DİNİ KOMİTƏDƏN İRANA AÇIQ İTTİHAM
Tarix: 31-01-2012, 14:34 | Çap et
“BU ÖLKƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİNƏ ZİDD FƏALİYYƏTLƏ MƏŞĞULDUR”
Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur. APA-nın məlumatına görə, burada əhalinin - “Hüseyniyyə” məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində, bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA-nın əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.
APA-nın əməkdaşı “Hüseyniyyə”-də çəkiliş aparmaq istəsə də, buranın yetkililəri sayılan İran vətəndaşları çəkilişə icazə verməyərək, bunun üçün İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddan icazə alınmasını məsləhət görüblər. Lakin ərazidə olan Seyid Əli Əkbər Ocaqnejad çəkilişə icazə verməyib, üstəlik jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
APA “Hüseyniyyə”-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu göndərib. DQİDK-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Hüseyniyyə” xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. “Hüseyniyyə”-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə” namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanuna görə QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: “Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyi üçün ora təyinat da olmayıb”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
|