb, minlərlə ağacın qırılmasına səbəb olub. Haqqında mətbuatda gedən tənqidlərdən məlum olur ki, icra başçısı Xətainin bütün qəsəbələrində boş torpaqları satıb, ağaclarla dolu olan sahələri isə şumlatdırıb. Fikrimizi başqa sözlə ifadə etsək, məmur ağacları kəsdirərək yerini ayrı-ayrı şəxslərə satıb. Bizə məlum olan rəqəmlərə görə, hazırda Xətaidə obyekt tikintisi üçün satılan ən ucuz yerlərin bir kvadratmetri 2 min manatdan başlayır. Yəni 40 kvadratmetrlik yerin qiyməti 80 min manatdır. Həzi Aslanov qəsəbəsində, Məhəmməd Hadi küçəsinə gedən istiqamətdə bir müddət öncə aparılan «yaşıl soyqırım» nəticəsində böyük bir ərazi tanınmış iş adamlarından birinə satılıb. Deyilənə görə, həmin sahibkar başdan-başa ağacla əhatə olunan sahəni ələ keçirmək üçün icra hakimi ilə 15 milyon manat qarşılığında razılaşıb. Qısa zaman kəsiyində burdakı ağaclar vəhşicəsinə qırılıb, yerində ticarət obyektləri tikilib. Məlumata görə, kəsilən ağacların yerində «Azza», «Sultan», «Daimoni» kimi brend firmaların mağazaları fəaliyyət göstərməyə başlayıb. Bundan başqa, Razim Məmmədovun başçılığı ilə Heydər Əliyev parkının yuxarı hissəsindəki ağaclar da amansızcasına qırılıb və yeri müəyyən miqdarda pulun qarşılığında kiməsə satılıb. Hətta bu məsələ ilə bağlı mətbuatda gedən informasiyalardan sonra icra hakiminə yuxarılardan sərt xəbərdarlıq da gəlib. Buna baxmayaraq, başçı qanunsuz işlərini yenə də davam etdirməkdədir. Bu arada, bir neçə ay əvvəl Xətai rayonu, Gəncə prospekti 73 saylı binanın qarşısında ağaclar kəsilməsi barədə xəbər vermişdik. Sakinlərin bildirdiyinə görə, onlarla ağacı kəsib yerində naməlum tikili tikiblər. Maraqlıdır ki, həmin zaman özlərini ekologiya idarəsinin işçiləri kimi təqdim edən bir qrup şəxs ağacları kəsməyə cəhd göstərib. Sakinlərin etirazından sonra ərazidən uzaqlaşıblar.

Vətəndaşlar onu da bildirib ki, binanın yeganə yaşıllıq zolağı binanın qarşısıdır. Qeyd edək ki, Xətai rayonu Gəncə prospekti 20 A ünvanında baş verən torpaq sürüşməsində Razim Məmmədov suçlanıb. Sakinlər bildiriblər ki, ərazidə tikinti məqsədi ilə qazıntı işlərinə başlanılıb. Bu məqsədlə də bir neçə ağac kəsilib. Bundan sonra isə sürüşmə baş verib. Vətəndaşlar qeyd ediblər ki, həm yaşıllıqların məhv edilməsində, həm də digər yaşayış binalarının təhlükə altına atılmasında başçının günahı böyükdür. Çünki burdakı yeni tikililər məhz icra başçısına məxsusdur: «Yaşıllıqları çox sakit şəkildə məhv etdilər. İndi bir-iki yerdə yaşıllıq qalıb ki, onu da məhv edəcəklər. Kimsə də söz deyə bilmir. Dəfələrlə müraciətlər etsək də, bizə aşkar surətdə bildiriblər ki, Razim Məmmədov birbaşa olaraq yuxarılarla məsələni həll etdiyindən yaşıllıqların məhv edilməsinə belə göz yumulur». Xətaidə ağacların daha çox kəsildiyi yerlərdən biri də Qaçaq Nəbi və Məzahir Rüstəmov küçələrinin arasında yerləşən sahədir. Bir müddət əvvəl mətbuatda yayılan məlumata görə, «Səma» kafesinin yaxınlığında çoxlu sayda ağaclar kəsilib və gecə ikən ərazidən aparılıb: «Ərazidə işlər yalnız gecədən sonra aparılır. Agaclar kəsilir, onların kəsilməsini gizlətmək üçün kəsilmiş ağacın kötüyü torpaqla, daşla və sement məhlulu ilə basdırılır». Onu da bildirək ki, hazırda Əhmədli, Həzi Aslanov, NZS və Köhnə Günəşli qşəsəbələri ərazisində vur-çatlasın torpaq alveri gedir və böyük yaşıllıq sahələri məhv edilir. Bu qədər özbaşınalıq törətməsinə baxmayaraq, icra hakiminə təpinən, «gözün üstə qaşın var» deyən yoxdur. Satdığı torpaqlar hesabına milyonçuya çevrilən Razim Məmmədov özünə və yaxın qohumlarına yüksək səviyyəli şərait qurub. Onun təkcə Xətai rayonu ərazisindəki qəsrlərinin qiyməti on milyonlarla ölçülür. Bakının ən bahalı yerlərində müxtəlif qohumlarının adına sənədləşdirdiyi mənzilləri var. Hələ biz «milyonçular məhləsi»ndəki imarətlərindən danışmırıq. Yaxud ölkənin ən dilbər rayonlarında tikdirdiyi villalarını demirik. Bizə çatan məlumatlara görə, icra başçısının Xətai rayonu ərazisində yüzlərlə irili-xırdalı obyektləri var. Oğlunun 15 yaşı olanda 260 min avroya «Porsche» almışdı. Görəsən, o bütün bunları vəzifə maaşı iləmi əldə edib? Buna qətiyyən inanmırıq. Əgər 800-1000 manat maaşla bu qədər varidat yığmaq mümkün olsaydı, onda çoxları Razim Məmmədova bənzəyərdi. Çox istərdik ki, cənab prezident Xətaini yaman günə qoyan icra hakimi ilə bağlı müvafiq ölçü götürüb tezliklə onu vəzifədən uzaqlaşdırsın.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru