![DAXİLİ QOŞUNLARDA ŞOK FACİƏ DAXİLİ QOŞUNLARDA ŞOK FACİƏ](https://dia-az.shop/uploads/posts/2013-10/thumbs/1380864834_0001.jpg)
Azərbaycanda hərbçinin meyiti tapılıb. Hadisə Gəncə şəhərində qeydə alınıb.
Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.
Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.