Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

PREZİDENT ADMİNİSTRASİYASI TİKİNTİ ŞİRKƏTLƏRİNİ “VURDU”
Tarix: 9-02-2012, 13:26 | Çap et
PREZİDENT ADMİNİSTRASİYASI TİKİNTİ ŞİRKƏTLƏRİNİ “VURDU”

VƏTƏNDAŞLARI ALDADAN ŞİRKƏTLƏRİN ADLARI AÇIQLANDI

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov administrasiyaya 2011-ci ildə daxil olmuş vətəndaş müraciətləri barəsində geniş məqalə yazıb.

Məqalənin fevralın 9-da “Azərbaycan” qəzetində çap edilən birinci hissəsində deyilir ki, prezident İlham Əliyevin vətəndaşlara qarşılaşdıqları problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etməsi vətəndaşların fəallığını daha da artırıb, ictimai əhəmiyyət daşıyan müraciətlər daha çox olub.

“Media forum” saytının məlumatına görə, öncə minnətdarlıq məktublarından söz açan Süleyman İsmayılov bildirir ki, belə məktubların böyük bir qismini əfv olunmuş məhkumların özləri və valideynləri göndərib. Şöbə müdirinin yazdığına görə, minnətdarlıq məktubları ölkənin bütün bölgələrindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından, Abşeron, Ağdam, Ağsu, Daşkəsən, Goranboy, Hacıqabul, Xəzər, Xətai, Laçın, Nizami, Şabran, Şəmkir, habelə digər şəhər və rayonlardan daxil olub: “Prezidentə ünvanlanan minnətdarlıq məktublarının böyük bir qismi xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olub”.

Süleyman İsmayılov yazır: “Ölkə prezidenti İlham Əliyev cəmiyyətdəki problemlərin həll edilməsində vətəndaşların müraciətlərinə böyük əhəmiyyət verərək 2011-ci ilin fevralında Qazax rayonunun ictimaiyyəti ilə görüşündə deyib: “Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.

Dövlət başçısının bu müraciətindən sonra Prezident Administrasiyasının ünvanına daxil olan müraciətlərin sayında müəyyən artım müşahidə olunub, vətəndaşlar təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də onların aradan qaldırılması yolları haqqında öz təklif və mülahizələrini bildiriblər.

Bu müraciətdən sonra xüsusilə süründürməçilik halları xeyli dərəcədə azalıb, dövlət məmurları vətəndaşların gündəlik qayğılarına daha həssas yanaşıb, onların əksər haqlı tələblərini müsbət həll ediblər.

Müraciətlərin ümumi sayından və dinamikasından bəhs etsək, qeyd etməliyik ki, bütövlükdə müraciətlərin sayı artsa da, bu artım əsasən minnətdarlıq məktubları, ərizələr və təkliflər hesabına olub, şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb.

2011-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,1 faizini ərizələr, 31,5 faizini şikayətlər və 1,4 faizini təkliflər təşkil edib.

2010-cu illə müqayisədə 2011-ci ildə müraciətlərin sayının regionlar üzrə artımı daha çox Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən, Aran iqtisadi rayonunda Beyləqan, Bərdə, Saatlı, Dağlıq Şirvan iqtisadi rayonunda Qobustan rayonlarında müşahidə edilib. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər, Gəncə-Qazax iqtisadi rayonunda Göygöl və Qazax, Bakı şəhəri üzrə Binəqədi, Qaradağ rayonlarında da artım olub.

Elə şəhər və rayonlar var ki, son 3 ildə onlardan Prezident Administrasiyasına göndərilən müraciətlərin sayı mütəmadi artır. Sel daşqınlarından zərər çəkən rayonlarda bu artımın obyektiv səbəblərini başa düşmək olar, lakin Lənkəran, Şəki, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Qax, Qazax, Lerik, Siyəzən, Zaqatala şəhər və rayonlarında bunun səbəbləri araşdırılmalı və lazımi tədbirlər görülməlidir.

Əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı da təhlildə əsas göstəricilərdən biridir. 2011-ci ildə bu göstərici Bakı şəhəri və onun bəzi rayonlarında, Naftalan, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Göygöl, İmişli, Kəlbəcər, Lerik, Saatlı, Yardımlı və digər şəhər və rayonlarda daha yüksək olub.

Ayrı-ayrı şəhər və rayonlardan daxil olmuş müraciətlərin ümumi sayına və mövzularına nəzər saldıqda həmin şəhər və rayonlarda vətəndaşları daha çox hansı məsələlərin narahat etməsi, eyni zamanda yerli qurumlarda vətəndaşlara nə dərəcədə qayğı göstərilməsi, onların müraciətlərinə əsaslandırılmış cavablar verilməsi, yaxud bəzi tələblərin hüquqi cəhətdən əsassız olmasının vətəndaşa izah edilməsi, bütövlükdə vətəndaş müraciətlərinə necə yanaşılması haqqında kifayət qədər aydın təsəvvür yaranır.

