"Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                 

QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD
Tarix: 14-01-2012, 16:46 | Çap et
QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD

MEDVEDEVİN SON QARABAĞ HƏMLƏSİNƏ İNAM YOXDUR

Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı yanvarın 23-də Soçiyə dəvət etməsi çoxları üçün sürpriz oldu. Çünki Medvedevin hakimiyyət müddətinin bitməsinə təxminən iki ay vaxt qalıb və onun bu qısa zamanda daxili və xarici siyasətdə hər hansı uğur qazanacağı mümkün görünmür.

ABŞ-da Medvedev kimi prezidentləri “axsaq ördək” adlandırırlar. Yəni prezident müddəti başa çatan və postunu tərk etməyə hazırlaşan fiqurun təşəbbüsləri ciddi qəbul olunmur. Ona görə də Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya yığmasının əhəmiyyəti qalmır. Medvedev mövqeyinin nisbətən güclü olduğu 3 ildə prezidentləri 10 dəfə bir araya gətirərək nəticə əldə etməyibsə, son görüşündə münaqişənin həlli ilə bağlı hansı uğur əldə edə bilər?

Dmitri Medvedev 2010-cu ilin iyun ayında azərbaycanlı və erməni həmkarlarını Kazana dəvət etdikdə, bəzi siyasi dairələr az da olsa, baza prisniplərinin imzalanacağı ilə bağlı müəyyən optimist proqnozlar irəli sürürdülər. Ancaq bu görüş də özünü doğrultmadı. Prezidentlər heç bir sənəd imzalamadan geri qaytıdılar. Budəfəki Soçi görüşü ilə bağlı isə ancaq pessimist fikirlər səslənir. Vəzifəsini baş nazir Vladimir Putinə təhvil verməyə çalışan Medvedev Soçi görüşünü sanki Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün deyil, sadəcə azərbaycanlı və erməni həmkarları ilə sağollaşmaq naminə təşkil edir.

Əslində Azərbaycan və Ermənistan prezidentləri də Soçi görüşünün mənasız olduğunu anlayırlar. Soçidə hər hansı irəliləyiş əldə olunmayacağı onlara da əvvəlcədən bəllidir. Əksinə, Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki bundan əvvəlki Moskva görüşündə az qala əlbəyaxa olmalarına dair xəbərlər yayılmışdı və onlar təmaslara uzun müddət ara verilməsinə tərəfdar idilər. Buna baxmayaraq, İlham Əliyev və Serj Sarkisyan Medvedvin son istəyinə “yox” deyə də bilməzdilər.

Reallıqda isə İlham Əliyev və Serj Sarkisyan Medvedevdən sonrakı danışıqlar mərhələsinə hazırlaşırlar. Rusiyada martda keçiriləcək prezident seçkisində çox ciddi qarşıdurmanın olacağı proqnozlaşdırılır. Putini əvvəlki seçkilərdən daha çətin sınaq gözləyir. Rusiya cəmiyyəti eyni adamı hakimiyyətdə görməkdən yorulub, insanlar dəyişiklik istəyirlər. Putin qələbə çalsa belə, Rusiyada seçki nəticələri ətrafında qızğın mübarizə gözlənilir. Odur ki, Putin martdan sonrakı aylarda bir müddət öz problemləriylə məşğul olmaq məcburiyyətində olacaq. Yəni Dağlıq Qarabağ münaqişəsi yay aylarının sonuna doğru Putinin gündəminə gələ bilər. Digər tərəfdən, Medvedevdən fərqli olaraq Putini Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər də maraqlandırmır. Medvedev xoş niyyətli olsaydı belə, ona Moskvadakı bəlli siyasi və hərbi dairələr Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməzdilər. Putinin isə, ümumiyyətlə, xoş niyyət deyilən bir dərdi yoxdur. O, Rusiyanın hegemon maraqlarından və Ermənistanla hərbi-strateji əlaqələrin inkişafından çıxış edir. Bu yanaşma isə münaqişənin ədalətli həllinə ziddir. Ona görə də Putinin təşkil etdiyi üçtərəfli görüşlər də böyük ehtimalla imitasiya xarakteri daşıyacaq.

Buna rəğmən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı imitasiyasını xaricdən poza biləcək dövlətin olmadığı reallıqdır. ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri - nə ABŞ, nə də Fransa Rusiyanın təkbaşına və nəticəsiz qalan vasitəçiliyini əngəlləmək istəyir. Sanki Vaşinqton və Paris danışıqlar prosesindən kənara çəkiliblər. Ancaq Fransanın fəallaşması ehtimalı da Azərbaycana yaxşı heç nə vəd etmir. Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri onun Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyini ortaya qoydu. Elə Fransa Senatının “erməni soyqrımı”nı inkar edən qanun layihəsini təsdiq etməyə hazırlaşması da Parisin ermənipərəst mövqeyinin rəsmiləşməsi deməkdir. ABŞ-ın hazırki administrasiyasının isə ümumiyyətlə Cənubi Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.

Beləliklə, nə Rusiyanın təkbaşına fəallığı, nə də Minsk Qrupunun vasitəçiliyi münaqişənin həllini sürətləndirmək istidarındadır. Bunun üzərinə Rusiyadan başqa bu il Ermənistan, ABŞ və Fransa, gələn il isə Azərbaycandakı prezident seçkilərini əlavə etsək, yaxın iki ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyin əbəs olduğu aydınlaşar.

Turan Analitik Xidməti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru