![SUMQAYITDAN BAKIYA GƏLƏN AVTOBUS YANDI SUMQAYITDAN BAKIYA GƏLƏN AVTOBUS YANDI](/uploads/posts/2013-11/1385363132_0001.jpg)
Azərbaycanda sərnişin avtobusu yanıb.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb.
Yanğın 1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.