Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                 

“GİLAN HODİNQ”İN ANTİXALQ SİYASƏTİ
Tarix: 27-01-2012, 14:08 | Çap et
“GİLAN HODİNQ”İN ANTİXALQ SİYASƏTİ

ZORLA EVİNDƏN ÇIXARILAN SAKİN İNTİHARA ƏL ATACAĞINI DEYİR

DİA.AZ: - Son illər Azərbaycanda mülkiyyət hüquqlarının pozulması görünməmiş həddə çatıb. Təsadüfi deyil ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda insan haqlarının durumundan bəhs edərkən, mülkiyyət hüquqlarının pozulması faktlarına da toxunulur. Hətta həmin hesabatlarda mülkiyyət hüquqlarına ayrıca bölmə həsr olunur.

Məmur-oliqarxların özbaşılağı o həddə çatıb ki, onlar nəinki ayrı-ayrı vətəndaşların mülkiyyətinə, hətta bütöv bir məhəlləyə tamah salır, həmin məhəlləni ələ keçirmək üçün hər cür saxtakarılağa və qanunsuzluqlara əl atırlar. Əhalinin əmlakının dəyəri ya ödənmir, ya da çox cüzi qismi ödənir, çox vaxt isə illərlə min bir əziyyət çəkib ərsəyə gətirdikləri ev-eşiyindən çıxarılan paytaxt sakinləri küçəyə atılırlar. Mirzəağa Əliyev küçəsinin, 7 mikrorayon sakinlərinin, son vaxtlar NZS qəsəbəsi sakinlərinin və b. başına gətirilənləri xatırlatmaq dediklərimizi təsdiqləmək üçün kifayətdir.

Bir sözlə, millətə qənim kəsilən məmur-oliqarxların tamahkarlığı sərhəd tanımır. Onlar villa, göydələn, yaxud obyekt tikdirmək üçün camaatın mülkiyyətini zorla əlindən alır, sadə vətəndaşların evini yıxmaq hesabına özlərinə imarət, şadlıq sarayı, hündürmərtəbəli binalar tikirlər.

Redaksiyamıza daxil olan növbəti şikayət də elə bu məsələ ilə bağlıdır. Sadəcə, bu dəfə məmurların qanunçuluğa, insanlığa, heç bir mənəvi dəyərələrə cığmayan bu cür əməllərinin qurbanı iki azyaşlı uşaq atası, həyat yoldaşı məcburi köçkün olan jurnalist həmkarımızdır.

Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 56/58 saylı ev, mənzil 3-də yaşayan müstəqil jurnalist İlqar Atayevin sözlərinə görə, yaşadığı ərazi Bakıda məşhur »milyonçular məhəlləsi» kimi tanınır: »Bir-iki binanı çıxmaq şərtilə ətrafda yalnız varlı insanların, nazirlərin, komitə sədrlərinin qiyməti milyon dollarla ölçülən villaları yerləşir. Yaşadığım binada sakinlər az olsa da, 2 mərtəbəli yaşayış binasının geniş stadionu və yaşıllıq ərazisi var. Bu məhəllədə torpağın bir sotu orta hesabla 500-600 min manatdır. Odur ki, binalarımızı alıb yerində villalar ucaltmaq istəyənlər kifayət qədər olub. Təxminən iki il qabaq binamıza aid olan stadion Nicat Kəmaləddin oğlu Heydərova icarəyə verilib. 20 gün əvvəl isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov və »Gilan Holdinq»in nümayəndəsi məhəlləyə gələrək sakinlərə bildiriblər ki, yaşadığınız ərazi dövlət planına düşüb və yeni tikilmiş binalarda mənzillə təmin ediləcəksiniz.

Bu təkliflə razılaşmayanlar isə zorla evlərindən çıxarılacaq. Təkliflə razılaşan sakinlər gedib yeni tikilmiş həmin binaya baxanda aydın olub ki, bina hələ tam hazır deyil və çox keyfiyyətsiz tikilib».

Müstəqil jurnalist İlqar Atayevin sözlərinə görə, hədə-qorxulara dözməyən qonşuların çoxu yeni binadan müqavilə ilə ev götürsələr də, qalan sakinlər bununla razılaşmır: »Şəxsən mənimlə söhbət edərkən, Şahmar İbadovdan hansı əsasla binadan çıxarılacağım barədə sənəd tələb etdim. Yəni bina dövlət planına düşürsə, hər hansı bir sənəd olmalıdır. Amma icra hakimiyyəti başçısının müavini belə bir sənəd təqdim edə bilmədi. Yalnız onu dedi ki, bu ərazidə park tikiləcək. İndi özünüz fikirləşin, villaların əhatəsində hansı parkın salınmaından söhbət gedə bilər? Bu villalar qorunur və mümkün qədər yad gözlərdən uzaq saxlanılmağa çalışılır. Burada adi çəkiliş aparmaq istəyən jurnalistlərə o saat təzyiq olunur».

