Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                 

İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
Tarix: 25-10-2013, 12:36 | Çap et
İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatındadır.

Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin 835.5 min manat dəyərində mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə həbs edilib.

"Aqrolizinq"dəki
korrupsiyanın dərin kökləri

Qeyd edək ki, "Aqrolizinq" Azərbaycanın ən çox korrupsiyalaşmış qurumlarından hesab olunur. Bu səhmdar cəmiyyətə ayrılan dövlət vəsaitlərini bir çox hallarda təyinatı üzrə xərcləmədiyi və ya xərclərin şişirdildiyi çoxdan məlum olan, iqtisadçı ekspertlər və mediada ciddi müzakirə edilən məqamlardandır.
Hətta iş o yerə çatdı ki, bu ilin fevralında prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkə başçısı kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı olduqca kəskin xəbərdarlıqlar etdi. Bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu da onu göstərirdi ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdə korrupsiyanın səviyyəsi elə bir həddə çatıb ki, artıq dövlət rəhbəri də məsələyə münasibət bildirməli olub.
Ona görə də indi Əli Bayramovun səhmdar cəmiyyətinin hansısa filial müdirinin az qala 1 milyon dollarlıq mənimsədə ittiham edilməsi təəccüb doğurmur. Amma maraq doğuran başqa məqamlar var.

Onlar "qurban"lardır?

Əvvəla, hansısa filial direktoru bu qədər vəsaiti təkbaşına mənimsəyə bilərdimi? Mənimsəmədən "Aqrolizinq"in daha yuxarı rəhbər şəxslərinə "pay" çatmadığı təqdirdə bu qədər iri həcmli vəsaiti ələ keçirməyə kim cəsarət edə bilər?
İkinci: əgər "Aqrolizinq"in adi bir filialında 835 min manatlıq yeyinti mümkündürsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi səviyyəsində dövlət büdcəsindən ayrılan on milyonlarla manatın taleyindən şübhələnməyə əsas yaranır. Xüsusən də Əli Bayramovun şəxsi sərvəti haqqında KİV-də davamlı səslənən faktlar, onun hətta fotoları belə mətbuata çıxan bəzi bahalı mülkləri barədə bilgilər həmin şübhələri qüvvətləndirir.
Ümumiyyətlə isə bəzi müşahidəçilərə görə, adıçəkilən səhmdar cəmiyyətin həbs edilən hər hansı aşağı ranqlı əməkdaşı olsa-olsa, "qurban"dır. Onlar səhmdar cəmiyyətin ən üst rəhbərliyi səviyyəsindəki korrupsiya əməliyyatlarının bir parçasına çevrilir, son nəticədə özləri "ilişir", rəhbərlik isə sudan quru çıxmağı bacarır. Amma o da istisna olunmur ki, artıq elə bir vəziyyət yaransın, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun özünün də aşkarlanan korrupsiya əməliyyatlarına görə istintaqa cəlb edilməsi reallaşsın.

Filial rəhbərlərinin
fərqli taleyi

"Aqrolizinq"in filial rəhbərlərinin səhmdar cəmiyyət daxilindəki korrupsiya zəncirinin sadəcə, bir həlqəsi olmasını təsdiqləyən başqa nüanslar da var. Məsələn, bir müddət əvvəl Əli Bayramovun rəhbərlik etdiyi qurumun Saatlı rayon filialının müdiri də korrupsiya səbəbi ilə çətin vəziyyətdə qalıb, həmin filialda yetərincə ciddi mənimsəmə faktları aşkarlanıb, amma hansısa yollarla bu faktlar ört-basdır edilib, Saatlı filialının rəhbəri isə Sabirabad filialının rəhbərliyinə "transfer" edilib.
Bu da onu göstərir ki, "Aqrolizinq" rəhbərliyi mümkün olduğu qədər yeyintidə iştirak edən yerli əməkdaşlarını qoruyur, amma bəzən də bu mümkün olmur. Hansı ki, biz belə bir halı İmişli filialının rəhbərinin timsalında müşahidə edirik.

Bəs ekspertlər nə deyir?

"Aqrolizinq"in korrupsiyalaşmasına dair müstəqil iqtisadçı ekspertlərin rəyi də birmənalıdır.
Məsələn, ölkənin kənd təsərrüfatı üzrə tanınmış mütəxəssislərindən Vahid Məhərrəmovun adıçəkilən səhmdar cəmiyyətlə bağlı bir müddət əvvəlki
açıqlamalarını heç bir şərhsiz diqqətinizə çatdırırıq: ""Aqrolizinq"in fəaliyyətində şəffaflıq yoxdur. Bu qurum öz fəaliyyəti ilə bağlı hesabat vermir. "Aqrolizinq" 2005-ci ildən üzübəri xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, "Aqrolizinq"in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır. Ona görə də təklif edərdim ki, müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın və bu komissiya gübrələrin keyfiyyətinin yoxlanılması ilə məşğul olsun.
Düşünürəm ki, "Aqrolizinq" ASC-nin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər maxinasiya və korrupsiya hallarına yol verilibsə, dərhal cinayət işinə başlanılmalıdır. Aqrar sektorun, xüsusilə də heyvandarılığın ləng inkişafında bu qurumun günahı çoxdur. Bu cəmiyyət artıq özünü doğrultmayıb. Cavabdehlik olmadığından bu qurum ləğv olunmalıdır".
Nəticə:
Mətbuatın yazdıqlarında qeyri-peşəkarlıq axtaran "Aqrolizinq" rəhbərliyinin yuxarıdakı mütəxəssis
rəyinə reaksiyasının necə olduğu bizə çox maraqlıdır. Hər halda onları da hansısa mətbu orqan qərəzli şəkildə yazmır, aqrar sektorla bağlı ölkənin tanınmış ekspertlərindən biri deyir.
Və bu deyilənlərdən də Əli Bayramovun rəhbərlik etdiyi qurumda vəziyyətin şəffaflıq, hesabatlılıq və səmərəlilik baxımından nə qədər acınacaqlı olduğu təkzibedilməz arqumentlərlə ortaya çıxır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru