Əsas Səhifə > Ölkə, Manşet > Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır
Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır22-03-2016, 12:09 |
![]() DİA.AZ: - Dövlət Gömrük Komitəsində böyük ixtisar gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynağın iddialarına görə, DGK-nin mərkəzi aparatı da daxil olmaqla, digər qurumlarını da əhatə edəcək ixtisar prosesi zamanı 1000-ə yaxın gömrüçünün işsiz qalacağı gözlənilir. Mənbə diaaz.space-a açıqlamasında bildirib ki, bu prosesin ardından isə DGK rəhbərliyinə də əl gəzdiriləcək: "Aydın Əliyev və eyni zamanda 2 müavin, habelə, DGK-nin rəhbərliyində təmsil olunan bir neçə orta ranqlı məmur da görəvindən alınacaq". ![]() Xatırladaq ki, Aydın Əliyevin vəzifəsindən azad ediləcəyi haqda xəbəri hələ bir neçə gün əvvəlindən diqqətinizə təqdim etmişdik. Geri qayıt |