İlqar Atayevin fikrincə, görünən odur ki, »Gilan Holdinq» ərazidə tikinti aparmaq istəyir. Lakin sakinlərə əmlaklarının real dəyərini ödəməməkdən ötrü bu işə Nərimanov rayon İcra Hakimiyyətini cəlb ediblər: »Qonşum Sara Abdullayeva ilə söhbətində Şahmar İbadov deyib ki, »siz Leyla Yunusdan artıq olmayacaqsız ki?! Yeri gəlsə, fevralın 2-dən binanızın qaz, işıq təchizatı kəsiləcək».

Şikayətçinin dediklərindən belə aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti və »Gilan Holdinq»in nümayəndləri qalan sakinlərin evlərindən çıxarılması üçün hər cür təzyiqlərə əl atır, sakinlərin əsəbini tarıma çəkirlər: »Sakinlərə bu cür hədə-qorxu gəlməklə, onları şantaj etməklə yanaşı belə bir xəbər də yayırlar ki, »Gilan Holdinq» Kəmaləddin Heydərova məxsusdur. Yeri gəlsə, Fövqəladə Hallar Nazirliyi binanızın qəzalı vəziyyətdə olduğu barədə akt verəcək».

Maraqlıdır bəs, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu məsələyə necə baxır? Onun Ceyhun Hacıbəyli küçəsi, 56/58 saylı evin sakinlərinin başına gətirilən bu müsibətlərdən xəbəri varmı? Yoxsa elə doğrudan da sakinlərin evlərinin dəyəri ödənmədən əllərindən alınmasına, azyaşlı körpələri olan onlarla ailənin küçələrə atılmasına, həmin binanın yerində isə »Gilan Holdinq» üçün obyekt tikilməsinə Kəmaləddin Heydərov özü rəvac verir?

Yaxşı olardı ki, nazir özü bu məsələlərə aydınlıq gətirsin və bütün bunlardan xəbəri yoxdursa, bu özbaşınalığı və haqsızlığı, sakinlərin ölümlə təhdid olunmalarını durdursun, onların haqlarının tapdanmasına imkan verməsin. Çünki bu, Azərbaycan Konstitusiyacından, insan haqları ilə bağlı qanunlardan, nazirin vəzifə borcundan irəli gələn bir məsələdir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Konstitusiyasının Mülkiyyət Hüququnu özündə ehtiva edən 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ var:» Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər».

Qeyd edək ki, dövlət ehtiyaları dedikdə yolların, kommunikasiyaların çəkilməsi, sərhəd zolağının çəkilməsi, müdafiə obyektlərinin tikintisi nəzərdə tutulur. Bu barədə Nazirlər Kabineti qərar verir. »Milyonçular məhəlləsi»ndə park salınması kimi gülünc iddianın isə dövlət ehtiyacları ilə heç bir əlaqəsi yoxdur.

İlqar Atayevin fikrincə, görünən odur ki, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri »Gilan Holdinq» üçün makler rolunu oynayırlar: »Bu zaman qəsdən yüksək vəzifəli dövlət məmurlarının adlarını hallandırırlar. Hazırda mənə qarşı hədələr davam edir. Müxtəlif vasitələrlə təzyiq etməyə, məni qanuni evimdən çıxarmağa çalışırlar. Çox gərgin psixoloji gərginlik həddindəyəm. Himayəmdə 2 azyaşlı uşaq və köçkünlük həyatı yaşamış həyat yoldaşım var».

Sonda İlqar Atayev mülkiyyət hüququnun qorunması üçün gərəkən bütün addımları atacağını da vurğuladı: »Qanuni evimin zorla əlimdən alınmasına imkan verməyəcəyəm. Ümid edirəm ki, vasitənizlə ölkə prezidenti də bu məsələdən xəbərdar olacaq və hər bir azərbaycanlının prezidenti, onların hüquqlarının qarantı olduğunu deyən dövlət başçısı bizim zorla, dəyəri ödənilmədən evimizdən çıxarılmağımızın qarşısını alacaq. Yox əgər bu qanunsuzluqlar davam edəcəksə, ailəmi müdafiə edə, onların evsiz-eşiksiz qalmamasına nail ola bilməyəcəyəmsə, onda məcburam ki, intihar edəm. Çünki daha bu təhqirlərə, bu haqsızlıq və insanlıq dışı əməllərə dözməyə əsəblərim tab gətirməyəcək».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru