
İran İnqilab Qvardiyasının (IRGC) ölkənin şimal-qərbində yaraqlılarla toqquşduğu, iki nəfərin həlak olduğu bildirilir.
«Tasnim» agentliyi avqustun 6-da xəbər verib ki, toqquşma Türkiyə və İraqla sərhəddəki Qərbi Azərbaycan vilayətində baş verib. İnsidentin baş vermə vaxtı isə qeyd olunmur.
Agentlik qvardiya generalı Mohammad Pakpour-a istinadla yazıb ki, toqquşmada dörd yaraqlı xəsarət alıb.
General hərbi avadanlığın müsadirə olunduğunu bildirib.
Bu ərazidə İranın kürd yaraqlı qruplarıyla toqquşmalar tez-tez baş verir.
Ötən ay İraqla sərhəddə silahlılarla toqquşmalarda üç yaraqlı öldürülmüşdü. IRGC-nin bir üzvü də həlak olmuşdu.