
Suriyadan Türkiyəyə keçən terrorçular bu ölkənin təhlükəsizlik qüvvələrinə təslim olub.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, jandarm qüvvələri PKK-nın Suriya qolu olan PYD-nin 2 üzvünün Türkiyəyə keçmək istəməsi barədə məlumat əldə ediblər. Terrorçular Şanlıurfada, Suruç ərazisində təslim olublar.
Onlar ifadələrinin alınması üçün vilayətin jandarm komandanlığına gətiriliblər.