Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                 

AZƏRBAYCAN ZİYALILAR FORUMU BƏYANAT VERDİ
Tarix: 1-03-2012, 14:20 | Çap et
AZƏRBAYCAN ZİYALILAR FORUMU BƏYANAT VERDİ

ƏHMƏD CAVADIN YUBİLEYİ İLƏ ƏLAQƏDAR

May ayının 5-də milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti görkəmli şairin yubileyinin layiqincə qeyd edilməsi barədə sərəncam imzalamışdır. Bu, təxminən son iyirmi il ərzində, həyatı, taleyi və ədəbi dühası XX əsrdə Azərbaycan torpağında yaranmış üç respublikanın taleyi ilə ayrılmaz olan şair və vətəndaşa siyasi hakimiyyətin münasibətini əks etdirən yüksək dövlət səviyyəli yeganə sənəddir. Xatırlatmaq gərəkdir ki, şairin 100 illiyinin qeyd olunması haqqında hələ 1990-cı ildə – müstəqilliyin əldə edilməsi ərəfəsində hökumət qərarı qəbul edilmişdi.

Amansız 37-ci ildə güllələnmiş Əhməd Cavad ötən əsrin 50-ci illərinin ortalarında “yox”dan var olaraq, “isinmə”nin müjdəçisi kimi yeni nəsildə milli dirçəliş ruhunun oyanmasına səbəb oldu. Durğunluğun uzun illər boyu “unutdurduğu” şair, bütün ömrü boyu xidmətində durduğu, ən yaxşı əsərlərində vəsf etdiyi, qazanılması üçün xalqını son nəfəsədək mübarizəyə səslədiyi ideyaların öz Vətənində bayraqdarı olmaq üçün 90-cı illərdə yenidən xatırlandı.

Yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin. XX əsrin əvvəlində - Azərbaycanın oyanışı ərəfəsində yaranmış Əhməd Cavadın bir şeiri, tarixin möhtəşəm hadisəsinin tamamlanması anında – əsrin sonlarında, xalqın Azadlıq, Ədalət, Bərabərlik və Qardaşlıq kimi əbədi dəyərlərə sədaqətinin əlaməti kimi Respublikanın elan edilməsi zamanı vətəndaş manifesti olaraq, yenidən səsləndi. Tək elə bu zirvə əsəri ilə şair müasir Azərbaycan ədəbiyyatında, öz ölkəsinin tarixində müstəsna yer tuta bildi.

Tarix özünün sərt döngələrində şair-inqilabçı, şair-siyasətçi və şair-şəhid Əhməd Cavadın poeziyasının mərhələlərinə və onun şəxsiyyətinə yeni, fərqli bir işıq salır. O, ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında, özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq bir şair-təbliğatçı nümunəsi kimi qalmaqdadır. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.

Onu turançılığın banisi hesab edənlərlə də razılaşmamaq olmur. Əhməd Cavadın ölməz “Çırpınırdın, Qara dəniz” şeiri, bir növ, Türk Ana Yurdunun, Türk Dünyasının vəhdəti və əbədilik himni oldu. Onun simasında iki ədəbiyyatın- Türkiyə və Azərbaycan ədəbiyyatının şairini görmək mümkündür. Təsadüfi deyil ki, Türkiyənin tanınmış müasir tədqiqatçıları Əhməd Cavadın yaradıcılığı, ədəbi axtarışları və ideya-siyasi mirasında türk ulusunun və Azərbaycan xalqının ölməz ruhunun vəhdətini görürlər.

Şübhəsiz ki, Əhməd Cavadın Türkiyə və Azərbaycan xalqları, onların dövlətlərinin vəhdəti haqqında ideyaları bu gün - qlobal fəlakətlərin yeni təhlükələri və təhdidləri ilə sınağa çəkildikləri dövrdə də aktual olaraq qalır. Hazırda şairin bu siyasi uzaqgörənliyi iki müttəfiq türk dövlətinin - Azərbaycan və Türkiyənin səmərəli münasibətlər qurması naminə xələflərinə axtarışda olmaq və çıxış yolları aramaq üçün vəsiyyət kimi qəbul edilir. Şairin şəhidliyi gələcək nəsillərə bunu xatırladır ki, ayrı ayrılıqda götürülmüş hər bir vətəndaşın azadlığı təmin edilmədən güclü dövlət anlayışı mümkün deyil. Düşmən qüvvələrin məkrlərinə, dünyanı cənginə almış müharibələrə baxmayaraq, dağılmaqda olan imperiyanın xarabalıqlarında Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar tərəfindən bizə miras qoyulmuş torpaqların, dövlətin varisləri olmaq əsl xoşbəxtlikdir və vətəndaş azadlıqlarının müdafiəsi onların gorunması qədər müqəddəsdir.

Yubiley - yubileylər haqqında danışmaq üçün yaxşı bir fürsətdir. Xatırladaq ki, elə bu il Əhməd Cavadın ölümünün 75-ci ildönümüdür. Hər bir əlamətdar gün xalqın tarixi yaddaşına hopmuş əməldir, gəncliyin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsində örnəkdir. Əhməd Cavad elə bir şair, elə bir tarixi şəxsiyyətdir ki, həyatı və yaradıcılığı bu mənada xüsusi əhəmiyyət daşıyır. Bu gün, Azərbaycan xalqının milli varlığının və gələcəyinin həll edildiyi zaman milli ideologiyanın tükənməz mənbəyi kimi Əhməd Cavada, onun mirasına doğru uzanan xalq cığırlarını açmaq zəruridir. Çünki Əhməd Cavadın sözləri milli oyanışa, öz milli “mən”liyinin əldə edilməsinə, tarixdə layiqli yer tutmağa, gələcək mövcudluğun təmin edilməsinə çağırış kimi səslənir. “Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam. Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!”- deyən şair bu ölümqabağı misralarını Vətəninin acı və kədərli gerçəkliyini duyaraq sanki bu gün yazmışdır.

Onun həyatı kəskin süjetli serial, taleyi insanı vəcdə gətirən roman, poeziyası Vətənə sədaqət və sevgi mənbəyidir. Lakin Əhməd Cavad haqqında nə film çəkilib, nə də layiqli kitab yazılmışdır. İnqilabçı-şair və milli ruhun tərənnümçisi kimi də məktəb dərsliklərində, uşaq və gənclər ədəbiyyatında yer almamışdır. Yəqin ki, o, ölkəsinin orta məktəb dərsliklərində layiqli yerini tutmayan yeganə himn müəllifidir. Əhməd Cavadın çoxşaxəli ictimai-siyasi fəaliyyəti, onun milli inqilabi siyasi təfəkkürün formalaşmasındakı rolu da tədqiq olunmamış qalır. Əhməd Cavadın 120 illiyi ərəfəsində bu görkəmli soydaşımızın xatirəsi yüksək dövlət ehtiramını özündə əks etdirməlidir: Bakı Dağüstü parkta Əhməd Cavadın abidəsinin inşa edilməsi, Dövlət universitetlərinin birində Əhməd Cavad adına təqaüd təsis edilməsi, onun Şekspir, Lafonten, Puşkin, Rustaveli, Rable və dünya ədəbiyyatının digər klassiklərindən etdiyi parlaq tərcümələrdən ibarət kitabın nəşri, onun həyat və yaradıcılığını ətraflı tədqiq edilməsi, onun haqqında bədii əsərlərin yazılması, televiziya filminin çəkilməsi, şairin inqilabi-vətənpərvər şeirlərinə marş və mahnıların bəstələnməsi üçün dövlət sifarişi verilməsi məqsədəuyğun olardı.

Əhməd Cavad daim aramızda, başqa bir şairin sözüylə desək, “canlı kimi canlılarla ünsiyyətdə” olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru