
Rusiya NATO-nun genişlənməsinə mənfi münasibət bəsləyir.
Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
“NATO-nun genişlənməsi bizim üçün mənfi haldır. Alyansın infrastrukturunun sərhədlərimizə yaxınlaşması bizə təhdiddir. Moskva buna fövqəladə şəkildə mənfi reaksiya verə bilər” – deyə o bildirib.