![BU TÜRKİYƏ BİLDİYİMİZ TÜRKİYƏ DEYİL... BU TÜRKİYƏ BİLDİYİMİZ TÜRKİYƏ DEYİL...](/uploads/posts/2013-12/1386571596_0001.jpg)
Türkiyənin Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən kilsə restavrasiya edilərək Erməni Dostları Dərnəyinə veriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, bu addım ölkədə reallaşdırılan demokratikləşmə paketi çərçivəsində həyata keçiriləcək.
Məlumatda o da qeyd olunur ki, Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən digər kilsə və monastrların da yaxın zamanlarda digər dini azlıqlara geri qaytarılacağı gözlənilir.