Şabranda fermerlər "su" deyib nalə çəkir... - ŞİKAYƏT VAR
Tarix: 6-07-2016, 09:59 | Çap et
![Şabranda fermerlər "su" deyib nalə çəkir... Şabranda fermerlər "su" deyib nalə çəkir...](/uploads/posts/2016-07/1467784852_0001.jpg) Artıq neçə müddətdir ki, Şabran Suvarma Sistemləri İdarəsinin yarıtmaz fəaliyyəti yerli fermerlərin işində ciddi problemlər yaradır. Bu barədə bizimdovr.az-a daxil olan məlumatlarda xəbər verilir. Qeyd etməliyik ki, bu idarənin fəaliyyətində yer almış neqativ hallar barədə ötən saylarımızda müvafiq tənqidi materialla çıxış etmişdik. Həmin yazıda da qeyd olunmuşdu ki, bu gün bir çox digər regionlarda oldiğu kimi, Şabran rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Rayon iqtisadiyyatının əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu idarənin rəisi Adil Şamilovun öz fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi iddia olunur. Bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Buna görə də, hazırda rayonda 17000 hektardan artıq suvarılan ərazilərə xidmət etməli olan Şabran Suvarma Sistemləri İdarəsinin resurs və imkanları heç zaman tam səfərbər vəziyyətdə olmur. Bu durumun əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Adil Şamilovun və baş mühəndis Xalid Məmmədovun üzərindədir. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, 70-dən artıq əməkdaşı olan bu idarənin işçiləri mütəmadi olaraq yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bundan başqa daxil olan məlumatlarda bildirilir ki, Şabran Suvarma Sistemləri İdarəsinin balansında olan 15-dən artıq texnika, o cümlədən traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, baş mühəndis Xalid Məmmədov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya üçün gündə 100-150 manat icarə haqqı alır. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil müəssisə rəhbərlərinin ciblərinə daxil olur.
İddialara görə, Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğramaqdadır. Bu isə yerli sakinlərin işlərinə və ümumilikdə rayonun iqtisadi göstəricilərinə olduqca mənfi təsir göstərir. Buna görə də rayonun kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərinin, yerli fermerlərin fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda Şabranda bu göstəricilər daha da aşağı düşəcək.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30 |
|
|
|
• Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04 |
|
|
|
• Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00 |
|
|
|
• Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56 |
|
|
|
• Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50 |
|
|
|
• Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39 |
|
|
|
• Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35 |
|
|
|
• Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26 |
|
|
|
• Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22 |
|
|
|
• İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34 |
|
|
|
|