![Ərdoğan iqtidarında "yarpaq tökümü" başladı Ərdoğan iqtidarında "yarpaq tökümü" başladı](https://dia-az.shop/uploads/posts/2013-12/thumbs/1387953896_0001.jpg)
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.
APA-nın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Z. Çağlayan bu gün istefa vermək qərarına gəlib.
Xatırladaq ki, Z. Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.