
ABŞ Futemma dəniz piyada korpusunun hərbi bazası üçün istifadə olunan ərazinin bir hissəsini Yaponiyaya geri qaytarıb. O, Okinava prefekturasında yerləşir.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə istinadən İTAR-TASS məlumat yayıb.
Qaytarılan ərazinin sahəsi 4 hektardır.
Hazırda Yaponiyada aviabazanın yerinin dəyişdirilməsi üçün tikinti işləri aparılır. Obyektin yerləşdiyi rayon sakinlərinin fikrincə, bazada yerləşən "MV-22 Osprey" konvertoplanlarının uçuşları yerli əhali üçün təhlükəlidir.
Agentlik qeyd edir ki, ABŞ-ın ərazinin bir hissəsini geri qaytarmaq qərarı ölkənin bu prosesi ölü nöqtədən tərpətmək niyyətini nümayiş etdirir.