2011-ci ildə şəhər və rayon icra hakimiyyətlərində müraciətlərin 55,6 faizi vətəndaşlardan bilavasitə daxil olub, qalanları Prezident Administrasiyasından və digər qurumlardan göndərilib. Bu müraciətlərin 38,5 faizi müsbət, 7 faizi qismən həll edilib, 33,8 faizinə müvafiq izahat verilib, 7,2 faizi əsassız sayılıb, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur.

Bakı şəhəri və onun bəzi rayonlarında, Beyləqan, Cəlilabad, Gədəbəy, Kəlbəcər, Laçın, Masallı, Salyan rayonlarında isə daxil olan vətəndaş müraciətlərinin çox hissəsi baxılmaq üçün respublikanın dövlət hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərdir.

Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında və qurumlarda daxil olan müraciətlərin sayında da bu hal özünü göstərir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sığorta-Kommersiya Şirkətində, “Azərenerji” və “Bakıelektrikşəbəkə” ASC-lərdə, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında başqa dövlət qurumlarından baxılmaq üçün göndərilən müraciətlərin sayı onların özlərinə bilavasitə daxil olan müraciətlərin sayından çoxdur.

2011-ci ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarına daxil olan müraciətlərin 63,1 faizi ərizə, 36,5 faizi şikayət, 0,4 faizi təklif olub. Müraciətlərin 35,5 faizi müsbət, 3,2 faizi qismən həll olunub, 12,5 faizi əsassız sayılıb, 21,4 faizində qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahat verilib, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur”.

Məqalədə qeyd edilir ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi bilavasitə şəhər və rayon icra hakimiyyətlərinin, yerli idarə, müəssisə və təşkilatların səlahiyyətlərinə aid olan məsələlər barəsindədir: “Bu məsələlər ya yerində operativ həll edilməli, ya da vətəndaşlara əsaslandırılmış cavablar və dolğun izahatlar verilməli idi. Məsələn, Prezident Administrasiyasına Şəki, Ağstafa, Astara, Balakən, Hacıqabul, İsmayıllı, Qax, Neftçala, Oğuz, Sabirabad, Şamaxı, Tərtər şəhər və rayonlarından belə müraciətlərin daxil olduğunu göstərmək olar.

Vətəndaşların gündəlik həyatlarında qarşılaşdıqları çatışmazlıqlar barədə Prezident Administrasiyasına daxil olan şikayətlərdən danışarkən qeyd etməliyik ki, bu şikayətlərin əsas mənbəyi bəzi qurumlarda yol verilən laqeydlik, süründürməçilik və bürokratiya halları, ayrı-ayrı məmurların bəzən öz vəzifə borclarına vicdanla yanaşmamaları, vətəndaşların qanuni hüquqlarının təmin edilməməsidir.

Təhlillər göstərir ki, vətəndaşlardan Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. 2011-ci ildə daxil olmuş müraciətlərin tərkibində şikayətlərin faizinin 2010-cu ilə nisbətən azaldığı şəhər və rayonlar sırasında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını, respublikanın Naftalan, Şirvan, Yevlax, Ağstafa, Daşkəsən, Füzuli, Goranboy, Hacıqabul, Xaçmaz, Kürdəmir, Laçın, Masallı, Sabirabad, Samux, Zərdab şəhər və rayonlarını göstərmək olar.

Bunun əksinə olaraq daxil olan müraciətlərdə şikayətlərin faizinin daha çox artması Bakı şəhəri və onun bəzi rayonlarında, Lənkəran, Şəki, Ağdaş, Bərdə, Biləsuvar, Gədəbəy, Göyçay, Göygöl, İmişli, İsmayıllı, Qobustan, Lerik, Neftçala, Siyəzən, Tərtər şəhər və rayonlarında müşahidə olunub.

Bir sıra şəhər və rayonlardan daxil olan təkrar və çoxsaylı müraciətlərin də sayı az deyil. Belə müraciətlərin çox olduğu rayonlardan Ağcabədi, Göyçay, Xocavənd, Qobustan, Qubadlı, Saatlı, Yardımlı və Zaqatalanı göstərmək olar.

Əlbəttə, təkrar müraciətlərin yaranmasının səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri isə müvafiq qurumlar tərəfindən vətəndaşlara vaxtında və əsaslandırılmış cavabların, yaxud tələblərinin hüquqa zidd olması barədə lazımi izahatların verilməməsidir”.

Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərin mövzularına gəlincə, Süleyman İsmayılov qeyd edir ki, 2011-ci ildə hüquq mühafizə, məhkəmə, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, tikinti, mənzil, torpaq, sel daşqınları, bank və kredit, özəlləşdirmə ilə bağlı məsələlərə dair müraciətlərin faizi bir qədər artıb: “Məhkəmələrin fəaliyyəti ilə əlaqədar müraciətlərin sayının artması indi vətəndaşların öz hüquqlarını məhkəmə yolu ilə qorumağa üstünlük verməsi, il ərzində xüsusilə mülki işlərin xeyli artması, yəni, insanların vərəsəlik, mülkiyyət, ailə məsələləri, habelə iqtisadi məsələlərlə bağlı məhkəmə orqanlarına daha çox müraciət etməsi ilə izah oluna bilər.

