AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA
Tarix: 6-02-2012, 11:51 | Çap et
“ÖLKƏMİZİ MƏZHƏB SAVAŞINA SÜRÜKLƏMƏK İSTƏYİRLƏR”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bölgədəki son hadisələr fonunda məzhəb ayrı-seçkiliyinin artdığını və Azərbaycanı da bu qovğanın içinə sürükləmək cəhdlərinin olduğunu bildirib.
Elxan Şahinoğlu “Media forum” saytına açıqlamasında bu işin başında İranın dayandığını deyib: “Tehran Suriyadakı rejimi ona görə müdafiə edir ki, Əsəd ailəsi ələvidir. Belə çıxır ki, Əsəd Suriyadakı çoxluqdan, sünnilərdən olsaydı, Tehran onu müdafiə etməyəcəkdi. Tehran sözdə islam həmrəyliyindən danışır, ancaq Suriyada günahsız insanların qırılmasına göz yumur. Halbuki Tehran Tunis, Misir və Liviyadakı olayları təqdir etdiyini bildirir, bununla avtoritar rejimlərin çökdüyünü vurğulayır. Ancaq söhbət Suriyadakı qarşıdurmaya çatdıqda Tehran bunun arxasında Qərbdəki imperialist qüvvələrin, sünni əhalisi olan dövlətlərin – Qətər, Türkiyə və digərlərinin dayandığını iddia edir.
İran İraqda da eyni siyasəti yürüdür. Baş nazir Əl-Malikini sadəcə şiələrin təmsilçisi olduğu üçün müdafiə edir, onu tənqid edənləri isə görməzliyə vurur. Tehranın bu siyasəti bircə Azərbaycana münasibətdə fərqlidir. O, torpaqları işğal altında olan Azərbaycan dövlətini müdafiə etməkdənsə işğalçı Ermənistana dəstəyini əsirgəmir. Yəni işinə yaradığı təqdirdə Tehran “şiə təəssübkeşliyindən” kənara çıxaraq müsəlman torpaqlarını işğal edən xristian dövlətə qucaq açmağa da hazırdır”.
İraq və Suriyadakı proseslərin sünni-şiə qarşıdurmasını bir az daha dərinləşdirdiyini deyən analitik təhlükənin miqyasının getdikcə atdığına diqqət çəkib: “İraqın şiə baş naziri ölkə prezidentinin müavini, sünni məzhəbinə bağlı Tarik Haşiminin həbsinə qərar verməsi ilə vəziyyəti bir az daha qəlizləşdirdi. Doğrudur, Haşimi həbs olunmayıb, ancaq onun ölkənin şimalında, kürdlərin nəzarəti altındakı Süyemaniyyədə qərar tutması da İraqa yaxşı heç nə vəd etmir. Tarik Haşimini Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da müdafiə edir. Haşimi Bağdaddın ona qarşı irəli sürdüyü terrora dəstək ittihamını rədd edərək Kərkükdə mühakimə olunmasını istəyir.
Suriyada ələvi rejimin ölkənin əsas narazı vətəndaşları olan sünniləri hədəfə alması və qətliamların miqyasını artırması bölgədə məzhəb ayrı-seçkiliyini daha da dərinləşdirir. Aydındır ki, Suriyadakı sünnilərin qətliamına nə Türkiyə, nə də ərəb ölkələri seyrçi qala bilər”.
Elxan Şahinoğlu məzhəb mənsubiyyətinə görə bəzən yanlış şərhlərin verildiyini də söyləyib: “Türkiyədə nəşr olunan “Habertürk” qəzetinin yazarı Fateh Altaylı son yazılarının birində qeyd edib ki, Azərbaycan şiə dövləti olduğuna görə Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq. Müəllif Türkiyədə peşəkar köşə yazarı və televizyonçu kimi tanınsa da, görünür, Azərbaycanı, Azərbaycan-İran münasibətlərini və İrandakı mövcud durumu yaxından izləmir. Yazar gerçək vəziyyətlə tanış olsaydı, Azərbaycanın Türkiyənin yanında yer almayacağını yazmazdı.
Fransanın Türkiyəyə qarşı siyasətində rəsmi Bakının Ankaraya gözlənilən dəstək vermədiyini biz də tənqid edirik, ancaq bu amil iki strateji müttəfiqin fərqli cəbhələrdə yer almasına da dəlalət etmir. Rəsmi Bakı Ankara ilə münasibətlərdə məsafə saxlaya bilər və bu, yanlış siyasətdir. Ancaq bu o demək deyil ki, rəsmi Bakının alternativ seçimi İrandır. Azərbaycan prezidenti hansı məzhəbdən olursa olsun onun İrandakı indiki rejimi və onun planlarını dəstəkləməsi nə obyektiv, nə də subyektiv səbəblərdən mümkündür. Türk millətinin sünnisi var, şiəsi də, xristianı da. Ancaq bu o anlama gəlmir ki, sunni türklər ərəblərə, şiə türklər İrana, xristian türklər isə mütləq Qərb dünyasına bağlı olmalıdırlar.
Bu gün Azərbaycanın tək müttəfiqi var, o da Türkiyədir. Azərbaycan xalqı da Türkiyənin əleyhinə formalaşan və ya formalaşa biləcək heç bir qrupda, ittifaqda yer almaz. Əks halda Azərbaycan dövlətinin varlığı sual altında qalar. Azərbaycan orta əsrlərə qayıdası deyil ki, kiminləsə ittifaq və ya strateji müttəfiqliyi məzhəb əsasında seçsin”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
|