Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb... - AXI NİYƏ?
Tarix: 7-11-2023, 10:25 | Çap et
 Binə qəsəbəsində "Hövsan yolu" adlanan yolun ətrafında yaşayan sakinlərin həyatı təhlükə qarşısında qalıb. Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, yolun hər iki tərəfində yaşayış evləri olsa da, yolda sürəti tənzimləyən lövhələr və digər zəruri yol nişanları qoyulmayıb. Onlar yaşadıqları ərazidəki küçələrə ad verilmədiyindən rəsmi şəkildə heç bir quruma şikayət edə bilmədiklərindən gileylənirlər. Sakinlər bildiriblər ki, yolda avtomobillər sürətlə hərəkət etdiyindən, piyadavurma hadisələri də tez-tez baş verir. Bundan əlavə yolun heç bir yerində piyada keçidi də quraşdırılmayıb. "Bizim küçəmizə nə ad verilir, nədəki piyada keçidi, yol nişanları quraşdırılır. Buranı camaat "Hövsan yolu", "Gürcüstanlılar məhləsi", "Bağça yolu" kimi tanıyır. Ərazidə evlərin tikilməsinə icazə verilib, amma küçələrə ad verilmir. Yolu asfaltlayandan sonra avtomobillər sürətlə hərəkət edir. Avtomobillər 110-120 sürətlə sürürlər. Yaşayış olan ərazidən keçən bu yolda dəfələrlə döngələrdə qəza hadisələri, piyadavurmalar olub. Amma yenə də yolda sürəti tənzimləyən yol nişanı yoxdur. Heç yola piyada zolağı belə çəkməyiblər. Bu uzunluqda yolu camaat necə gəldi keçir. Bir sözlə, həyatımız təhlükədədir" - sakinlər bildiriblər.
Xəzər Rayon İcra Hakimiyyətinin Binə Qəsəbə İcra Nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hələlik sözügedən ərazidə torpaqların hansı rayona aid olması mübahisəlidir. Çünki, bu ərazidə torpaqların bir hissəsi Abşeronun köhnə Südçülük sovxozuna, bir hissəsi Suraxanı rayonunun Hövsan qəsəbəsinə, bir hissəsi isə Xəzər rayonuna düşür. İcra nümayəndəliyindən o da bildirilib ki, ərazidə evlərin çoxu qanunsuz tikili olduğundan, küçələrə ad verilməyib. Amma portalda həmin küçələr nömrələnib. Nümayəndəlikdən yola yol nişanlarının qoyulması, eləcə də sürətin tənzimlənməsi üçün aidiyyatı qurumlara müraciət edildiyi də bildirilib. Sakinlər isə torpaq sərəncamlarında ərazinin Xəzər rayonu Binə qəsəbəsi olduğunun göstərildiyini söyləyiblər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri ərazisində yol nişanlarının qoyulması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətindədir. Yaşayış massivlərindəki yollarda sürət həddini məhdudlaşdıran nişan yoxdursa, belə yollarda maksimal hərəkət sürəti saatda 60 km-dir. Bu isə "Yol Hərəkəti Haqqında" qanunun 50-ci maddəsinin tələbidir. Əsgərli ətraf qəsəbələrdə əsas yollarda sürət həddini tənzimləyən yol nişanlarının qoyulmasının, piyada zolaqlarının çəkilməsinin ciddi problem olduğunu da söyləyib. Bildirib ki, belə müraciət olduqca, onlar bunu AYNA-a yönəldirlər. AYNA-dan isə Sputnik Azərbaycan-a problemin araşdırılacağını bildiriblər. //Sputnik Azərbaycan// Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|