Eyni zamanda qeyd etməliyik ki, məhkəmə orqanlarının fəaliyyətində vətəndaşları narazı salan hallar hələ də tam aradan qaldırılmayıb. Məhkəmə qərarlarının bəzi dövlət qurumları tərəfindən icra edilməməsi də vətəndaşları narahat edən məsələlərdəndir. Prokurorluq orqanlarının fəaliyyətinə dair müraciətlər isə əsasən onların ayrı-ayrı yerli qurumlarının işindəki nöqsanlar barədədir”.

Şöbə müdirinin yazdığına görə, polis orqanlarının işi ilə bağlı müraciətlər əhalinin sayına nisbətdə Bakı şəhəri və onun bəzi rayonlarından, Ağcabədi, Biləsuvar, Daşkəsən, Göygöl, İsmayıllı, Kəlbəcər, Qobustan, Qubadlı və Ucar rayonlarından çox daxil olub. Lakin Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Xaçmaz, Xızı, Xocavənd, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Sabirabad, Şamaxı, Şuşa, Tovuz, Zaqatala rayonları üzrə bu göstərici aşağı olub: “Hüquq-mühafizə orqanları ilə əlaqədar müraciətlərin bir qismi dələduzluq faktları ilə bağlıdır.

Müraciətlərdən göründüyü kimi, bu hallar çox vaxt vətəndaşların öz sadəlövhlüyündən irəli gəlsə də, təəssüf ki, belə faktlar artır. Qeyd etməliyik ki, ötən il Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin bir qismi müxtəlif dələduz insanların işə düzəltmə, sahibkarlıq fəaliyyətinə və kredit almağa kömək göstərmək adı ilə vətəndaşları aldatması barədə olmuşdur. Vətəndaşlar rüşvət və korrupsiya halları ilə yanaşı, belə hallara qarşı da mübarizənin gücləndirilməsini, dələduzluğa görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsini istəyirlər.

Süleyman İsmayılov şəhər və rayon icra hakimiyyətlərinin işindən narazılıqların olduğunu da bildirir: “Xüsusilə Bakı şəhəri və onun bəzi rayonlarından daxil olan şifahi və yazılı müraciətlərdə vətəndaşlar icra hakimiyyətləri tərəfindən yaşayış binalarının qarşısındakı ərazilərin, o cümlədən istirahət yerlərinin, müxtəlif idman, futbol və uşaq meydançalarının, kiçik boş sahələrin iş adamlarına verilməsindən, onların yerində yaşayış binalarının, ticarət obyektlərinin tikilməsindən, bu barədə edilən müraciətlərə biganə yanaşılmasından narazılıq edirlər.

Məhz vətəndaşların Prezident Administrasiyasına belə müraciətləri əsasında bəzi qanunsuz obyektlərin tikintisi dayandırılıb, ərazinin əvvəlki vəziyyəti bərpa edilib.

Müraciətlərdə həmçinin çoxmərtəbəli binaların tikintisində olan problemlərin həlli, yeni binaların dövlət komissiyası tərəfindən qəbulu, bu binalara qaz, su, istilik verilməsi, fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin sökülməsi zamanı kompensasiya ödənilməsi, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, təbii fəlakətlər zamanı zərər çəkmiş şəxslər üçün mənzillərin tikilməsi, təmir üçün yardımların göstərilməsi və sair məsələlərdən bəhs olunur. Bu müraciətlərin böyük bir qismi Bakı şəhərində aparılan yenidənqurma işləri nəticəsində ortaya çıxan problemlərlə əlaqədardır. Vaxtilə ayrı-ayrı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində özünə neft mədənləri və nəqliyyat qovşaqları ərazisində qeyri-qanuni evlər tikmiş vətəndaşlar indi çətin durumda qalıblar.

Şəhərin abadlaşmasında xüsusi əhəmiyyət kəsb edən yeni yaşayış binalarının tikintisində müsbət cəhətlərlə yanaşı, əhalini narahat edən məsələlər də var. Bakı şəhərində bəzi tikinti şirkətlərinin, o cümlədən bədnam "Mur-ay" və "Birlik-İnşaat", həmçinin "Şərur-İnşaat", "Safari-N", "Şahbulaq", "Badu-Kubə", "Oskar", "Xəmsə-İnşaat", "Şəfəq", "Kosmos", "Elita-R", "Günəş Holdinq", "Şaiq", "Fuad Ltd", "Vedi-E", "Kamran B.Ə.", "Olimpus-Az", "Qafqaz MTZ", "İn Eksklyuziv Servis", "Ələsgəroğlu-K" MMC və MTK-ların yaşayış binası inşa etmək adı ilə gördüyü işlər şəhərin abadlığından çox vətəndaşların əsəblərinin korlanmasına xidmət edib. Bu şirkətlərdən bəzilərinin rəhbərləri yüzlərlə vətəndaşın vəsaitini mənimsəyib, onlar üçün nəzərdə tutulmuş mənzilləri bir neçə şəxsə sataraq vətəndaşları aldadıblar. Görülmüş tədbirlər nəticəsində respublikanın Baş Prokurorluğu bəzi şirkətlərin rəhbərləri barəsində cinayət işi qaldırıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru