GƏNCƏLİ SAHİBKAR FƏRYAD ÇƏKİR
Tarix: 7-02-2012, 17:25 | Çap et
«50 MİN DOLLARLIQ MALIM YANIB, BORC İÇİNDƏ BATIRAM»
Yanvarın 31-də Gəncənin mərkəzi bazarında yanğın olub. Qarışıq mallar satılan 200-ə yaxın mağaza içindəki mallarla birlikdə tamamilə yanıb külə dönüb. Zərər görmüş mağaza sahibləri hələ də hadisənin necə baş verdiyini anlaya bilmirlər.
Bazar rəhbərliyinin iş otağının qarşısına toplanmış 10-larla zərərçəkən onlara biganə münasibətdən şikayətlənirlər. İddia edirlər ki, yanğınsöndürənlər qəsdən yanğının digər mağazalara keçməsinin qarşısını almayıblar.
«8 MİN BANKA VERƏCƏYİM VAR»
Məmmədov Rauf: «Mən yaxında oluram. 7-nin yarısında zəng ediblər ki, bazar yanır. Mən gələndə, dükanımda tonqal qalmışdı. Dükanımızı tikib versinlər. Onsuz da yardım edəsi deyillər. 15 ildir ki, bazarın icarədarıyam. Sosial vergi ödəyirəm. VÖEN-im var. Başqa gəlir yerim yoxdur. Kömək edəcəklərinə inanmıram. Yerimi tiksin, versin özü, nə bacaracam, onu da edəcəm. Gəliblər ki, ziyanımızı yazsınlar. 30 minlik malım yanıb. 8 min banka verəcəyim var. Heç nə demirlər».
- «Biri deyir şlanqı gətir, o biri yavaş-yavaş gedir. Sonra gəlir, deyir «su yoxdur». Su yoxdursa, niyə gəlirdi? Deyəndə ki, «yanmayan yerlər var, keçin, söndürün», deyir maşının 1 milyon qiyməti var, mən maşını salım, sonra neyləyim?».
«ELƏ BİL, BENZİN TÖKÜB YANDIRIBLAR»
- «Saat 6-ya 10 dəqiqə qalmışdı. Gəldik ki, qapını açıb keçmirlər. Onlar qırıb keçsəydilər, 10-20 yer yanardı. Hamısı yanmazdı. Bu qədər yer eyni vaxtda yanarmı? Hamısı eyni vaxtda alışıb. Elə bil, benzin töküb yandırıblar. Bu qədər adama zülm eləmək olarmı?».
- «50 min dollarlıq malım yanıb, 20 minlik də təzə gətirmişdim. Kostyum-şalvar satırdım. Banka da borcum var».
Bazarın icarədarları tələb edirlər ki, borclu olduqları banklar şəhər ya da bazar rəhbərliyi ilə razılaşıb onların borclarını dondursunlar:
«Bizim tələbimiz odur ki, yeri düzəltsin, qabaqkı kimi işləyək. Bir də ki, 4-5 ay icarəni dayandırsınlar, yəni pul almasınlar, dəymiş ziyanı çıxara bilək. Köməklik eləsinlər».
«HƏR İL MƏCBURİ SIĞORTA EDİRDİLƏR, BU İL ETMƏDİLƏR»
Bazar rəhbərliyi bazarın yanmış yerlərinin nə vaxt bərpa ediləcəyi, icarədarların aqibətinin nə olacağı barədə suallarımızı cavabsız qoydular. Sahibkarların dediyinə görə, onlara elə həmin gün bir cavab verilib ki, gərək vaxtında mallarını sığorta etdirərdilər. Zərərçəkənlərin isə sığorta ilə bağlı müxtəlif fikirləri var:
- «Bizə deyirlər ki sığorta şirkətində malınızı sığorta etdirməliydiniz. Maşınları məcburi sığorta etdirirlər, amma bizə heç məlumat da vermirlər».
- «Hər il Fövqəladə Hallardan gəlib məcburi sığorta edirdilər, bu il etmədilər. Malın dəyərinə görə ödəyirdilər. Bu il qəsdən gəlmədilər».
Mağazaları yanan sahibkarlara müəmmalı qalan tərəflər çoxdur. Onlar yanğının tədricən deyil, bütün mağazalarda eyni vaxtda başladığını deyirlər. Bəzi sahibkarlar isə iddia edirlər ki, malları yoxa çıxıb, külü də qalmayıb.
YANĞINSÖNDÜRƏN MAŞIN 5 DƏQİQƏYƏ BOŞALIR?
Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin rəisi Hamlet Süleymanov yanğının gec söndürülməsini hadisə barədə gec məlumat verilməsi ilə izah etdi.
«Bizim maşınların hər biri 8-9 tonluqdur. Saniyədə 40 litr su verir. Nəticədə 5 dəqiqə ərzində maşın boşalır. Su boşalanda, mənbə olmalıdır ki, su gətirəsən. Gedib su gətirəndə, vaxt aparır. Son anda Gəncə mehmanxanasında ehtiyat su çənindən su götürüb yanğını söndürmüşük. Biz o yanğını söndürməklə nə qədər yaşayış binalarını, mağazaları xilas etmişik. 14 min kvadrat metrdən 2 min kvadrat metr yanıb. Biz yanğına gələndə, bazar tamam alışmışdı. Bizə məlumatı gec veriblər. Döyüşə susuz necə gedə bilirik?».
FÖVQƏLADƏ HALLAR DANIŞMIR
Hazırda Fövqəladə Hallar Komissiyası yanğın nəticəsində kimə nə qədər ziyan dəyməsini araşdırır və qeydiyyat aparır. Qeydiyyat aparan nümayəndə bildirdi ki, bu, istintaqın gedişatı üçün də lazım olacaq.
Gəncə bazarının yanması ilə bağlı istintaqı Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Yanğına Nəzarət İdarəsi aparır. İdarə rəisi Qorxmaz Tağıyev müsahibə verməkdən imtina etdi. O, istintaq barədə Fövqəladə Hallar Nazirliyindən məlumat almalı olduğumuzu dedi. Nazirlikdən isə məsələyə şərh vermədilər.
Gəncə bazarındakı yanğın 15 min kvadrat metr ərazisi olan bazarın 2400 kvadrat metrlik hissəsində olub. Nəticədə bu ərazidəki 200-dən artıq mağazadan 146-sı tamam yanıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|