ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK
Tarix: 21-02-2012, 13:13 | Çap et
SAHİBKARLARA DİVAN TUTAN ZƏRDABIN İCRA BAŞÇISININ “FƏTVASI” VERİLİB
DİA.AZ: - Artıq yerlərdə korrupsiyanın tüğyan etməsi xəbəri kimsəni maraqlandırmır. Çünki hər kəs bunu adi bir yaşantı kimi qəbul edir. Hətta korrupsiya ilə mübarizə görüntüsü də məlum rəyə təsir edəcək qədər deyil. Əslində burada qeyri-adi heç nə yoxdur. Ona görə ki, korrupsioner kimi həbs olunanlar sahibsizlər və yaxud da adları “qra siyahı”da olan qurbanlıqlardır. Daha ciddi fiqurlar isə “korrupsioner ovu məngənəsi”nin dişlərindən kənarda qalır. Onlardan biri də Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi Zərdab rayon şöbəsinin sədri Sarıyev Vüqar Nazir oğlu “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ünvanladığı öz ərizəsində göstərir ki, o, 2010-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin və RİH-nin Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun dələduzluq əməllərinin qurbanı olmuş, nəticədə 6000 (altı min) manat məbləğində maddi ziyana məruz qalıb. Ərizədə bildirilir ki, 2010-cu ilin avqust ayında V.Sarıyev başçı L.Babayevlə görüşüb. Həmin görüşdə V.Sarıyev sahibkarlıqla məşğul olmaq niyyətini və bu məqsədlə ona torpaq sahəsi ayrılması (satılması) barədə xahişini icra başçısına bildirib. Qısa sürən müzakirələrdən sonra tərəflər 5000 (beş min) manat müqabilində yeni sahibkara 500 kv.m torpaq sahəsi ayrılacağı barədə razılığa gəlirlər. Bir neçə gün sonra Vüqar Sarıyev razılaşdırılmış məbləği gətirərək nəğd şəkildə Lütvəli Babayevə verir və icra başçısı da öz növbəsində torpaq sahəsinin ayrılması və sənədlərin hazırlanmasına dair dərhal müvafiq göstərişlər verir. Daha bir neçə gündən sonra bütün lazımi sənədlər, o cümlədən 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Zərdab RİH memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədo tərəfindən imzalanmış rəy, Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi Zərdab rayon şöbəsinin rəyi, Torpaq şöbəsi tərəfindən çəkilmiş plan, torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş və on təşkilat tərəfindən imzalanmış akt hazırlanmış və həmin sahə V.Sarıyevə göstərilib. Həm Lütvəli Babayev, həm də Hafiz Kərimov Vüqar Sarıyevə bildirirlər ki, bir neçə günə sərəncam veriləcək və artıq tikinti işlərinə başlamaq olar. Bu vədlərin müqabilində V.Sarıyev həmin ərazidə təqribən 1000 (min) manatlıq qum-çınqıl tökmə işləri gördürür. Lakin bütün bunlardan sonra sərəncam ləngidilərək hələ də verilmir. Bir neçə gündən sonra isə L.Babayevin əsil məqsədi özünü büruzə verir. Belə ki, icra başçısı yeni formalaşan sahibkardan əlavə olaraq daha 5000 (beş min) manat ödəməsini tələb edir. Buna imkanı çatmadığını və ən əsası da bu tələbin razılaşmaya uyğun olmadığını bildirən Vüqar Sarıyev əlavə məbləği ödəməkdən imtina edir. Lakin iştahasını boğa bilməyən L.Babayev də güzəştə getmir. Nəticədə isə V.Sarıyev həm sərəncamsız, həm də pulsuz qalır. Təbii ki, Lütvəli Babayevin və Hafiz Kərimovun aldıqları pulu qaytarmaq barədə düşündüklərini belə ehtimal etmək çətindir. Vüqar Sarıyevin yeganə ümidi isə şikayət ərizəsi ilə müraciət etdiyi müxtəlif instansiyaların görəcəkləri tədbirlərə qalıb. Lakin bu instansiyaların da əksəriyyəti həmin ərizələri araşdırılması üçün məhz elə L.Babayevin üzərinə ünvanlayır.
Onu da xatırladaq ki, Lütvəli Babayev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adamı hesab olunur və onun qardaşı Hacı Xanəli Babayev Mingəçevirin və Şirvanın axundudur. Ona qarşı isə bir ara dövrü mətbuatda çox sərt ittihamlar irəli sürülmüşdü, hətta axund Mingəçevir mədrəsəsində təhsil alan azyaşlı qızlardan birini zorlamada da ittiham olunurdu. Hacı Xanəliyə qarşı ittihamlar içində onun narkotiklə bağlılığı ilə də məqamlar var idi.
İndi isə məlum olur ki, arxalarında Şeyxin dayandığı Babayev qardaşları yenə də şakyətlərə nədən olmaqdadırlar. Amma bu uzun sürməyəcək. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaq bildirir ki, Lütvəli Babayevin artıq vaxtı yetişib və onun vəzifədən çıxarılması an məsələsidir.
Qeyd edək ki, bir sıra KİV-lər son zamanlar ümumiyyətlə Şeyxin mövqelərinin zəifləməsi barədə xəbərlər yayırlar. Və ona görə də Hacı Allahşükür Paşazadənin əvvəlki qaydada Babayev qardaşlarının arxasında dayanmayacağı da məlum olur.
DİA.AZ - Ziya Yusifov 


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|